Bu gün qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir
20.06.2009 [11:21]
Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev www.yap.org.az saytına müsahibə verib:
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Yeni Proqram regionların inkişafına dair 2004-2008-ci illərdə həyata keçirilmiş Dövlət Proqramı ilə müqayisədə daha hansı mühüm prioritetləri özündə əks etdirir?
- ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Yeni Dövlət Proqramında regionlarda, eləcə də paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət, idman obyektlərinin inşası və yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər əksini tapıb.
2004-2008-ci illəri əhatə edən əvvəlki Dövlət Proqramının məntiqi davamı olaraq hazırlanmış sənəddə, regionların inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulub. Bununla belə, yeni Dövlət Proqramı, əvvəlkindən fərqli olaraq, Bakı şəhəri və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, yeni Dövlət Proqramının icrası Azərbaycanda infrastrukturun dünya səviyyəsinə çatdırılmasına və Avropa Birliyinin meyarlarına uyğunlaşdırılmasına şərait yaradacaqdır. Bu baxımdan, Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış məsələlərin, o cümlədən, bölgələrdə hər bir qəsəbə və kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin həlli prioritet vəzifə kimi qarşıya qoyulub.
ümumilikdə, yeni Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər 3 səviyyədə təsnifatlaşdırılir. Bunlar ölkə əhəmiyyətli, Bakı şəhərinin rayon və qəsəbələri üzrə, eləcə də iqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək tədbirlərdir. Dövlət Proqramında 1066 tədbir, o cümlədən, ölkə əhəmiyyətli 58, Bakı şəhəri üzrə 40, iqtisadi rayonlar üzrə 968 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Tədbirlər Planında vergi və pul-kredit siyasəti, sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, rabitə, nəqliyyat, elektrik enerjisi, istilik, qaz, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, sosial müdafiə, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması tədbirlərinə daha çox yer verilib.
- 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının spesifik xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bu istiqamətdə hansı tədbirlər həyata keçiriləcək?
- Azərbaycan iqtisadiyyatının inkişafında neft amili mühüm rol oynasa da, ölkəmiz öz gələcək inkişafını neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsində görür. Başqa sözlə, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqinin təmin edilməsi, xalqın rifahının yaxşılaşdırılması, iqtisadiyyatın digər sahələrinin, xüsusilə də sosial sferanın inkişafı üçün vasitədir. Bu gün qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir. Təkcə 2008-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın 7,6 mlrd. dolları qeyri-neft sektorunun payına düşüb. Görülən işlər öz bəhrəsini verməkdədir. Belə ki, 2009-cu ilin ilk 5 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 4,4 faiz artıb, bu dövrdə qeyri-neft sektorunda 6,6 faizlik artıma nail olunub.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ölkədə iqtisadi inkişafın sürətlənməsinə, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsinə səbəb olmaqla, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaq. ölkədə istehsalın genişləndirilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, infrastrukturun və investisiya mühitinin daha da yaxşılaşmasına, həmçinin, iqtisadiyyata cəlb olunan sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olmaq növbəti illərdə qarşıda duran əsas vəzifələrdəndir. Yeni Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatına dövlət qayğısının gücləndirilməsi və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafı üçün ardıcıl tədbirlər həyata keçiriləcək.
- Regionlarda infrastruktur obyektlərinin və yeni müəssisələrin yaradılmasında sahibkarlığın rolu böyükdür. ümumiyyətlə, növbəti illərdə ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi üçün hansı işlərin görülməsi planlaşdırılır?
- Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 35 faizə, mənfəət vergisinin dərəcəsinin və sosial sığorta ayırmalarının 22 faiz səviyyəsinə endirilməsi, vergilərin ümumi sayının 9-dək azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergilərdən azad edilməsi (torpaq vergisi istisna olmaqla), sahibkarlığın infrastruktur təminatının yaxşılaşdırılması, özəl bölməyə dövlət maliyyə dəstəyinin gücləndirilməsi və s. bu sahənin inkişafına geniş imkanlar yaradıb. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi 2004-2008-ci illər ərzində 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilib. Bundan başqa, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, bir sıra dövlət proqramlarının qəbul edilməsi də ölkədə sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayıb.
Azərbaycanda sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünyada ən islahatçı ölkə elan edilib.
Sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri qarşıdakı illərdə də davam etdiriləcək. Belə ki, növbəti illərdə də sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, müasir təşkilati modellərin yaradılması, sahibkarlar üçün məsləhət və marketinq xidmətlərinin, informasiya təminatının səviyyəsinin yüksəldilməsi və s. tədbirlər davam etdiriləcək.
- 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı yeni müəssisələrin və iş yerlərinin yaradılmasında hansı mühüm əhəmiyyət daşıyacaq?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə keçirilmiş seçkilər ərəfəsində 5 ildə ölkədə 600 min yeni iş yerlərinin açılmasına təminat verib. Bu müddət ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni iş yerləri açılıb ki, bunun da 547,5 mini daimidir.
