"Soyqırım" filminin xarici ölkələrdə də təqdimatı keçiriləcək
17.04.2010 [14:35]
Məlum olduğu kimi, bu yaxınlarda Bakıda “Soyqırım” (“Genocide”) filminin təqdimatı keçirilib. Film ermənilərin 1918-ci ildə Qubada törətdikləri qanlı qətliamlara həsr olunub. Filmin məsləhətçisi, millət vəkili Qənirə Paşayeva hesab edir ki, buna bir ilk də demək olar:
- Bu filmin ingilis dilində variantı da hazırlanıb. Ona görə də, mən bu yerdə, ilk növbədə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinə belə bir layihəni həyata keçirdiyinə görə təşəkkür edirəm. Düşünürəm ki, bu layihə çox önəmlidir. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, bizim qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rolu var və olmalıdır. Həmçinin, qeyri-hökumət təşkilatlarımızın bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməsinə ehtiyac var. Bunun özü də çox önəmli və əhəmiyyətlidir. Digər tərəfdən, bildiyiniz kimi, hər il aprelin 24-də ermənilər öz uydurma “soyqırımı” iddialarını ortaya qoyur, bununla dünyanı, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün işlər aparırlar. çox təəssüf ki, dünyanın bəzi yerlərində insanlar bəzən ermənilərin bu yalanlarına inanırlar. Odur ki, mənim fikrimcə, bu cür filmlər Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə yanaşı, o yalanların qarşısının alınması istiqamətində çox önəmli bir məsələdir. İnsanlar görməlidirlər ki, əslində, soyqırımını törədənlər kimlərdir. Bir daha qeyd edirəm, ermənilərin iç üzünün mahiyyətini görmək üçün bu istiqamətdə addımların atılması çox vacib və önəmlidir. Hesab edirəm ki, bu cür filmlərimizin müxtəlif dillərdə sayı artmalıdır və buna böyük ehtiyac var. Bu, önəmli missiyadır, vətəndaşlıq mövqeyidir. Onu da qeyd edim ki, bizim bir sıra yeni təşkilatlarımız, xüsusilə, gənclər təşkilatlarımız yaranmaqdadır. Həmçinin, xaricdə təhsil alan soydaşlarımız müxtəlif şəbəkələr yaratmaqda, müxtəlif təşkilatlar qurmaqdadırlar, onlar internet dünyasını, virtual dünyanı çox yaxşı bilirlər. Mən çox istərdim ki, onlar da bu filmləri götürərək, həm Azərbaycan, həm də ingilis variantını yaysınlar.
- “Soyqırım” (“Genocide”) filminin başqa ölkələrdə yayılması nəzərdə tutulurmu?
- Bəli, yaxın günlərdə “Soyqırım” filminin hər iki variantda Türkiyədə, Gürcüstanda, Rusiyada, ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatının keçirilməsi gözlənilir. Bunlarla yanaşı, filmin minlərlə nüsxə çoxaldılaraq Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, bir çox dövlət və qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətə yayılması da nəzərdə tutulur. Bununla belə, bir daha hesab edirəm ki, bunun virtual dünyada da yayılması vacibdir, bu işə bizim gənclər təşkilatlarımız, digər qeyri-hökumət təşkilatlarımız dəstək verə bilərlər. Bizim media qurumlarımız, qəzetlərimiz, agentliklərimiz, saytlarımız bu məsələdə böyük rol oynaya, ona geniş dəstək verə bilərlər. Yəni, biz bu filmləri dünyada nə qədər insana göstərə bilsək, düşünün ki, o zaman nə qədər insanı öz həqiqətlərimizə inandırmış olarıq.
- Qənirə xanım, filmdə digər filmlərdən fərqli olaraq ziyalılar, siyasət adamları, millət vəkilləri deyil, sıravi insanların danışığına üstünlük verilir. Bu, nə ilə bağlıdır?
- Bilirsiniz, hələ filmin çəkilişə başlamazdan öncə yaradıcı qrupla belə bir razılığa gəlmişdik ki, filmdə millət vəkilləri, siyasətçilər, tarixçilər deyil, sadə, sıravi, həmin faciənin canlı şahidləri olan insanlar danışsınlar. Bu, bəlkə də, ilk baxışdan kimlərəsə bəsit görünə bilər. Amma bu, heç də belə deyil. Xaricilərə başımıza gələn faciələrlə bağlı siyasətçilərimizin danışığı deyil, daha çox sadə insanların, həmin faciəni yaşamış şəxslərin danışığı lazımdır. Onlar, məhz bu insanların danışığını qəbul edirlər. Ona görə də, bu filmdə, məhz həmin faciəni öz gözləri ilə görmüş, öz həyatlarında yaşamış insanlar danışır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08

