Rəqs sənətimizin şahzadəsi...
26.12.2023 [11:40]
Əminə Dilbazinin doğum günüdür
Yeganə BAYRAMOVA
Onu Azərbaycan rəqs sənətinin şahzadəsi adlandırırdılar. Ömrünü həyatı qədər sevdiyi rəqs sənətinə, milli rəqslərimizin təbliğinə həsr etmiş bu gözəl rəqqasənin sənəti Azərbaycanın dünyada tanınmasında böyük rol oynayıb. Bu gün Xalq artisti, görkəmli rəqqasə, baletmeyster Əminə Dilbazinin doğum günüdür. Maraqlı və mənalı ömür yolu keçmiş Əminə xanım düz 104 il bundan əvvəl Qazaxda dünyaya göz açıb.
O, bir insan kimi təbiətin ona bəxş etdiyi qabiliyyətlərdən asılı olmayaraq bəzən özünü başqa cür ifadə etməyə çalışırdı. Hər kəs kimi həyatda yaşadıqca mənəvi cəhətdən təkmilləşir, onun hissləri, duyğuları da zaman-zaman inkişaf edir, bir sözlə, möcüzələr yaradırdı. Sənətkar kimi onun öz ifa tərzi hər şeyi həll etmək gücünə malik idi.
Əminə Dilbazi Bakıda keçirilən bir rəqs müsabiqəsindəki iştirakını belə xatırlayır: “Məktəbdə oxuduğum illərdə rəqqas Əşrəf Səfərovun təşəbbüsü və rəhbərliyi ilə rəqs ansamblı yaratmaq üçün qabiliyyəti olan gənclərin müsabiqəsi keçirilirdi. Seçimdə iştirak etmək üçün məni də bir qrup istedadlı gənclərin sırasına daxil etdilər. Münsiflər mənim hansı mahnıya rəqs edəcəyimi soruşanda mən “hopsa” deyə cavab verdim. Bu zaman həm münsiflər heyəti, həm də çalğıçılar belə rəqsin olmadığını deyib məharətimi göstərməyi söylədilər. Mən isə idman
dərslərindən “hopsa” ifadəsi yadımda həkk olunduğundan belə bir rəqsi ağzımda zümzümə edib oynamağa başladım. Rəqs bitəndən sonra başımı qaldırıb zala toplaşan hər kəsin gülüşdüyünü və münsiflərin isə gözlərindən yaş axdığının şahidi oldum. Sonra xəbər tutdum ki, həmin qrupa qəbul olunmuşam”.
Zaman ötdükcə Əminə xanım “Vağzalı-mirzəyi”, “Turacı”, “Tərəkəmə”, “Naz eləmə”, “İnnabı” və başqa rəqsləri ilə şöhrət çələngi toplayır. Onun ən ağır rəqslərindən biri də “Turacı” idi: “ “Turacı”nı oynamışdım, rəqs vaxtı dizim bərk yaralanmışdı. Birdən eşitdim ki, maestro Niyazi mənə tamaşa etməyə gəlir. Nə edəcəyimi bilmədim. Ayağımın yaralı olduğunu deməyə cəsarətim çatmadı. Həkimlərə qulaq asmadım. Çıxdım səhnəyə, rəqs qurtaranda elə bildim ki, Niyazi ayağa qalxıb məni alqışlayacaq, təbrik edəcək. Heç nə demədən, dinməz-söyləməz durub getdi. Yaman pərt oldum. Üstündən bir neçə gün keçdikdən sonra dedilər ki, səni çağırır. Getdim. Dedi: “Aminka - mənə belə deyərdi - Opera Teatrında hökumət konserti olacaq. Proqrama “Turacı”nı da daxil etmişəm. Özü də simfonik orkestrin müşayiəti ilə oynayacaqsan”. Etiraz edə bilməzdim. Amma ömrümdə simfonik orkestr müşayiəti ilə oynamamışdım. Maestro deyirdisə, deməli olmalı idi. “Turacı”nı hazırladıq və böyük uğurla ifa etdik”.
Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.
Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapıb. Görkəmli rəqqasənin repertuarına rus, Ukrayna, özbək, ərəb, Çin və s. xalqların rəqsləri daxil olub. Bununla yanaşı, Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynayıb.
Əminə Dilbazi rəqsləri, onların yaranma tarixini və ifaçısına qazandırdığı uğurlar haqqında yerli-yataqlı danışmağı xoşlayırdı. Üz-gözündə təbəssüm xatirəni xatirəyə calayan Əminə Dilbazi ömür-gün həmdəmi, bəstəkar Cövdət Hacıyevdən söz düşən kimi dəyişərdi, təbəssümünü kədər buludları əvəzləyərdi. Cövdətsiz günlərində şirin, əlçatmaz xatirələri paylaşmaq istəmirdi. Cövdəti ilə hər kəsə nəsib olmayan bir ömür, əbədiyaşar sevgi yaşadığını deyir. Evlilik tarixçələri isə lap nağıllardakı kimi başlayıb. Günlərin birində gənc bəstəkar öncədən xəbərdarlıq etmədən onu nikah bürosuna aparıb. Sən demə, “hələ tezdir” deyən Əminənin razılaşmayacağından ehtiyat edərək, hər şeyi onun əmisi qızı, şairə Mirvarid Dilbazi ilə əvvəlcədən düzüb-qoşublarmış. Nikah mərasimində də Səməd Vurğun və Mirvarid Dilbazi iştirak ediblər. Beləcə, almanların Minvoda gəlib çatdıqları bir dövrdə xoşbəxt bir ailənin bünövrəsi qoyulur. Biri digərinin ölümünə dözə bilməyəcəyindən bu dünyanı birgə tərk edəcəklərinə söz vermişdilər. “Sevgililər gərək ayrılmasın, hətta öləndə belə” deyirdilər. Oğlanlarından biri (Əminə xanımım sağlığında - red.) onların münasibətlərini belə xarakterizə edir: “Bu iki insan xaraktercə əks qütblərdə dayansalar da, sözün hər mənasında bir-birilərini tamamlayırdılar. Anam Əminə Dilbazi xasiyyətcə açıq-saçıqdır, insanlar arasında olmağı çox sevir. Özü də kişi kimi ötkəm qadındır, sinəsini gərib bütün çətinliklərə qarşı mübarizə aparmağı sevir. Atam isə, əksinə, qapalı insan idi. Sırf yaradıcı adam idi. Əsərinin ifa olunub-olunmayacağı onu düşündürmürdü, yazıb səliqə ilə dolaba qoyurdu. Bir dəfə də olsun, sifarişlə musiqi bəstələməyib”.
Əminə xanım hər zaman müasir Azərbaycan qadınına fədakar ana, sədaqətli ömür yoldaşı, vətənpərvər insan, əsl vətəndaş olmağı tövsiyə edərdi. O, xalqa bağlı sənətkar idi. Torpaq belə mədəniyyət xadimlərini şöhrətləndirir. Bu baxımdan Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyevin yaradıcılıq yolları, ömürləri bu sənətkara örnək idi. Adı geniş tamaşaçıya doğma olan istəkli rəqqasəmiz sənət ənənələrinə sədaqət nümunəsi, xalqın yaradıcılıq çeşməsindən qidalanmaq əzmidir. Belə olmasaydı, o, Azərbaycanı, Azərbaycan isə bu gözəl rəqqasəsini yüksəklərə qaldırmazdı...
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

