İstanbulda Xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşasının premyerası anşlaqla keçib
28.12.2013 [09:27]
Xalq yazıçısı Elçinin Türkiyənin mədəni həyatında mühüm hadisə olan “Ulduzlar altında ölüm” (Qatil) əsərinin tamaşası, “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin - “Şekspir”in tamaşası qardaş ölkədə böyük əks-səda doğurub. İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Üsküdardakı Kərəm Yılmazer səhnəsində anşlaqla keçən premyerada Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları olublar.
Tamaşaya quruluş verən aktrisa və rejissor Məlahət Abbasova AzərTAc-a bildirib ki, “Şekspir” pyesini Türkiyədə səhnələşdirmək ideyası “Qatil” tamaşasını Bakıda nümayiş etdirdiyimiz zaman professor Nərgiz Paşayevanın istanbullu aktyorları “ÜNS Yaradıcılıq Səhnəsi”nə dəvət etməsindən sonra yaranıb. Burada rejissor Bəhram Osmanovun quruluşunda tamaşaya baxan Üsküdar Kərəm Yılmazer səhnəsinin bədii rəhbəri Hilmi Zafer Şahin bu maraqlı əsəri Türkiyədə tərcümə etmək və səhnələşdirmək istədiyini deyib. Teatrın bədii şurası da əsəri repertuara daxil etdikdən sonra gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik.
Dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasının da quruluşunu vermiş Məlahət xanım İstanbul teatrlarında Xalq yazıçısı Anarın “Təhminə və Zaur”, Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərinə də səhnə həyatı verib. Onun sözlərinə görə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının onların arasında xüsusi yeri var.
Türkiyənin tanınmış səhnə ustaları - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin əsərə və ifalarına yaradıcı münasibətləri isə tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlayır. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.
Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yad planetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlərdir. Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür. Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm və tragikomik hadisələr təqdim olunur. Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edir.
İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası gələn il yanvarın 22-26-da Ümraniye səhnəsində də göstəriləcək. Tamaşanın aprel-may aylarında Bakıda da göstərilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36

