Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndərimiz yaddaşlarda harizmatik, tələbkar, məsuliyyətli, fenomen şəxsiyyət kimi qalıb

Ulu öndərimiz yaddaşlarda harizmatik, tələbkar, məsuliyyətli, fenomen şəxsiyyət kimi qalıb

21.08.2009 [00:47]

İsa Qaraşov: ümummilli lider Heydər Əliyev ümumiyyətlə, öz kadrlarından mənəviyyatlı olmağı, vicdanla fəaliyyət göstərməyi və nəfsə uymamağı tələb edirdi
- İsa müəllim, siz Ulu öndər Heydər Əliyev məktəbini keçmiş kadrlardan birisiniz. Əlbəttə ki, ümummilli liderimizlə ünsiyyətdə olmuş insanların xatirələri cəmiyyətimiz üçün maraqlıdır. Söhbətimizə elə bu məqamdan başlayaq...
- Xatirələrimdə ümummilli liderimiz harizmatik, tələbkar, məsuliyyətli, fenomen şəxsiyyət kimi qalıb...
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələrkən, ölkədə bir növ ab-hava dəyişmişdi. Mən o zaman Moskvanın ümumittifaq Kanal-Su Layihə İnstitutunun Bakı filialında komsomolun katibi, həm də Hidrotexniki şöbənin müdiri idim. Burada cəmi 4-5 azərbaycalı var idi, qalan işçilər digər millətlərin nümayəndələri idi. Qeyd edim ki, mən 1972-ci ildə Gənc Tədqiqatçıların Şurasının üzvü kimi Lenin mükafatı almışdım. Eyni zamanda, işlədiyim yerdə maaşım çox yaxşı idi. Amma ictimai iş məni daha çox cəlb edirdi...İctimai işə, partiya fəaliyyətinə marağım həddən artıq çox idi. Bu səbəbdən də mən yüksək gəlirli sahəyə deyil, məhz partiya işinə meyil etməyə başladım...
Xüsusilə qeyd etməliyəm ki, bu həvəsin məndə oyanmasında Heydər Əliyev şəxsiyyətinin çox böyük rolu olub...
Fəaliyyətimlə diqqəti tez cəlb elədim və məni Mərkəzi Komitəyə instruktor vəzifəsinə məsləhət bildilər və Nəsimi rayon İcraiyyə Komitəsinə sədr müavini təyin olundum...
Bir müddət sonra Nəsimi rayonunun I katibi vəzifəsinə Lidiya xanım Rəsulova təyin olundu... Sonradan onun məsləhətilə mən Xalq Nəzarət Komitəsinə və Büronun üzvlüyünə seçildim...
...Bir dəfə Şəhriyar adına Mədəniyyət Sarayında rayon konfransı keçirilirdi. Konfrans başlamamışdan əvvəl Lidiya Rəsulova mənə söylədi ki, “bu gün sizi raykom partiyanın II katibi seçəcəklər və hazırlaşın sizi Heydər Əliyev qəbul edəcək”...
Əlbəttə ki, bu xəbər məndə böyük şok effekti yaratdı və mən konfransda çox həyəcanlı idim...
Ulu öndər məni çağırdı və qısa söhbətdə öz tövsiyələrini verdi. Bu şəxsiyyətin böyüklüyü ilk olaraq Onun daxili aləminin zəngin olması ilə bağlı idi. ümummilli lider Heydər Əliyev, ümumiyyətlə, öz kadrlarından mənəviyyatlı olmağı, vicdanla fəaliyyət göstərməyi və nəfsə uymamağı tələb edirdi...
Onun baxışları da çox zəhmli idi. Adam fikirləşirdi ki, Ulu öndər Heydər Əliyev qarşısında duran insanın daxili aləmini görür, onun nə fikirləşdiyini bilir...
Bir müddət sonra Nəsimi rayon İcraiyyə Komitəsinin sədri Məlik Əliyev Bakı Sovetinə vəzifəyə gətirildi. Boş qalmış vəzifəyə isə bir neçə namizəd var idi. Amma xəbərim olmadan mənim namizədliyim də irəli sürülmüş və ümummilli lider Heydər Əliyevə təqdim olunmuşdu. Bu hadisə rayon partiya təşkilatının 6-cı konfransı ərəfəsində baş vermişdi. ümummilli lider Heydər Əliyev də həmin konfransa gəlməli idi...
