Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Demensiyanın erkən xəbərdarlıq əlaməti...

Demensiyanın erkən xəbərdarlıq əlaməti...

03.10.2025 [09:10]

Kaliforniya Universitetində aparılan yeni araşdırma göstərib ki, qocalma ilə beyin tədricən formasını dəyişir və bu dəyişikliklər yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi ilə sıx bağlıdır.

“MedicalXpress” portalı xəbər verir ki, alimlər 30-97 yaş arası 2600-dən çox insanın beyin skaner təsvirlərini təhlil ediblər. Məlum olub ki, beynin aşağı və ön hissələri genişlənir, yuxarı və arxa hissələri isə büzülür. Bu dəyişikliklər idrak pozğunluğu olan şəxslərdə daha aydın görünür.

Tədqiqatçılar, xüsusilə entorinal korteksin - yaddaş üçün mühüm olan beyin bölgəsinin - bu prosesdən təsirləndiyini vurğulayırlar. Bu nahiyə Alzheimer xəstəliyi ilə bağlı zəhərli tau zülalının toplandığı ilk yerlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, beyin forması üzərində aparılan bu cür analizlər gələcəkdə demensiyanı simptomlar başlamadan illər əvvəl aşkar etməyə kömək edə bilər.

Araşdırma “Nature Communications” jurnalında dərc olunub və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha önə çıxarıb.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31