Heydər Əliyev dahi şəxsiyyət və böyük siyasətçi idi
12.12.2009 [11:08]
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Bakı Polis Akademiyasının sabiq rəisi, general-mayor Rəsul Rəsulovdur:
- Rəsul müəllim, hüquq-mühafizə orqanlarındakı 40 ildən artıq əmək fəaliyyətinizin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edib. Onunla ilk tanışlığınızı xatırlayırsınızmı?
- Sözsüz ki, xatırlayıram. O görkəmli DöVLƏT XADİMİ, dünyaşöhrətli SİYASİ XADİM, dahi ŞƏXSİYYƏT mənim həyatımda, əmək fəaliyyətimdə elə dərin, silinməz izlər buraxıb ki, ömrümün sonunadək onları xatırlayacağam. Onun ölkədə cinayətkarlıq hallarının qarşısının alınması, dövlət əmlakının mənimsənilməsinə, ədalətsizlik və rüşvətxorluğa qarşı mübarizə, eləcə də, qanunun aliliyinə hörmət olunması, onun hər şeydən üstün tutulmasına dair tövsiyə və tapşırıqları biz hüquq-mühafizə orqanları işçiləri üçün bir normaya, həyat düsturuna çevrilib. Bunları necə unutmaq olar?
Orta məktəbi 1958-ci ildə Astara şəhərində bitirdikdən sonra hərbi xidmətə yollandım. O illərdə milli hərbi kadrlara böyük ehtiyac var idi. Odur ki, hərbi hissənin rəhbərliyinin tövsiyəsi ilə təhsil almaq üçün hərbi məktəbə göndərildim. 1963-cü ildə Rusiyanın Şimali Osetiya vilayətində-Orcenikidze şəhərindəki üçillik hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə vətənə döndüm. Daxili Qoşunlara məxsus hərbi hissədə qulluq etməyə başladım. Ali təhsilimi davam etdirmək məqsədilə 1966-cı ildə Moskva Hərbi Akademiyasının hüquq fakültəsinin qiyabi şöbəsinə daxil oldum və 1971-ci ildə ali təhsilimi başa vuraraq həmin hərbi hissədə qulluğumu davam etdirdim.
Artıq ikinci il idi ki, Ulu öndər respublikaya rəhbərlik edirdi. İqtisadiyyatın bütün sahələrində - sənayedə, kənd təsərrüfatında, inşaatda, eləcə də təhsil və səhiyyə sahələrində böyük dəyişikliklər baş vermişdi. Respublika demək olar ki, böyük bir tikinti-quruculuq meydanına çevrilmişdi. Paytaxtda, eləcə də bütün şəhər və rayonlarda yeni-yeni yaşayış massivləri salınır, yollar çəkilir, zavod və fabriklər tikilir, insanların rifah halının yaxşılaşdırılması istiqamətində əməli işlər görülürdü. Bütün bunların fonunda, respublika rəhbərliyinin dövlət əmlakının mənimsənilməsinə, rüşvətxorluq və cinayətkarlığa qarşı apardığı mübarizə xüsusi ilə seçilirdi. Eyni zamanda, respublikanın mühüm dövlət vəzifələrində milli kadrların sayı getdikcə artmaqda idi. 1974-cü ildə Mərkəzi Komitədə bütün instansiyalarda sorğu-sualdan, söhbətlərdən keçdikdən sonra məni Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin qəbuluna dəvət etdilər. Qəbul otağının qarşısında həyəcandan qəribə hisslər keçirirdim. Belə ki, Heydər Əliyevlə təkbətək görüşmək, Ondan idarəçiliklə bağlı dəyərli tövsiyələr almaq hər adama nəsib olmazdı. Bunun üçün öz əməlin və əməyinlə həmin etimadı doğrultmalı idin. Bu mənada özümü bir qədər xoşbəxt hesab edirdim. Digər tərəfdən, əvvəlcədən təlimatlandırılmışdım ki, Heydər Əliyevlə az bir müddətdə görüşmək imkanım var və fikirlərimi qısa, konkret şəkildə ifadə etməliyəm. Düzü, nədən başlayacağımı, hansı fikirləri söyləyəcəyimi müəyyənləşdirə bilmirdim. Lakin Ulu öndərlə təkbətək görüş zamanı elə ilk dəqiqələrdən bu qorxu, həyəcan əriyib getdi. Otaqda elə bir xoş atmosfer, ab-hava var idi ki, bir qədər öncəki həyəcanımdan əsər-əlamət qalmamışdı.