2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 40 faizi regionlarda olmaqla ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb. Yeni yaradılmış müəssisələrin 88 faizdən çoxu xüsusi mülkiyyətlidir. Bütün bunlar isə, Möhtərəm Prezidentimizin xalq qarşısında verdiyi bəyanatlara sadiqliyinin, yürütdüyü siyasətin mükəmməl və reallığa adekvat olduğunun daha bir nümunəsidir.
ölkədə yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramının da əsas prioritetlərindəndir. Bu Proqram çərçivəsində həyata keçiriləcək tədbirlərin əksəriyyəti də məhz buna xidmət edir.
- Yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin sosial rifahının yüksəldilməsi Dövlət Proqramının əsas prioritetlərindəndir. Heç şübhəsiz ki, bu sahədə də işlər davam etdiriləcək...
- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində əhəmiyyətli dərəcədə artım templəri müşahidə olunub, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, yoxsulluq səviyyəsinin 2008-ci ildə 13,2 faizə enməsinə imkan yaradıb.
Azərbaycanda davamlı iqtisadi artımın təmin edilməsi və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində təkcə 2008-ci ildə üDM-in həcmi əvvəlki illə müqayisədə 10,8 faiz artıb, onun adambaşına düşən həcmi 4440 manat təşkil edib, əhalinin nominal pul gəlirləri 37,8 faiz çoxalıb. ötən il əhalinin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsinə ayrılan büdcə vəsaitlərinin həcmi 2004-cü illə müqayisədə 5 dəfə çox olub. Son 5 ildə minimum pensiyanın məbləği 4 dəfə, minimum əməkhaqqının məbləği isə 8 dəfə artırılıb. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aztəminatlı əhalinin sosial müdafiəsi gücləndirilib, 2008-ci il sentyabrın 1-dən sosial müavinətlər növbəti dəfə artırılıb. ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı mərhələlərlə artırılaraq, 2009-cu ildə 60 manat, minimum əməkhaqqı və pensiyaların baza hissəsi 75 manat məbləğində müəyyənləşdirilib.
Yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Belə ki, yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ölkədə yoxsulluğun azaldılması üçün müəyyən edilmiş hədəflərin - üDM-in səviyyəsinin artırılması, işsizlik səviyyəsinin aşağı salınması, sosial, o cümlədən, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması sahəsində əhəmiyyətli nəticələrin qazanılmasında mühüm rol oynayacaq.
- Regionların inkişafı ilə bağlı layihələrin həyata keçirilməsi üçün hansı maliyyə mənbələrindən istifadə olunacaq?
- 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı daha geniş, əhatəli və konkretdir. Tədbirlərin həyata keçiriləcəyi, onların icra müddəti və icraçıları, həmçinin, maliyyə mənbələri dəqiqliklə göstərilib. Belə ki, Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri, yerli və xarici sahibkarların vəsaitləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
- Dövlət Proqramında işğal olunmuş rayonlarda, həmçinin, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonunda layihələrin həyata keçirilməsi nəzərdə tutulurmu?
- Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcək. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli rayonlarının işğal olunmamış və işğaldan azad edilmiş ərazilərinin, Tərtər rayonunun, ümumilikdə isə sərhədboyu rayonların inkişafına dair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Dövlət Proqramına uyğun olaraq, ölkənin müxtəlif regionlarında məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həmin bölgələr üzrə müvafiq tədbirlər həyata keçiriləcək. Məsələn, Mingəçevir şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin qazlaşdırılması, drenaj sisteminin qurulması, su və kanalizasiya sistemlərinin bərpa olunması, Bakı şəhərində və ətraf qəsəbələrdə qaçqın və məcburi köçkünlərin yerləşdirildiyi binaların təmiri və s. tədbirləri göstərmək olar.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) uğurlu icrası nəticəsində qaçqın və məcburi köçkünlərə dövlət qayğısı daim diqqət mərkəzində olub, bu məqsədlə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə, 54 yeni qəsəbə salınıb, 15 mindən çox ev tikilib və 2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə 12 çadır şəhərciyi ləğv edilib.
- İqtisadi inkişafla bağlı daha hansı layihə və proqramların hazırlanması nəzərdə tutulur?
- Regionların tarazlı inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması və s. sahələrdə qəbul edilmiş bir sıra normativ hüquqi aktlar, qanunverici sənədlər və dövlət proqramları Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası, özəl bölmənin inkişafı, regionların əsaslı surətdə dəyişməsi üçün möhkəm zəmin yaradıb. Bununla belə, ölkə iqtisadiyyatının prioritet sahələri nəzərə alınmaqla, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması işləri mütəmadi olaraq davam etdirilir. Zərurət yarandığı təqdirdə isə, yeni dövlət proqramlarının və qanunvericilik aktlarının layihəsi hazırlana bilər. Bu işdə İqtisadi İnkişaf Nazirliyi də səlahiyyətləri çərçivəsində iştirak edəcək.
İqtisadiyyat inkişafın təməl daşıdır. Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Amma bütün bunlar hələ böyük yolun əvvəlidir. İrəlidə Azərbaycanı yeni uğurlar gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47

