70 yaşlı Ginnes...
27.08.2025 [10:52]
Rekordların bir araya toplandığı kitab
Dünyanın möcüzələri ilə yanaşı, onun rekord həddində olan hadisələri də yadda qalır. Çoxları “Ginnesin rekordlar kitabı”nın hansı zərurətdən, kimlər tərəfindən, hansı şəraitdə, nə vaxt yaradıldığını bilmir. Bəziləri adını eşitsə də, onun üzünü belə görməyib.
Rekordların bir araya toplanması ideyası 1955-ci ildə ağıla gəlib. Qeyri-adiliyi ilə yadda qalan həmin hadisələr bir yerə toplanaraq “Ginnesin Rekordlar Kitabı” adlanıb. Bu kitab insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir.
“Qızılı cüllüt”, yoxsa şotland tetrası?
Əslində, dünyaca məşhur olan bu kitabın yaradılması çox adi səbəblərdən baş verib. Kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın “Ginness” pivə zavodunun sifarişi ilə nəşr olunub. O zamanlar belə məlumatları özündə saxlayan kitablar yox idi. Buna görə də həmin mübahisədə iştirak edən ser Hyu Biver qeyri-standart rekordlar və yarışmalar barədə məlumatlar əldə etməklə kitab tərtib etməyə qərar verir. İdeyanı həyata keçirmək məqsədi ilə o, 1954-cü ildə kitabın nəşri üçün “Guinness World Records Limited” adlı xüsusi agentlik yaradır. Kitabçanın hazırlanmasını isə əkiz qardaşlar Norris və Rossa Makuirterlərə həvalə edir.
Maraqlıdır, pivə zavodu ilə “Ginnesin Rekordlar Kitabı”nın nə əlaqəsi ola bilər? Verilən məlumatlara görə, zavodun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxıb. Ovda onların arasında “qızılı cüllüt”ün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə yaranıb.
Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, haqlı haqsızı müəyyənləşdirə bilməyib. Bundan sonra ser Hyu Biver belə bir “soraq” kitabını tərtib etdirməyi qərara alıb.
İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırıb. 1954-cü ildə soraq kitabının ilk variantı hazırlanıb çap edilir və onun 1000 nüsxəsi pulsuz paylanır. Növbəti il avqust ayının 27-də isə kitab formasında 197 səhifəlik ilk nəşri çapdan çıxıb satılmağa başlanır. Deyilənlərə görə, Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları “Ginnesin Rekordlar Kitabı” tutub. 1956-cı ildə kitab ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılıb.
100-dən çox ölkədə 24 dildə
Hazırda “Ginnesin Rekordlar Kitabı” dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşridir. Kitab sahibləri iddia edirlər ki, onlar müəlliflik hüququ ilə qorunan və ən çox satılan kitabdır.
Kitaba düşmüş ilk azərbaycanlı
Azərbaycanla bağlı rekordlar da kitabda öz əksini tapır. 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nərimanov”metrostansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfərin isə xəsarət alması kitabda əksini tapıb. Bu qəza “Ginnesin Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşüb.
Cəbrayıl rayonunda anadan olmuş, həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri çəkməyə həsr etmiş Fəxrəddin Vəliyev 2004-cü ildə adı “Ginnesin Rekordlar Kitabı”na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndinin 7 yaşlı sakini Ələsgər Rəhim oğlu Həsənzadə isə “Ginnesin Rekordlar Kitabı”na düşən ən azyaşlıdır. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərtilə 3 min dəfə qalxıb enir. Bununla da adı kitaba düşüb. Bunlardan başqa, Neft Daşları “Ginnesin Rekordlar Kitabı”nda adı ən birinci dəniz neft platforması kimi tanınır. İçərişəhərdə fəaliyyət göstərən “Miniatür Kitab Muzeyi”, həmçinin 168 il yaşamış azərbaycanlı - Lerik sakini Şirəli Müslümov da uzunömürlülüyünə görə bu kitaba adı düşənlərdəndir.
Bundan başqa, ötən il Azərbaycanın Dövlət Bayrağı Meydanında ucaldılan bayraq ölçüsünə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Qeyd edək ki, bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr, uzunluğu 72 metrdir.
Xatırladaq ki, “Ginnesin Rekordlar Kitabı” bir il əvvəl hazırlanır və növbəti il başlanan kimi təqdimatı keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

