Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar

Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar

11.02.2025 [12:59]

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2025”-də ölkəmizi layiqincə təmsil edərək Vətənə qayıdıblar. Bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək, birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb. O, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31