Təhsil strategiyası böyük perspektivlər vəd edir
03.02.2015 [11:26]
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev
- Ağacan müəllim, yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq olunması haqqında Sərəncam imzalayıb. Sizcə, bu sənəd təhsilimizin inkişafına hansı töhfələr verəcək?
- Ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycanda təhsilə və idmana çox böyük diqqət yetirirdi. Ulu öndərin müəllim adına göstərdiyi hörmət hamıya məlumdur. Bu gün də Ulu öndərin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi təhsil və idmana çox böyük diqqət və qayğı göstərir. Ölkə Prezidenti İlham Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strateqiyasi” haqqında Sərəncam imzalamışdır.
Biz təhsil işçiləri bu gün və gələcək işlərimizi bu strategiyanın uğurla aparılması üçün bütün bilik, bacarıqlarımızdan istifadə etməliyik. Heç bir təhsil işçisi, tutduğu vəzifədən və rütbəsindən asılı olmayaraq kənarda qalmamalıdır. Bu strategiyanın davamlı inkişafı, qələbəsi hər bir azərbaycanlı ziyalısının başlıca vəzifələrindən biri olmalıdır. Bax burada vətənpərvərlik də var, tələbələrimizin gələcəyi haqqında, təhsilimiz haqqında düşünmək də var.
Strategiyada bu gün ölkəmizdə təhsilin vəziyyəti, onun keyfiyyəti, əhatəliyi və məzmunu haqqında geniş məlumat verilir və gələcək hədəflər göstərilir. Burda tədris metodikalarından başlayaraq təhsilin müasir standartlarına cavab verən infrastrukturunun və resurslarının yaradılması yolları göstərilir.
Strategiyada qloballaşan dünyada təhsil sisteminin idarə olunmasında yeni tədris texnologiyalarından, beynəlxalq təcrübə və standartlarından istifadənin vacibliyi vurğulanır. Əsas strateji hədəf isə nəzəri bilikli və yüksək təcrübi bacarığı olan gənc, müasir beynəlxalq standartlara cavab verən ixtisasçı hazırlamaqdır. Bir sözlə, təhsil strategiyası böyük perspektivlər vəd edir.
Bunun üçün tədris proqramlarına yeni, müasir nöqteyi nəzərdən baxmaq lazımdır. Elə fənlər var ki, məsələn təbiət elmlərində, məzmunca əsaslı dəyişiklik aparmaq düzgün olmazdı, məsələn riyaziyyat, fizika, kimya, anatomiya, fiziologiya, psixologiya və s. , amma bu fənlərin tədrisinin metodikasından, müasir pedaqoji fəndlərdən, ən başlıcası isə yeni Avropa təhsil sistemində qəbul olunmuş, təhsilalanın biliklərinin qiymətləndirməsi metodikasından istifadə etməliyik. Ancaq bu yolla biz Avropaya tələbələrimizin səviyyəsinin nə dərəcədə olduğunu göstərə bilərik.
- Prezident İlham Əliyev bugünlərdə «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Sərəncam imzalayıb. Sizcə, bu sərəncam müəllimlərin maddi təminatının yüksəlməsi ilə yanaşı tədrisin keyfiyyətinə nə dərəcədə təsir göstərəcək?
- Ölkə Prezidentinin, müəllimlərin əmək haqqlarının və dərs yükünün artırılması barədə imzaladığı sərəncamının iki tərəfli müsbət mənası var. Əvvəla, attestasiyadan yaxşı göstəricilərlə çıxmış müəllimin əmək haqqı artırılır, ikinci tərəfdən bu bacarıqlı, bilikli müəllim daha cox şagirdlərlə dərs aparması üçün onun tədris yükü artırılır. Bu sərəncam bizim müəllimlərimizin öz üzərində işləmələrinə təkan verəcək, yekunda isə şagirdlərimiz yüksək səviyyədə bilik əldə edə biləcəklər. Dünya, həyat yüksək sürətlə dəyişir, inkişaf edir. Hər bir ixtisasçı, xüsusən müəllim heyyəti bu inkişafdan geri qalmamalıdırlar. Mənə belə gəlir ki, hörmətli Prezidentimizin bu sərəncamı, təhsilimizə hər tərəfli dəstək olacaq.
- Ağacan müəllim, ölkəmizdə idmanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə, ötən il bu sahədə nə kimi uğurlarla yadda qaldı?
- Azərbaycan idmanının inkişafı barədə çox danışmaq olar. Ən fərəhli hal odur ki, Azərbaycan idmanının inkişafı və uğurları haqqında təkcə biz yox, artıq dünya idman hərəkatının aparıcı xadımləri deyirlər, təsdiq edirlər. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hiki Masallı Olimpiya Kompleksinin açılışında demişdi: “Mən indi görürəm ki Azərbaycan doğrudan da Avropanın Olimpiya mərkəzlərindən birinə çevrilmişdir.” Baxın, elə I Avropa Oyunlarının Bakıda keçirilməsinin səbəbini AOK prezidentının çıxışından açıq-aydın görmək olur.
İdmançılarımız bu oyunlara böyük əzmlə hazırlaşırlar. Bu mənada başa vurduğumuz 2014-cü il, idmançılarımız üçün növbəti uğurlu illərdən biri oldu. Bütün beynəlxalq çempionatlar və turnirlərdə idmançılarımız 805 medal qazanmışlar ki, bu ondan əvvəlki ilin nəticəsindən 60 medal çoxdur. 2014-cü ilin ən böyük çempionatı Nankində (ÇXR) keçirilən gənclərin olimpiya oyunları idi və gənclərimiz möhtəşəm nəticə göstərdilər. 200 iştirakçı ölkə arasında Azərbaycan komandası 12 medalla (5-qızıl, 6-qümüş, 1-bürünc) 10-cu yerdə qərarlaşdı. Bax budur, bizim uğurlu idman gələcəyimiz. Bundan əlavə, güləşçilərimiz Dünya kubokunda 2 yer, taekvondoçularimız Dünya çempionatında 2 qızıl medal qazanıblar, boksçularımızdan Ruslan Rustamov Avropa çempionu, gənclərimiz Dünya və Avropa çempionatlarının hər birində 2 bürünc medallar qazanmışlar.
- Bəs ölkəmizin I Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?
- Ölkəmizin I Avropa oyunlarına hazırlığı çox yüksək qiymətləndirilir. Yenə də, mən Avropa idman xadimlərinin sözü ilə desəm, Avropa Oyunlarına hazırlıq Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və xüsusilə Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yüksək hazırlıq işləri aparılır. Proqrama daxil olan bir neçə idman kompleksləri, Olimpiya kəndi artıq hazırdır, qalanları isə başa çatmaq üzrədir. Yenə də, Patrik Hikinin sözü ilə desək Bakıda keçiriləcək bu idman tədbiri Avropa Oyunlarının ən birincisi və gələcəkdə də ən yaxşısı olacaqdır. Biz buna əminik!
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08

