/ / Azərbaycan və İran arasında səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xalqlarımızın ali mənafeyinə xidmət edir
Azərbaycan və İran arasında səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xalqlarımızın ali mənafeyinə xidmət edir
02.05.2013 [11:27]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Newtimes.az” portalına müsahibəsi:
- Novruz müəllim, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə nümayəndə heyətinin İrana səfərinin məqsədi və əhəmiyyəti haqqında fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.
- İran qonşu dövlətdir, ölkələrimizi və xalqlarımızı birləşdirən mühüm tarixi, coğrafi, dini, mədəni və digər amillər var. Geniş və səmərəli əməkdaşlıq edirik. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf etmiş, hərtərəfli əməkdaşlıq üçün möhkəm təməl yaranmışdır. Bu cür siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır. Heç şübhəsiz, Azərbaycan və İran arasında səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi xalqlarımızın ali mənafeyinə xidmət edir. İki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişafı bütövlükdə region üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün dünyada vəziyyət gərgindir, bəzi məsələlər narahatlıq doğurur. İran İslam Respublikası isə beynəlxalq aləmdə bəzi problemlərlə üzləşməklə bərabər, eyni zamanda, prezident seçkiləri kimi mühüm bir hadisə ərəfəsindədir. Seçki ərəfəsində bütün ölkələrdə proseslər intensivləşir. İranda da proseslərin sürətlənməsi təbiidir.
Digər tərəfdən, son zamanlar bir sıra müşahidələr bunu deməyə əsas verir ki, sıx əməkdaşlıq edən bu iki qonşu və dost ölkə və xalq arasında müəyyən narazılıq toxumları səpmək istəyən dairələr həm ölkələrin daxilində, həm də xaricində var. Öz məqsədlərinə çatmaq üçün onlar zaman-zaman müvafiq addımlar atırlar. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri belə bir şəraitdə və zamanda baş tutdu.
- Novruz müəllim, İranın bəzi media orqanlarında bu səfərlə bağlı qərəzli yazılar dərc edilir. Buna münasibətiniz necədir?
- Təəssüf ki, İran mətbuatında müzakirə predmeti olmayan bəzi mövzularla bağlı məlumatlar verilir. Belə addımların nə səbəbdən atıldığı sual doğurur. Məsələ bundadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran mətbuatına heç bir müsahibə verməyib. Buna görə də, belə məlumatların İran mətbuatına ötürülməsi sual yaradır. Axı görüşlərdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub.
Səfərin əsas məqsədi ölkələrimiz arasında qonşuluq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarət idi. Mən də nümayəndə heyətinin tərkibində idim. Bütün görüşlərdə iştirak etmişəm. Gəldiyim qənaət bundan ibarətdir ki, bu görüşlər səmimilik və qarşılıqlı anlaşma şəraitində keçdi. Görüşlər və aparılan danışıqlardan yalnız bir nəticə çıxarmaq olar. Yəni, hər iki ölkənin rəhbər qurumları ikitərəfli qonşuluq dostluq və əməkdaşlıq əlaqələrini bundan sonra da davam etdirmək, daha da inkişaf etdirmək üçün səy göstərməyin məqsədəuyğun olduğunu bir daha təsdiqlədilər.
Bu cür mövqe isə artıq bu münasibətlərə ziyan vuran, mane olan əsassız məlumatların yayılmasına, addımların atılmasına son qoymaq qərarını nümayiş etdirməlidir. Düşünürəm ki, bu səfərin qarşısına qoyduğu məqsəd-məram, ondan çıxarılan nəticə bundan ibarət olmalıdır. Qeyd etdiyim mövqenin alternativinin olmadığını sübut etməyə ehtiyac yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

