İnformasiyanın həyatımızdakı rolu
26.11.2025 [08:52]
İKT işçilərinin bayramıdır...
İnformasiya yalnız mətn və sözlərdən ibarət deyil. O, bütün təcrübəmizi, əlaqələrimizi, elm və texnologiya sahələrini formalaşdıran bir resursdur. 21-ci əsr informasiyanın gücünü daha aydın şəkildə göstərir. Hər gün qarşılaşdığımız məlumatlar, həyatımıza istiqamət verən qərarları müəyyənləşdirir, yeni imkanlar yaradır.
Sivilizasiyanın inkişafında da informasiyanın rolu əvəzedilməzdir. İnformasiya cəmiyyəti müasirliyə aparan yoldur. Bu baxımdan bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib.
31 il öncə...
Təsadüfi deyil ki, 1994-cü ildən 26 noyabr - Dünya İnformasiya Günü kimi qeyd olunur. 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il noyabrın 26-da Dünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Beləliklə, bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb. Bu gün İKT sahəsində çalışanların peşə bayramıdır.
İnformasiya azadlığı demokratiyanın göstəricisidir
Dünya İnformasiya Günündə ən çox diqqətdə olan məsələlərdən biri fikir və söz azadlığıdır. Təsadüfi deyil ki, söz və informasiya azadlığı hər bir ölkənin inkişafı üçün vacib olan məsələlərdən biridir. Belə ki, söz və informasiya azadlığı ümumilikdə demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması üçün əsas zəminlərdən sayılır.
İnformasiya azadlığı, jurnalistlərə ifadə azadlığının verilməsi demokratik cəmiyyətlərin əsas göstəricilərindən və beynəlxalq hüququn daim izlədiyi məsələlərdən biridir. Lakin dünya mürəkkəbləşdikcə, beynəlxalq müstəvidə siyasi və iqtisadi maraqların toqquşması artdıqca medianın müstəqilliyi bəzən arxa plana keçir.
İnformasiya təhlükəsizliyi etikası
Dünya İnformasiya Gününün qeyd olunmasının digər bir məqsədi informasiya mübadiləsinin təhlükəsizliyini və etik standartlarını vurğulamaqdır. Bu günün tələbləri yalnız məlumatın sürətli ötürülməsi ilə məhdudlaşmır, həm də bu məlumatların düzgünlüyü, etibarlılığı və mənbələrin gizliliyi məsələləri ilə əlaqədardır. İnternetin inkişafı ilə yanaşı, məlumatların oğurlanması, saxta xəbərlər, şəbəkə hücumları və fərdi məlumatların sızması kimi problemlər də meydana çıxıb. Buna görə də, informasiya təhlükəsizliyi və etikasına diqqət yetirmək, xüsusilə, rəqəmsal dünyada yaşayan insanlar üçün əsas məsələdir.
Azərbaycanda bu məqamlara diqqət olunur...
Sevindirici haldır ki, ölkəmizdə informasiya azadlığına xüsusi diqqət olunur. Belə ki, söz və media azadlığı Azərbaycanda da demokratik cəmiyyətin prioritet dəyərlərindən biri olaraq qəbul edilir. İnformasiya və söz azadlığı fərdin öz əqidə və mülahizələrini sərbəst formalaşdırmaq, onlara riayət etmək, onlardan sərbəst imtina etmək hüququnu, öz fikir və əqidəsini sərbəst ifadə etmək, şifahi ünsiyyət hüququnu nəzərdə tutur. Söz azadlığı KİV-in fəaliyyəti ilə sıx bağlıdır. Eyni zamanda, istənilən qanuni yolla informasiyanı sərbəst axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququnun həyata keçirilməsi üçün zəruri zəmin yaradır. Azərbaycanda da məhz bu fundamental məqamlara xüsusi diqqət olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25

