Rəbiyyət Aslanova: Azərbaycanda informasiya təhlükəsizliyi üzrə ombudsmanın olması zəruridir
09.10.2009 [09:36]
- İnsan haqları komitəsinin sədri kimi Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirərdiniz?
- İlk növbədə onu deyim ki, bizim komitənin üzvlərinin yarıdan çoxu müxalifət partiyalarının üzvləri və sədrləridir. Elə bu fakt insan hüquqlarına hörməti ifadə edir. Biz çox gözəl konsensusa gələ bilirik. Bəlkə də komitədə yaranan bu münasibətin özü yeni təbiətli müxalifətin formalaşmasına gətirib çıxarır. Yəni bu, müxalifət ifadəsinə münasibətin dəyişməsidir. Yeni Azərbaycan Partiyasının üzvü olaraq onlara anlatmaq istəyirəm ki, biz yalnız və yalnız iş birliyinə getmək istəyirik. Bizim fəaliyyətimiz Azərbaycanın sabahı naminədir. Burada hər şeyi inkar prinsipi ilə yaşamaq lazım deyil. Yəni müxalifətin xarakterini, təbiətini dəyişmək arzusu ilə onlara münasibət bəsləyirəm.
- Onlara təsir edə bilirsiniz?
- çox. Gedib onların özü ilə də söhbət etsəniz, görərsiniz ki, bu insanların artıq əvvəlki prinsipləri tamamilə dəyişib. Biz istəyirik ki, komitəmizdə olan münasibət cəmiyyətə də sirayət eləsin. Bu gün Azərbaycanda insan haqlarının qorunması sahəsində böyük işlər gedir. Bu istiqamətdə Milli Fəaliyyət Planı qəbul edilib. Milli qanunvericiliyin bütün prinsipləri insan haqlarının qorunmasına yönəlib. Ancaq yadda saxlayın ki, insan hüquqlarının ideal qorunduğu heç bir cəmiyyət yoxdur. Bu gün-gündən genişlənən məfhumdur.
- İnsan hüquqlarının müdafiəçisi kimi Azərbaycan ombudsmanının fəaliyyətini neçə qiymətləndirirsiniz?
- Ombudsman institutunun olması olduqca vacib məslədir. İnsanlar belə bir ünvanı çoxdan arzulayırdılar. Ombudsmanın üzərinə böyük vəzifələr düşür. Artıq Azərbaycanda ombudsman institutunun regional şöbələri də yaranıb. İnsanlar bu instituta inanır. Ancaq bu institutun bundan artıq fəaliyyəti ola bilməz. Mən demokratik təsisatların daha çox olmasını istəyirəm. Məsələn, informasiya təhlükəsizliyi üzrə ombudsmanın olması zəruridir. Azərbaycan qlobal informasiya şəbəkəsində iştirak edir. “İnformasiya təhlükəsizliyi haqqında” Qanun qəbul olunmalı və bu sahədə ombudsman olmalıdır. Azərbaycana xarici ölkələrdən daxil olan çoxlu sayda qəzet və jurnalların ekspertizasını aparsanız, görərsiniz ki, burada çoxlu məqamlar var ki, insanların beyninə ideyalar yeridilir. Bunun qarşısını almaq üçün ombudsman lazımdır.
- Yeri gəlmişkən, ombudsmanın seçilməsinə qoyulan məhdudiyyət götürüləndən sonra hələ də yeni müvəkkilin kim olacağı ilə bağlı müəmmalar var. Dəqiq bilinmir ki, hazırkı ombudsman Elmira Süleymanovanın yenidən bu posta seçilmək imkanı var, yoxsa yox?
- Cəmiyyət heç narahat olmasın. çünki insanların hüquqlarını qorumaq üçün kifayət qədər qanunlar, icra strukturları, insan haqları komitəsi var. Yəqin ki, bu məsələyə dekabrda baxacağıq. Həmin vaxt bu vəzifəyə indiki ombudsman da, yenisi də seçilə bilər. Elmira Süleymanovanın ikinci dəfə də ombudsman olmaq hüququ var.
- Son vaxtlar Azərbaycanda bir neçə məscidin bağlanması dini sahədə gərginlik yaratmayacaq ki?
- Məncə, bu problem yaratmayacaq. Mən Azərbaycanda olan məscidlərin sayının günü-gündən artmasının təhlükəsi haqqında demişdim. Məscidlərin sayının 1750-yə çatması artıq nəticə idi. Sovetlər dövründə Azərbaycanda 17 məscid var idi. Sovetlər dağılandan sonra milli ideyanın yoxluğundan yaranan boşluğu din doldurdu. “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul olundu və ona bir neçə dəfə dəyişiklik edildi. Son dəyişiklik isə bir neçə ay əvvəl oldu. Ancaq mən bu gün də hesab edirəm ki, bu sahədə yeni bir qanuna ehtiyac var. Azərbaycanda dini icmalar arasındakı münasibət və bu icmaların cəmiyyətdəki yeri hələ dəqiq müəyyən olunmayıb. Qafqaz Müsəlmanları İdarəsi digər müsəlman dini icmalarına rəy verir. Bu icmalar da iddia edir ki, onlar da bu idarə ilə bərabər hüquqlara malikdirlər. Onlar sual edirlər ki, nəyə görə bu idarədən rəy almalıdırlar? Yəni burada məsələ müəyyənləşməlidir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin statusu müəyyən olunmalıdır. Azərbaycanda olan pirlər, ziyarətgahlar Qafqaz Müsəlmanları İdarəsinə tabe deyillər. Bilməlisiniz ki, Azərbaycanda ziyarətgahlar həmişə məsciddən güclü olub. Bu fakt inkar oluna bilməz. Hələ bu gün də Azərbaycanın dini xəritəsi yoxdur. Niyə bu xəritə olmasın? Bu gün Azərbaycan vətəndaşını din xadiminin səviyyəsi qane eləmir. Bu gün biz din xadimi obrazını formalaşdırmalıyıq. Azərbaycanın öz islam modeli var. Bu çox universal bir modeldir. Bəlkə də bu model başqalarına nümunə ola bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03

