YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır
11.09.2015 [14:16]
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın Siyasi Şurasının, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov
- Aydın müəllim, Azərbaycan növbəti parlament seçkiləri ərəfəsindədir. Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq səviyyəsini və fəaliyyətini necə dəyərləndirirsiniz?
- Demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti parlament seçkilərinə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir. Əminliklə söyləmək olar ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yadda qalacaq. Ümumiyyətlə, qələbələr partiyası olan YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, yüksək inam nümayiş etdirir. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir.
Bu günə qədər keçirilmiş bütün seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq parlaq qələbələr əldə edən Yeni Azərbaycan Partiyasının bu seçkiləri də yüksək nailiyyətlərlə başa vuracağını indidən söyləmək mümkündür. Ümumiyyətlə, biz növbəti parlament seçkilərinə ürəkaçan yeniliklərlə, yüksək əhval-ruhiyyə ilə gedirik. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış uğurlar ölkədə davamlı inkişafın, tərəqqinin və yüksəlişin təzahürüdür.
- Rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatı öz fəaliyyətini hansı səviyyədə davam etdirir?
- YAP Qaradağ rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Fəaliyyətimizi, öz işimizi partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqlarına, həmçinin YAP-ın nizamnamə və proqramına müvafiq müəyyənləşdirmişik. Nəzərinizə çatdırım ki, hazırda YAP Qaradağ rayon təşkilatının üzvlərinin sayı 11 min 357 nəfərdir. Onların 3 min 329 nəfəri qadın, 4 min 266 nəfəri isə gənclərdir. Ümumilikdə, ərazi ilk partiya təşkilatlarının sayı 122-dir.
Rayon təşkilatı müəyyən olunmuş vaxtlarda vaxtlarda toplaşır, təşkilatın işini və qarşıda duran vəzifələri müzakirə edirlər.
Ümumiyyətlə, rayon təşkilatı olaraq hər ilin əvvəlində tədbirlər planı təsdiq edirik və bu plana uyğun olaraq fəaliyyətimizi qururuq. Hər il bütün əlamətdar günlər, tarixi hadisələrlə və s. bağlı tədbirlər keçiririk. Xüsusilə, seçki kampaniyaları dövründə partiyamızın qələbəsini təmin etmək üçün yerli təşkilat olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
- YAP Qaradağ rayon təşkilatı seçkilərə necə hazırlaşır?
- Parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının aparatında 35 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında üzvlər arasında vəzifə bölgüsü aparılıb, görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri və seçki kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib və onlar müvafiq qaydada təlimatlandırılıblar. Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur. Qərargahın üzvləri arasında gənclər də təmsil olunurlar. Ümid edirəm ki, bu parlament seçkilərində də gənclərimiz böyük fəallıq göstərərək öz töhfələrini verəcəklər. Bu prosesdə, həmçinin qadınlarımızın da üzərinə böyük məsuliyyət düşür.
Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur. Bu mənada dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb. Seçki kampaniyası dövründə rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb. Bu qrup isə təbliğat kampaniyasına rəsmi olaraq start verildikdən sonra fəaliyyətə başlayacaq.
Diqqətə çatdırmaq istəyirəm ki, Qaradağ rayonu ərazisində 2 seçki dairəsi və ümumilikdə, 56 seçki məntəqəsi yerləşir. 11 saylı Qaradağ Seçki Dairəsi üzrə 37 məntəqədə 43752, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə isə 20 məntəqədə 25696 seçici qeydiyyatdadır. Rayon təşkilatı Seçki Qərargahı isə seçki prosesində bu məntəqələrin, o cümlədən bütün seçicilərin əhatə olunduğu bir kampaniya həyata keçirmək əzmindədir.
Onu da qeyd edim ki, bundan öncə Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. Ümumilikdə, hər dairə üzrə 10 nəfər imzatoplayan müəyyənləşib. Bütün digər seçkilərdə olduğu kimi, bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə YAP üzvlərinin zəngin təcrübəsi var və Seçki Məcəlləsində, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, onların hansı qaydalara əməl etmələri, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. YAP tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlanıb. Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir.
- Yeri gəlmişkən, qlobal maliyyə-iqtisadi böhrana rəğmən, Azərbaycan öz dinamik inkişafını davam etdirir. Bunun əsasında isə, heç şübhəsiz, düşünülmüş siyasət dayanır. Bu barədə düşüncələrinizi bilmək istərdik…
- Öncə onu qeyd etmək istəyirəm ki, ötən müddət ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib.
Qlobal böhranın neftin qiymətinin ucuzlaşması fonunda bir çox ölkələrin iqtisadiyyatına vurduğu zərərlərin miqyasının artmasına baxmayaraq, Azərbaycan hökuməti bu təsirləri dəf edərək dinamik inkişafı təmin edən sistemli tədbirlər görüb. Hökumət ilin əvvəllərindən başlayaraq qlobal böhran fonunda ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün müxtəlif ssenarilər hazırlayıb və bu ssenarilərə uyğun müxtəlif layihələr həyata keçirməkdədir. Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində öz dayanıqlı inkişafını davam etdirib, maliyyə sabitliyinin qorunması təmin edilib. Mükəmməl iqtisadi strategiya Azərbaycan iqtisadiyyatının şaxələndiyini, neftdən kənar sahələrin dinamik inkişaf etdiyini təsdiqləyir.
Məlumdur ki, neftin ucuzlaşması, əslində, dünya iqtisadiyyatında artım templərinin zəifləməsi və dünyada yanaçağa istehlakın aşağı düşməsi fonunda baş verir və bu, təkçə, neft ixraç edən ölkələr üçün deyil, həm də, ümumilikdə qlobal səviyyədə ölkələrin iqtisadi-maliyyə sektorlarına təsir etməkdədir.Yəni, istənilə neft ixrac edən ölkə üçün bunun təsiri var. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Ən əsası isə budur ki, Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur.
Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasət, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımız surətlə inkişafına səbəb olub. Qeyri-neft sektorunun artım tempi iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Xüsusilə də, sənayeləşmənin geniş vüsət alması iqtisadiyyatda ağırlıq mərkəzinin qeyri-neft sahələrinin üzərinə düşür. Artıq bu onu göstərir ki, qeyri-neft və sənayenin qeyri-neft bölməsinin dayanıqlı inkişafı iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin möhkəm təməlləri mövcuddur. Beləliklə bu siyasi və iqtisadi kurs respublikamızda iqtisadi artımın başlıca mənbəyinin qeyri-neft sektoru olduğunu şərtləndirir.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27

