Bəstəkar Həbib Həbibov: "Ailəm sənətimi ciddi qəbul eləmirdi"
06.09.2024 [15:28]
Musiqinin insan həyatındakı rolu və yeri əvəz edilməzdir. Bu gün həyatımızın böyük hissəsini həsr etdiyimiz sosial şəbəkələr, yeni simaları, gənc musiqiçiləri tanımağımızda böyük rol oynayır. Elə bu günkü həmsöhbətimiz də, uzun müddətdir sosial şəbəkələrdə "Maskalı pianoçu" kimi məşhurlaşan gənc pianoçu Həbib Həbibovdur. H.Həbibov kiçik yaşlarından musiqi ilə məşğul olub, eyni zamanda bəstəkar olaraq fəaliyyət göstərir.
Yeniazərbaycan.com-un əməkdaşı pianoçu Həbib Həbibov ilə müsahibəni təqdim edir:
Öncə özünüz haqqında məlumat verin, oxucular sizi daha yaxından tanısınlar.
- Mən Həbib Həbibov. Uşaqlıqdan pianino ifa edirəm. Çətin də olsa bu arzuma çata bildim. Ən böyük arzum fəaliyyətimi daha geniş şəkildə həyata keçirtməkdir.
Həbib bəy, bildiyim qədər musiqi təhsiliniz yoxdur, bunu özünüzə maneə kimi qəbul etmisiniz?
- Xeyr. Özümə inanıram.
Bəs bu sahə üzrə sənətkarların təhsilinizin olmamasına münasibəti necədir?
- Müsbət fikirlər çox alıram, lakin arada mənfi rəylər də olur. Mənfi fikirlər elə də maraqlı deyil mənim üçün. Elə vaxtlar olur özümə özümə tənqidlə yanaşıram.
Bakı auditoriyası sizi necə dinləyir?
- Münasibət yaxşıdır. Bir çox adamlarla əlaqələrim var.
Həbib bəy, atanız da musiqiçi olub. O musiqiçi olmasaydı, siz də pianoçu olmazdınız?
- Yəqin ki olmazdım. Atamla mahnılar dinləyirdik. O, ilk dəfə musiqi əsərini qoşanda məndə qəribə hisslər yarandı. Hardasa 6-7 yaşım olardı. Deyərdim ki, elə ilk dəfə musiqi duyumum o vaxt oldu. 6-7 yaşdan dinləməyə, 13 yaşımdan isə pianino ifa etməyə başladım. Bu sahəyə ilk olaraq sadə musiqiləri ifa edərək gəldim.
Bəs, klassik musiqilər?
- Klassik musiqiləri 2020-ci ildən ifa etməyə başlamışam.
Dinləyiciləri ən çox maraqlandıran məqamlardan biri də sizin maskada olmağınızdır. Maskada olmağınıza səbəb nədir?
-Obraz olaraq seçmişəm. Dinləyəcilər çox istəyiblər maskamı çıxardım, lakin heç vaxt bunu etməmişəm.
Musiqiçilər ilə birgə layihə həyata keçirmək niyyətiniz varmı?
- Musiqiçilərlə solo konsertlər verirəm. Bu sahədə gələcəklə bağlı planlarım çoxdur. Həm ölkəmizdə, həm də xarici ölkələrdə konsertlər verməyi düşünürəm.
Hansı bəstəkarlardan ilhamlanırsız?
- Bəstələrimdən heç birini sevmirəm. Bethovenin, Şopenin əsərlərini dinləyirəm. Ümumi desək keçmiş və xarici bəstəkarlardan ilhamlanıram.
Başqa hansı sahə ilə məşğul olursunuz?
-Rabitəçiyəm. Düzdür musiqi sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvvələr ailəm sənətimi ciddi qəbul etmirdi. Hətta, onlara bu mənasız gəlirdi. Pianino almaq istədim, ailəm razılaşmadı və bir müddət onlarla əlaqəmi kəsdim. Hətta, bir müddət evə getmədim, lakin arzuma çatdım. Hazırda bu sənətlə gündəlik olaraq məşğul oluram.
Çıxışlarınızdan razısınız?
- Son konsertimdə əvvəlkiyə nisbətən xeyli dinləyici var idi. Bu məndə motivasiya yaratdı. Yəni nəticə istədiyimdən də yaxşı oldu. Növbəti konserti qış aylarında təşkil etməyi düşünürəm.
Konsertinizdə olan dinləyicilərdən biri də mən idim. Daha çox mənə 90-cı illəri xatırlatdınız. Həm musiqilər, həm tərziniz. Bu nə ilə bağlıdır?
- Mənə elə gəlir ki, 2024-cü ildə yaşamıram. Ruhum sanki 90-cı illərdə qalıb. Belə olduğum üçün bəzən təssüflənirəm. O dövrlərin abu-havası, insanları mənə çox doğma gəlir.
Sənət sahələri bir-biri ilə bağlıdır deyirlər. Ədəbiyyatla aranız necədir?
- Gözəldir, hətta özüm də kitab yazıram. Daha çox bədii janra üstünlük verirəm. Hazırda ssenari yazıram. Gələcəkdə bu ssenari əsssında yeni layihələr düşünürəm.
Müasir dövrdə sənət baxmından gənclərin zövqü sizi qane edir?
- Müasir dövrdə gənclərin zövqü məni qane etmir. Təbii ki, hər kəsə şamil olunmur, lakin bir çox gənclər bayağı musiqilərə daha çox meyillidirlər. Bu da zamanla onları klassik və ciddi musiqilərdən uzaqlaşmasına səbəb olur.
Bəs sənət adamlar sizə dəstək göstərirlər?
- Mənim buna ehtiyacım yoxdur, sadəcə məni başa düşsünlər, bu mənə kifayət edər.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19

