Azərbaycan tamaşaları Türkmənistanda xarici klassiklər həftəsində nümayiş olunacaq
28.11.2025 [18:32]
Türkmənistanda keçiriləcək xarici klassik tamaşalar həftəsi çərçivəsində Azərbaycan səhnə əsərləri geniş auditoriyaya təqdim olunacaq. Türkmənistanın daimi tərəfsizliyinin 30 illiyi münasibətilə dekabrın 6–12-də təşkil ediləcək mədəniyyət proqramında Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin yaradıcılığı xüsusi yer tutacaq.
Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət həftəsi çərçivəsində bəstəkarın “Ər və arvad” operettası əsasında hazırlanan eyniadlı tamaşa Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində nümayiş etdiriləcək. Tamaşa ingilis və rus dillərinə sinxron tərcümə ilə təqdim olunacaq.
Qeyd edək ki, bu il Azərbaycan Prezidentinin Sərəncamı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və dünyada geniş şəkildə qeyd olunur. Mədəniyyət həftəsi çərçivəsində böyük bəstəkarın yaradıcılığının Türkmənistan tamaşaçılarına yenidən təqdim edilməsi həm dostluq əlaqələrinin, həm də mədəni əməkdaşlığın inkişafına töhfə verəcək.
Türkmənistanın mədəni həyatında Üzeyir Hacıbəylinin əsərlərinin xüsusi yeri var. “Ər və arvad” operettası ilə yanaşı, bəstəkarın məşhur “Arşın mal alan” əsəri uzun illərdir Aşqabaddakı teatr səhnələrində tamaşaçı rəğbəti qazanır və həm yerli, həm də xarici izləyicilər tərəfindən yüksək qiymətləndirilir. Bu çərçivədə Aşqabadın A.S.Puşkin adına Rus Dram Teatrında “Arşın mal alan” tamaşası ənənəvi olaraq yenidən nümayiş olunacaq.
Xarici klassiklər həftəsi müddətində tamaşaçılar Azərbaycanla yanaşı, ABŞ, qırğız, gürcü, rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı əldə edəcəklər. Proqram mədəniyyətlərin yaxınlaşmasına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