Heydər Əliyev həmsöhbətinin gözlərinə dərin bir baxışla baxardı, sanki onun daxilini oxumağa çalışırdı. Sən isə Onun gözlərinə baxanda elə bilirdin ki, orada nurlu bir bulaq axır. Onun xoş simasından ətrafa nur saçılardı. Həmişə sözü özü başlayar, səni həyəcandan çıxarmağa çalışar və ona da qısa bir zamanda nail olardı. Sanki səninlə ilk dəfə deyil, bir neçə dəfə söhbət aparıb.
Beləliklə, az müddət üçün nəzərdə tutulan görüşümüz 45 dəqiqə davam etdi.
- Nədən danışdınız?..
- Qısa tanışlıqdan sonra, əsasən, Ulu öndərimiz özü danışırdı. O, respublikada rüşvətxorluq və cinayətkarlıqla mübarizə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr, dövlət əmlakının mənimsənilməsinə qarşı amansız mübarizə aparmaq, vətəndaşlara qarşı ədalətsizliyə son qoyulması və s. haqda öz dəyərli fikirlərini söylədi və tövsiyələrini verdi. Sonda isə bildirdi ki, çağırılmağımda məqsəd yeni vəzifəyə - MK-nın inzibati orqanlarla iş üzrə şöbəsinə təlimatçı təyin olunmağımla bağlıdır. Bu vəzifəmdə, eyni zamanda, respublikanın Daxili İşlər Nazirliyinə kuratorluq edəcəkdim.
Bir müddət bu vəzifədə çalışdım. 1979-cu ildə ikinci dəfə Heydər Əliyevin qəbuluna çağırıldım. Görüş zamanı Ulu öndər Bakı şəhər Baş Milis (indiki Polis) İdarəsinin rəisi vəzifəsinə təyin edildiyimi bildirərək, bu vəzifəmdə görüləsi vacib olan işlərlə bağlı öz dərin tövsiyə və tapşırıqlarını verdi.
- Həmin illərdə paytaxtda, ümumilikdə respublikada kriminogen vəziyyət necə idi?
-Ulu öndər respublikada rəhbərliyə gəlməzdən öncə bu sahədə vəziyyət heç də qənaətbəxş səviyyədə deyildi. Lakin Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra respublikada cinayətkarlığa və rüşvətxorluğa qarşı qətiyyətli və dönməz mübarizə başlandı. O, deyərdim ki, bu sahədə özünün məktəbini yaratmış oldu. ümumiyyətlə, Heydər Əliyev məqsədə axıradək nail olmağı bacarırdı. O, xalqın və dövlətin əmlakını mənimsəyənlərlə, rüşvətxorluqla, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəni sona qədər davam etdirən lider idi. ümummilli lider rayon və şəhərlərdə, nazirliklərdə, müəssisələrdə, ali məktəblərdə cinayətkarlığa qarşı profilaktik tədbirləri gücləndirir, milli- mənəvi dəyərləri, paklığı və ədaləti həmişə nəzarətdə saxlayırdı. Onun göstərişinə əsasən, cinayətkarlıqla mübarizə məqsədilə xüsusi komissiyalar yaradılır, vəziyyət yerlərdə yoxlanılıb lazımi tədbirlər görülürdü. Bu məsələlər MK-nın Büro iclaslarında müzakirə edilərdi. Günahkar şəxslərə qarşı ciddi tədbirlər görülərdi. Hüquq-mühafizə orqanlarına ciddi tapşırıqlar verərdi ki, yerlərdəki bu neqativ məsələləri nəzarətdə saxlasınlar, davamlı olaraq operativ-profilaktik tədbir görsünlər. Bu məqsədlə Partiya Komitəsi, “Qorkom” və digər icra orqanlarının nəzdində xüsusi profilaktik şöbələr, strukturlar yaradılırsdı. Həmin ictimai təşkilatlar öz iclaslarında müntəzəm olaraq cinayətkarlıqla mübarizə məsələlərini müzakirə edir, tədbirlər görürdülər. Bundan əlavə, Nazirlər Sovetinin (indiki Nazirlər Kabineti) qərarı ilə respublikanın bütün rayonlarında xalq drujinaları, milis dayaq məntəqələri yaradıldı ki, xalq özü ictimai asayişin qorunmasında, cinayət hallarının qarşısının alınmasında fəal iştirak etsin. Heydər Əliyev tez-tez hüquq-mühafizə orqanlarının kollegıya iclaslarında iştirak edirdi. Orada geniş məzmunlu çıxışlar edər, hüquq-mühafizə orqanlarının işini geniş təhlil edərək, onların qarşısında mühüm vəzifələr qoyardı. Tapşırardı ki, işlərində olan nöqsanları tezliklə aradan qaldırsınlar. O, hüquq-mühafizə orqanlarında çalışan kadrlara qarşı olduqca tələbkar idi. Ulu öndər tez-tez hüquq-mühafizə orqanları, əlaqədar nazirliklərin rəhbər işçilərini qəbul edər, onlardan cinayətkarlıqla mübarizə sahəsində görülmüş işlər barədə hesabatlar dinləyərdi.
