Azərbaycan muzeylərinin vəziyyəti müzakirə olunub
24.06.2009 [12:25]
Dünən Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin cari ilin may ayının 22-də imzaladığı Sərəncama əsasən təsdiq edilən “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı (2009-2014)”nın yerinə yetirilməsi ilə bağlı müşavirə keçirib.
Respublikada fəaliyyət göstərən muzeylərin direktorlarının iştirakı ilə keçirilən müşavirədə çıxış edən Ə.Qarayev regionlarda yerləşən muzeylərin aqibətinin ürəkaçan olmadığını deyib. Nazir dövlət başçısının sözügedən Sərəncamının bu səhədə mövcud olan problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Doğrudur, bu illər ərzində muzey sahəsində bir çox uğurlar əldə etmişik. Paytaxtda fəaliyyət göstərən muzeylərdə təmir-bərpa işlərinin aparılması, Xalça Muzeyinin tikintisinə başlanılması, həmçinin bir çox xarici muzeylərlə qurulan əməkdaşlığı bu sahədə əldə olunmuş nailiyyət kimi qiymətləndirmək olar. Amma, bu gün muzey sahəsində mövcud problemlərdən yan ötmək haqsızlıqdır. Təəssüf ki, gənc nəslin tariximizə marağı azalıb, muzeylərə maraq aşağı düşüb. Bu kimi problemlərin həll olunmasına çalışmalıyıq”.
Ə.Qarayevin sözlərinə görə, bu gün regionlarda əsas problem muzeylərdə fəaliyyət göstərən bələdçilər, daha doğrusu, onların bilik səviyyəsi ilə bağlıdır. Nazir deyib ki, bələdçilərin çoxu fəaliyyət göstərdikləri muzeylərdə yerləşdirilən eksponatların tarixindən belə bixəbərdirlər. “Bələdçilər Azərbaycana gələn turistlərə Qız Qalasının müxtəlif əsrlərdə tikildiyini deyirlər. Bu biabırçılıqdır. Biz tariximizi öyrənməsək, bilməsək, bunu kim edəcək? Bələdçilərin dil bilgisinin olmaması da xoşagəlməz haldır. Xarici qonaqların qarşısına çıxarmağa bələdçi tapmamaq biabırçılıqdır. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən bütün bələdçilər attestasiyadan keçməlidir”, - söyləyən Ə.Qarayev üstəlik muzeylərin çox səliqəsiz halda fəaliyyət göstərdiyini də vurğulayıb. Nazirin dediyinə görə, muzeylərdə səliqə-sahmana, eksponatların xüsusi qaydada saxlanılmasına, o cümlədən muzeylərdəki eksponatların elektron variantının hazırlanmasına diqqət edilmir. Muzeylərin internet ünvanlarının yaradılmasının vacibliyinə toxunan Ə.Qarayev onu da söyləyib ki, bu kimi problemlər aradan qaldırılmasa, tariximiz və mədəniyyətimiz əlimizdən çıxacaq.
Nazir onu da qeyd edib ki, Azərbaycanın aşıq sənəti bu ilin oktyabr ayında UNESCO-nun Mədəni İrs siyahısına salınacaq. Bu səbəbdən də aşıq sənəti ilə bağlı tarixi sənədlər, eksponatlar səliqə ilə saxlanılmalı və ölkəyə gələn turistlərə layiqincə nümayiş etdirilməlidir. “Aşıq sənəti UNESCO-nun siyahısına daxil edildikdən sonra ölkəmizə təşrif buyuranların hər biri bu sənətlə tanış olmaq istəyəcək. Ancaq bu gün muzeylərdə saxlanılan və bilavasitə aşıq sənəti ilə bağlı olan eksponatların halı acınacaqlıdır. Muzeylərin bir neçəsi iki ədəd saz asmaqla kifayətlənib. Maraqlanan turistlərə bunu göstərib, özümüzü biabır edəcəyik?!” - söyləyən Ə.Qarayevin fikrincə, muzeylərdə aşıq sənəti ilə bağlı xüsusi guşə yaradılmalıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