Bu məsələ ilə bağlı Lidiya Rəsulova da Mərkəzə getməli idi...Adətən Ulu öndər konfranslardan əvvəl I katibləri yığaraq müəyyən məsləhətləşmələr aparardı...
...Bütün aparat işçiləri ümummilli lider Heydər Əliyevə sədaqəti ilə sayılıb-seçilən insanlardan olan Lidiya Rəsulovanı gözləyirdi. Daxili telefon zəng çaldı və Lidiya Rəsulova bizi otağına dəvət etdi. Lidiya xanım bildirdi ki, mənim namizədliyim müzakirə olunarkən, ümummilli lider Heydər Əliyev söylədi ki, “Niyə ən yaxşı raykomun II katibini Heydər Əliyev ispalkomun sədri göndərməsin?”. Bundan sonra, mən partiyanın əsgəri kimi yeni vəzifədə işləməyə başladım...
Beləliklə, konfrans başladı...
II katib olaraq konfransı mən aparırdım. Mən ümummilli lider Heydər Əliyevin solunda, şəhər partiya komitəsinin I katibi Əli Həbib oğlu Kərimovun isə sağında əyləşmişdim. Bu aurada özümü ələ ala bilmirdim. Bir tərəfdən ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətin yanında əyləşmişdim, digər tərəfdən, isə Onun verə biləcəyi gözlənilməz suallardan çəkinirdim. çünki bu şəxsiyyət hərtərəfli biliyə malik idi. Ona yalan danışmaq mümkün deyildi. Elə bir sahə yox idi ki, Ulu öndərin o barədə informasiyası olmasın. Bu səbəbdən Onun gözlənilməz sualları ən təcrübəli mütəxəssisləri belə çaşdırırdı...
Bir müddət mən həyəcanlı şəkildə konfransı apardım...Amma sonra elə bil ki, Ulu öndər bunu hiss etdi, mənə ruh yüksəkliyi vermək üçün dedi ki, “Qaraşov konfransı pis idarə etmirsən”. Bu, mənə çox böyük kömək etdi... Bundan sonra həyəcanım itdi...
- Bu gün Azərbaycanda Heydər Əliyev məktəbini keçmiş insanlar müxtəlif vəzifələrdə çalışırlar. Bu məktəbdən siz də bəhrələnmisiniz.
- Bilirsiniz, Heydər Əliyev məktəbi böyük bir nəzəri-təcrübi əsasları olan məktəbdir. Burada parta arxasında dərs keçilmir. Sadəcə, ümummilli lider Heydər Əliyevin tövsiyələri, göstərişləri əsasında çalışan insanlar öz Liderinin danışıq, davranış tərzini mənimsəməyə çalışır. Onun kimi məsuliyyətli, tələbkar olmağı qarşısına məqsəd qoyur. Əlbəttə ki, biz ümummilli lider Heydər Əliyev kimi düşünə bilmərik. çünki O, fenomen yaddaşa, güclü biliyə, möhkəm iradəyə malik bir Şəxsiyyət idi. Bu gün isə Onun ən layiqli davamçısı Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevdir...
- Məlumatımıza görə, hər hansı tədbirlərdə, açılışlarda, konfranslarda ümummilli lider Heydər Əliyevin gözlənilməz suallarının qarşısında aciz qalmamaq üçün bütün detalları dərindən öyrənirdilər... Siz də belə bir təcrübə yaşamısınızmı?
- Əlbəttə ki, bu belə idi. Yadımdadır...
Bir dəfə Rixard Zorgenin abidəsinin açılışına hazırlaşırdıq. ümummilli lider Heydər Əliyevin də açılışda iştirak edəcəyi gözlənilirdi. Biz Ulu öndər Heydər Əliyevin gözlənilməz suallarının qarşısında cavabsız qalmamaq üçün ətrafda nə var idisə, hamısı haqqında məlumat toplamağa başladıq...