Heydər Əliyev tez-tez Azərbaycanın rayonlarına gedərdi, xalqla görüşlərdə iştirak edərdi. Həmin görüşlərdə, eləcə də digər yığıncaqlardakı çıxışlarında cinayətkarlıq hallarını ön plana çəkər, onları dərin təhlil edərək rayon rəhbərliyi qarşısında bu sahədə mübarizəyə dair konkret vəzifələr qoyardı. Verilən tapşırıqlar, göstərişlər müntəzəm şəkildə yoxlanıb nəzarətdə saxlanılar, Ulu öndərə məruzə olunardı. Sadaladıqlarım Heydər Əliyev tərəfindən respublikada cinayətkarlığa qarşı aparılan ardıcıl, sistemli, qətiyyətli mübarizənin az bir hissəsini təşkil edir. Bu işləri tam əhatə etmək üçün qalaq-qalaq məqalələr, çoxcildli kitablar yazmaq mümkündür.
Heydər Əliyev cinayətkarlığa, rüşvətxorluq, korrupsiya hallarına qarşı nə qədər sərt idisə, adi insanlara, sadə xalqın nümayəndələrinə qarşı bir o qədər səmimi, mehriban idi. Burada bir epizodu danışmaq istəyirəm. 1980-ci il dekabrın 31-i idi. Həmin gün 8-ci km qəsəbəsində yeni universam istifadəyə verilmişdi. Adətən bu axşamı hamı öz evində, doğmalarının əhatəsində keçirməyə çalışır, işdən evə tez gedərdi. Axşam saat 22-ni keçmişdi. Amma mağaza hələ çalışırdı, elə müştərilər də az deyildi. Ulu öndərin bu mağazaya gəlişindən isə yalnız Onu müşayiət edənlərin - milis və təhlükəsizlik xidməti əməkdaşlarının xəbəri var idi. Birdən heç kimin gözləmədiyi halda Heydər Əliyev içəri daxil oldu. Əhali ilə görüşərək onlardan bu bayram axşamı süfrələri üçün hansı ərzaqları aldıqlarını, qiymətlərin baha olub-olmamasını soruşdu.
Oradakı insanlar Heydər Əliyevin başına toplaşıb Ona öz minnətdarlığını bildirir, respublikada cinayətkarlığa, rüşvətxorluğa qarşı apardığı mübarizəni, eyni zamanda, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirdiklərini söylədilər. Ulu öndər mağazanı tərk edərkən saat 23-ü keçmişdi. Demək istəyirəm ki, ümummilli liderimiz hətta bayram günlərində belə axşam saatlarınadək çalışırdı.
Yeri gəlmişkən, qeyd edim ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunandan sonra işləmək üçün Moskvaya getsə də, Onun respublika üzərindəki nəzarəti heç də əskilmədi. O, vaxtaşırı respublika rəhbərliyi ilə əlaqə saxlayır, cinayətkarlıq və rüşvətxorluqla mübarizə sahəsində görülən işlərlə maraqlanır, bu sahədə öz dərin tövsiyələrini bildirirdi. Vaxt tapdıqca Azərbaycana gələr, tikilməsində təşəbbüskarı olduğu zavod və fabriklərin açılış mərasimlərində iştirak edərdi.
- Rəsul müəllim, maraqlıdır, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosundan istefa verəndən sonra keçmiş İttifaq miqyasında Onun əleyhinə kampaniyalar başlanıldı, böhtan və yalan dolu şikayətlər Moskvaya yol açdı...
