Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir

15.05.2025 [15:47]

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də, müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.

Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31