Orada artistlər yaşayan bir bina var idi. Binada kimlər yaşayırsa, həyat şəraiti necədirsə, hər hansı problemlərinin olub-olmaması haqqında nə varsa, hamısını öyrəndik. Hətta abidənin ətrafında əkilmiş ağacların mənşəyinin, neçə yaşının olması haqqında da məlumat toplamışdıq...
Budur Ulu öndər Heydər Əliyevin kadr yetişdirməsi, Heydər Əliyev məktəbi. Burada insan daha məsuliyyətli olur, ətraflı məlumat toplamaqla yetişir.
- 1990-cı illərə ekskursiya edək... Bu zaman dövləti idarə edə bilməyənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almaq üçün planlar qurur, təzyiqlər edirdilər. Amma xalqın tələbi ilə Ulu öndər Azərbaycana qayıtdı. Siz bu qayıdışın Azərbaycan tarixində yeri haqda nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyinin yeni tarixində qəti dönüş mərhələsinin başlanğıcı kimi səciyyələndirilməlidir. 1993-cü ilin məhz iyun hadisələrinə qədər Ulu öndər Heydər Əliyevi qısqanclıqla siyasətçi yox, sadəcə, “partiya funksioneri” adlandıran bədxahlar iyun hadisələrindən sonra Ona dünyanın ən usta və uzaqgörən siyasətçisi, ən müdrik dövlət xadimi kimi baxmağa məcbur oldular...
Yaxşı xatırlayıram...O zaman Ulu öndər Heydər Əliyevə qarşı bir çox deputatlar çıxış edirdilər. Məni də bu cür çıxış etməyə məcbur etdilər. Amma bu məsələdə qəti etirazımı bildirdiyim üçün bir neçə gündən sonra məni vəzifədən uzaqlaşdırdılar...
...Ulu öndər Heydər Əliyevin rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi. O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq, məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bütün bu ağır məqamlarda Ulu öndər xalqın gücünə arxalanır, millətin Ona olan sonsuz inamına bel bağlayırdı...
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ölkə daxilində də nisbi sabitlik yaradırdı. Lakin köhnədən miras qalmış problemlər aradan qalxdıqca müxalifət qüvvələrinin yeni hakimiyyətə hücumları güclənir, qiyamçılıq, üsyançılıq meyilləri daha qabarıq şəkildə özünü göstərməyə başlayırdı. Aydın idi ki, hakimiyyət nəşəsi onu tərk edənlərin damağından belə tezliklə gedə bilməzdi. Odur ki, qiyamçı müxalifət qüvvələri ən çirkin üsullardan-terror və təxribatlardan, sui-qəsd və çevriliş cəhdlərindən belə istifadə etməkdən çəkinmirdilər. Lakin ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, iti zəkası Azərbaycan dövlətçiliyini bu bəlalardan da şərəflə qorudu. ölkə daxilində dövlətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. Bir sıra dövlətlər yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar...
O, öz xalqının güclü dövlətə və hakimiyyətə olan ehtiyacını görürdü və bilirdi. Bu dövləti qurmaq üçün böyük enerji sərf etdi və buna nail oldu. Məhz həmin “olum və ya ölüm” məqamında müstəqil Azərbaycanın xilasını və möhkəmlənməsini, ölkənin gələcək inkişafını Heydər Əliyev şəxsiyyətinin gücündə görən vətənpərvər, sağlam düşüncəli, ziyalı insanların böyük bir qrupu milli tələbata və tarixi zərurətə çevrilmiş siyasi partiya yaratmaq və mübarizə aparmağa qərar verdilər. Əslində, bu, sosial sifariş-yəni, xalqın böyük əksəriyyətinin istəyi idi...
Bu gün isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası öz bəhrələrini verməkdədir. Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə hesab olunur. Sabitliyinə və inkişafına görə fərqlənən Azərbaycana böhranlı vəziyyətdə belə xarici investorlar sərmayə yatırırlar. ümumiyyətlə, bu inkişaf strategiyası hərtərəfli şəkildə Azərbaycanı tərəqqiyə aparır. Bir daha söyləyim ki, hazırda Azərbaycan Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi nəticəsində inkişaf edir, çiçəklənir.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1444 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31