Xalq rəssamı Tahir Salahovun xalça üzərində “Qırmızı təkər” əsəri təqdim olunub
25.12.2014 [09:18]
Dekabrın 24-də “Azər-İlmə” MMC-də Xalq rəssamı Tahir Salahovun əsəri əsasında hazırlanmış “Qırmızı təkər” xalçasının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Xalq rəssamı Tahir Salahovun görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının portreti əsasında toxunmuş bu xalça istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən “Azər-İlmə” MMC-də hazırlanıb. Əsərin adı A.Soljenitsının eyniadlı roman-epopeyasından götürülüb.
Xalça barədə fikirlərini jurnalistlərlə bölüşən Əməkdar incəsənət xadimi Kübra Əliyeva onun bədii xüsusiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük rəssamın bu əsəri xalça üzərində də eyni effekti verir. Bu da hər iki rəssamın sənətkarlığından irəli gəlir.
“Azər-İlmə” MMC-nin rəssamı Aynurə Əsədullayevanın sözlərinə görə, xalça yeddi ay müddətində ərsəyə gəlib. Ölçüsü 2,24x3,1 metr olan xalçada əsasən qəhvəyi və qırmızı rənglərin müxtəlif çalarlarından və keyfiyyətli iplərdən istifadə edilib.
15 ilə yaxındır ki, əsərlərini xalça üzərinə köçürən T.Salahov bu işin onun yaradıcılığına yeni impuls və istiqamət verdiyini deyib. Bildirib ki, təqdimatı keçirilən əsər o dövrün rəmzlərinə uyğun olaraq ulduzlar, oraq və çəkiclə əhatə olunub. A.Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də xalçada öz əksini tapıb. Qara təsvirlə verilmiş ulduzlar isə repressiya dövründə söndürülmüş insan talelərinə işarədir.
Rəssam xatırlayıb ki, 1958-ci ildə respublikamıza məşhur fransız rəssamı Jan Lyursa gəlmişdi. Onun Bakıya maraq göstərməsinin səbəbi özünün Fransada həm də tekstil rəssamlığı, qobelenlə məşğul olması idi. Fransada rəsm əsərlərinin qobelenə köçürülməsi ənənə halını alıb. T.Salahov diqqətə çatdırıb ki, “Dədə Qorqud” əsərini rəssam Eldar Mikayılov xalçaya köçürüb. Təxminən 6-8 ay ərzində hazır olan xalçada hər rəng çaları eynilə verilib.
Qeyd edək ki, T.Salahovun bundan əvvəl A.Soljenitsının Rusiyaya qayıtmasına həsr edilən digər bir əsəri də xalça üzərinə köçürülüb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə müsahibəsində rəssam T.Salahovun böyük portretlər qalereyası, o cümlədən Azərbaycanın, Rusiyanın və dünya miqyasında tanınmış digər xadimlərinin portretlərini yaratdığını qeyd edib. Bildirib ki, onun yaratdığı hər portretin öz yeri var. A.Soljenitsının portretini isə rəssam T.Salahov yaradıcılığının kamillik zirvəsində işləyib. Diqqətə çatdırıb ki, A.Soljenitsının Rusiya üçün böyük mənası var. Bu təqdimatda iştirak etmək mənin üçün böyük əhəmiyyət daşıyır. Çox şadam ki, T.Salahov kimi rəssamlar var.
Qeyd edək ki, indiyədək T.Salahovun “Heydər Əliyev”, “Dmitri Şostakoviç”, “Mstislav Rostropoviç”, “Slavador Dalinin yaradıcılıq dünyası”, “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Rəsul Rza” və digər əsərləri uğurla xalça üzərinə köçürülüb. Bu, Azərbaycan incəsənətində parlaq bir sintez, ənənə ilə müasirliyin vəhdətidir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