- Əfsuslar olsun ki, bu, belədir. Ulu öndər Moskvada işlədiyi dövrdə, vəzifədən getməzdən öncə, Ona qarşı böhtan xarakterli, yalan, həqiqətə uymayan şikayətlər yazılmağa başlandı. Əlbəttə, bunu təşkil edənlər və qarşısını almayanlar var idi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, onların əksəriyyətini vaxtilə məhz Heydər Əliyev özü yüksək vəzifələrə təyin etmişdi. Həmin illərdə Moskvadan tez-tez yoxlama gəlir, Heydər Əliyevin dövründə Bakı şəhər Baş Milis İdarəsi, eləcə də Daxili İşlər Nazirliyi tərəfindən aparılan cinayət işlərini təftiş edərdilər, daha çox haqqında xitam verilmiş işlərlə maraqlanardılar. Heydər Əliyev Siyasi Bürodan istefa verdikdən sonra da həmin yoxlamalar davam etdirildi. Amma onlar bir nəticə vermirdi. çünki yoxlamağa gələnlər Heydər Əliyevin adına yazıla biləcək hər hansı bir nöqsan tapa bilmirdilər. çünki həmin cinayət işləri dəqiq və qərəzsiz, qanunlar çərçivəsində aparılırdı.
1987-ci ildə mən yeni təyinat aldım, Bakı Milis Məktəbinə (indiki Polis Akademiyasına) rəis təyin olundum və 2005-ci ilədək həmin vəzifədə çalışdım. Sonra isə yaşımla əlaqədar olaraq təqaüdə çıxdım.
- Müstəqilliyin ilk illəri, eləcə də Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi heç də asan bir dövrə təsadüf etmədi...
- 1988-ci ildə Dağlıq Qarabağ ətrafında məlum hadisələr başlayanda Milis Məktəbinin şəxsi heyəti mənimlə birgə Xankəndidə xidmət edirdi. Burada aşayişin qorunmasına çalışırdıq. Respublikada vəziyyət heç də qənaətbəxş deyildi. Sonrakı illərdə Azərbaycanın müstəqilliyinin elan olunması ilə ölkədaxili vəziyyət daha da ağırlaşdı. Erməni işğalçılarının Dağlıq Qarabağ uğrunda apardığı müharibə bir yana, hakimiyyət uğrundakı çəkişmələr ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Dövlətin bütün strukturlarında nizam-intizam yox dərəcəsində idi. özbaşınalıq, cinayətkarlıq o dərəcəyə çatmışdı ki, kim nə istəyirdi, onu da edirdi. Kadr siyasətində isə xaos hökm sürürdü. Bir misal söyləyim. Heydər Əliyev hakimiyyətə gələnədək daxili işlər naziri 8 dəfə, Bakı şəhər Baş Milis İdarəsinin rəisi isə 6 dəfə dəyişdirilmişdi.
AXC-Musavat hakimiyyəti dövründə respublikada vəziyyət bir qədər də ağırlaşmışdı. Torpaqların işğalı ilə yanaşı, ölkədə cinayətkarlığın səviyyəsi gün-gündən artır, xaos, özbaşınalıq baş alıb gedirdi. Respublikaya rəhbərlik edənlər özləri öz əməlləri ilə bir daha sübut etdilər ki, dövləti idarə etmək üçün xüsusi istedad, bacarıq, zəngin dünyagörüşü, xalqın dəstəyini qazanmaq, xarici ölkələrin dövlət başçıları ilə əlaqələri və münasibətləri düzgün qurmaq məharəti, nüfuz və dövlətçilik səriştəsi lazımdır. Bütün bu müsbət keyfiyyətlər isə yalnız Heydər Əliyevdə var idi. Lakin vaxtilə Heydər Əliyevin vəzifəyə təyin etdiyi bəzi nankorlar Onu nəinki hakimiyyətə dəvət etdilər, Ona Moskvadan Bakıya gəlməyə belə şərait yaratmadılar. Əminliklə söyləyə bilərəm ki, əgər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycana rəhbərlik etsəydi, ölkəmiz nə vətəndaş müharibəsi ilə üzləşərdi, nə günahsız insanların nahaq qanları axıdılardı, nə də respublikamızın şəhər və rayonlarının parkları, istirahət yerləri məzarlıqlara çevrilərdi.
