Azərbaycanın mövqeyi yüksəlib
23.08.2025 [14:15]
Azərbaycan iyul ayında sabit genişzolaqlı internetin orta sürəti üzrə ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 2 pillə irəliləyərək 82,58 MB/S sürətlə 153 ölkə arasında 81-ci yerdə qərarlaşıb. “Speedtest Global Index”in hesabatına əsasən, ölkəmizdə ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb. Azərbaycan mobil internetin sürəti üzrə 104 ölkə arasında 56-cı olub. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə Azərbaycan paytaxtı mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyib.
“Keçid” qrupundan “İnkişaf etmiş” qrupa
“Speedtest Global Index”in hesabatına əsasən, Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən siyasət və aparılan əhatəli tədbirlər ölkəmizdə internetə çıxış imkanlarının və genişzolaqlı sürətin artmasına səbəb olmaqdadır. Bir müddət əvvəl Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən “Mobile Connectivity Index” hesabatında Azərbaycan 173 ölkə arasında orta mövqedə qərarlaşıb. Ölkəmiz “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.
Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət quruculuğunun komponetlərinin yaradıldığını və geniş tətbiq etdiyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2023-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.
İKT-nin İnkişaf İndeksi üzrə yaxşı nəticə
Ölkəmiz, həmçinin, ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmizə digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla, Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.
Digər qlobal reytinq hesabatlarında, o cümlədən Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin retinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutub.
Kibertəhlükəsizlik indeksində layiqli reytinq
Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) ötən ilin sonlarında dərc etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index. 2024) hesabatında da Azərbaycan 93,76 xal toplamaqla öz mövqeyini yüksəldib.
194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb. Dünya üzrə ən maksimum nəticəni, yəni mümkün maksimum 100 xaldan 99-100 balı toplayan ölkələr Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar və Səudiyyə Ərəbistanı olub. 90-95 xal arası nəticə göstərən ölkələr arasında digər inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan yer alıb.
“Startup Genome” beynəlxalq hesabatında əlverişli mövqe
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “Startup Genome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır. “Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir. Bütün bu səmərəli layihə və əməkdaşlıq proqramları startapların müasir biznes modeli kimi ön plana çıxması ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasında da mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58

