Heydər Əliyev Mərkəzində “Küknar” Beynəlxalq İncəsənət Sərgisi və Müsabiqəsi keçiriləcəkdir
17.12.2013 [15:17]
Heydər Əliyev Mərkəzi yeni layihəyə -“Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsinə başlamışdır.
İlk dəfə həyata keçirilən bu layihə öz ideyası, qeyri-adiliyi, maraqlı dizayn həlli ilə fərqlənir.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki, “Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsi çərçivəsində 2014-cü ilin tam fərqli tərtibatda bəzədilmiş Yeni il küknar ağacları təqdim ediləcəkdir.
Yeni il hər kəsin - uşaqların və böyüklərin ən çox sevdikləri, bütün il boyu gözlədikləri bayramlardan biridir. Bayram hazırlıqları-Yeni il ərəfəsi tədbirlər, hədiyyələrin seçilməsi və s. şənliklərdən çox əvvəl başlayır. Dünyanın hər yerində dinindən, dilindən, mənsub olduğu mədəniyyətdən asılı olmayaraq bütün insanların eyni ümidlərlə - yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözlədikləri bu bayram hər ölkədə müxtəlif adət-ənənələrlə qeyd edilir. Lakin ən önəmlisi odur ki, bu bayram özlüyündə hər kəsə xoşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyi hissi bəxş edir.
Yeni il bayramının rəmzi olaraq bəzədilmiş küknar ağacı isə həm də bu arzuların ölməzliyini ifadə edir. İnsanların Yeni il üçün bəzədilmiş küknar ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə olan arzular ətrafında birləşmənin əlamətidir.
Heydər Əliyev Mərkəzinin Yeni il ərəfəsində elan etdiyi “Küknar” Beynəlxalq İncəsənət Müsabiqəsi sənətsevərləri, rəssam və heykəltəraşları öz ətrafında birləşdirmişdir.
On səkkiz müxtəlif tanınmış, eləcə də gənc heykəltəraş və rəssamın iştirak etdiyi layihədə Yeni il küknarını bu dəfə tam fərqli dizaynda, tam fərqli ideyanın məhsulu kimi görmək imkanı olacaqdır.
İki aya yaxın davam edən bu incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər biri 3 metrdən çox hündürlükdə olan qeyri-adi formalı küknar ağacları hazırlanmışdır. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilmişdir.
Heydər Əliyev Mərkəzinin “Küknar” layihəsi ətrafında birləşən rəssamlar öz daxili aləmlərini, arzularını, sənət və həyata baxışlarını nadir əsərlərdə, bu əsərlərdəki rəmzi mənalarda təqdim edirlər.
Dekabrın 21-də Heydər Əliyev Mərkəzinin parkında eksklüziv dizaynda hazırlanan əsərlərin təqdimat mərasimi keçiriləcəkdir. Tədbir zamanı 18 əsər nümayiş etdiriləcək, eyni zamanda, mərasimə dəvətlilərin iştirakı ilə səsvermə olacaqdır.
Hər bir kəs 3 səsvermə vərəqindən istifadə edərək öz favoritini qalib edə bilər. Qaydalara əsasən, sərgilənən əsərlər nömrələnəcəkdir. İzləyicilər onlara təqdim olunan səsvermə vərəqində üstünlük verdikləri əsərin nömrəsini qeyd edərək favoritini qalib edə bilər. Bir şəxs ona təqdim olunan 3 səsvermə vərəqində 3 eyni əsərin və ya müxtəlif əsərlərin nömrəsini qeyd etmək hüququna malikdir. Toplanan səslərə əsasən, mərasimin sonunda qalib əsər və ikinci, üçüncü yerlərin sahibləri elan olunacaqdır.
Qaliblərə diplom və pul mükafatları təqdim ediləcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