Xalqın istəyi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev gecə-gündüz çalışaraq, öz biliyindən, idarəçilik bacarığından yüksək məharətlə, böyük bir sərkərdə kimi istifadə edərək ölkəni parçalanmadan, xaos vəziyyətindən, müharibədən xilas etdi, atəşkəsə nail oldu. İqtisadi, siyasi, mədəni və digər sahələrdə uğurlar əldə edərək Azərbaycanı dünyaya tanıtdı. “Əsrin müqaviləsi” imzalandı, respublikada ictimai asayiş sabitləşdi, insanlar qorxmadan, çəkinmədən gecələr ailəsi ilə birlikdə park və xiyabanlarda gəzintiyə çıxmağa başladılar. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanda demokratik, hüquqi dövlət yarandı.
Əminliklə vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsidir, nə qədər Azərbaycan dövləti var, Heydər Əliyev də yaşayacaqdır.
Ulu öndər öz çıxışlarında əbəs yerə demirdi ki, “mən bütün gücümü xalqdan alıram”. O, həqiqətən də bütün qüvvəsini xalqla sıx təmasdan alaraq xalqın məhəbbətini qazanmışdı. Heydər Əliyev həqiqətən də xalqının firavan yaşaması naminə bütün gücünü səfərbər etmişdi. Ona görə də xalqın Heydər Əliyevə məhəbbəti tükənməzdir, dönməzdir və əbədidir.
Yeri gəlmişkən, bir epizodu danışım. 1980-ci il idi. Heydər Əliyev Hövsan qəsəbəsində yerləşən “Nəriman-Neft” estakadasına baş çəkməyə getmişdi. Burada yeni neft buruğu istifadəyə verilirdi və neftçilərə həsr olunmuş muzey yaradılmışdı. O, burada görülən işlərlə tanış oldu, muzeyə baxdı və göstərişlərini verdi. Qayıdarkən oraya toplaşmış neftçilərlə görüşdü. Bir qadın Heydər Əliyevə yaxınlaşaraq dedi ki, Allah mənim yaşımdan kəsib Sizə versin ki, Siz çox yaşayasınız və Azərbaycanı daha da inkişaf etdirəsiniz. Ulu öndər özünəməxsus yumorla gülə-gülə qadına cavab verərək dedi: “Sənin yaşın sənə lazım olacaq. Mən isə çox yaşayacağam”. Bəlkə də Heydər Əliyev həmin vaxtda bilirdi ki, O, əbədidir və xalqın qəlbində daimi yaşayacaq. Bu gün doğrudan da Heydər Əliyev bizim qəlbimizdə yaşayır və həmişə də yaşayacaq. O, cismən bizim aramızda yoxdur. Lakin O, yaşayır və bu gün də qarşımızda qüdrətli addımlarla gedir.
- Rəsul müəllim, söhbətimizdən də göründüyü kimi, zəngin bir ömür yolu keçmisiniz. Təvazökarlıqdan uzaq olsa da, deyin, özünüzü xoşbəxt insan hesab edirsinizmi?
- Heydər Əliyev kimi DAHİ şəxsiyyət, uzaqgörən dövlət xadiminin rəhbərliyi altında uzun müddət çalışmaq özü bir xoşbəxtlikdir. Respublikada cinayətkarlıq, rüşvətxorluq, korrupsiya, dövlət əmlakının dağıdılmasına qarşı Onun rəhbərliyi altında birgə mübarizə aparmışam. Necə də özümü xoşbəxt hiss etməyim? Hüquq-mühafizə sistemində xidmətlərimə görə əməyim dövlət və hökumət tərəfindən layiqincə qiymətləndirilib. Bu, xoşbəxtlik deyil, bəs nədir? Mən öz həyatımdan razıyam. Bir də ona görə özümü xoşbəxt insan hesab edirəm ki, Heydər Əliyevin min bir əzab və əziyyətlə qurduğu, yaşatdığı, inkişaf etdirdiyi müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Bu gün Heydər Əliyevin arzularını, göstərişlərini, başa çatdıra bilmədiyi işlərini möhtərəm Prezidentimiz İlham Əliyev cənabları, eləcə də Onun ailəsi Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə yorulmadan, fədakarlıqla çalışaraq davam etdirirlər.
Əminəm ki, Prezident İlham Əliyevin sayəsində Ulu öndərimizin yadigarı olan müstəqil Azərbaycan Respublikası daha da inkişaf edəcək, bundan daha böyük nailiyyətlər əldə edəcək və dünyanın qabaqcıl ölkəsinə çevriləcək.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

