"Bizim üçün bu seçkidə kimlərin qalib gəlməsi önəmli deyil"
20.10.2010 [09:24]
- Seçki prosesinin böyük bir mərhələsi arxada qalıb. Proses necə gedir?
- Fövqəladə, narahatedici məqamlar aşkar olunmayıb. Düzdür, ayrı-ayrı dairələrdə bəzi namizədlərin qeydiyyata alınmaması, yaxud bir az gec qeydiyyata alınması, saxta imzalardan istifadə edilməsi nəticəsində qeydiyyatın ləğv olunması halları mövcuddur. Bunu normal hal hesab edirik. çünki mindən artıq namizədin qoşulduğu prosesdə belə halların olmasından heç kim sığortalanmayıb.
MSK-nın seçki təbliğatı ilə bağlı son qərarını - bütün namizədlərə pulsuz efir vaxtı ayrılması qərarını təqdirəlayiq hal hesab edirik. Blok şəklində qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq bütün namizədlərə İctimai Televiziyada pulsuz, həm də bərabər efir vaxtının ayrılması, o cümlədən “Azərbaycan” qəzetində təşviqat materiallarının çapı seçicilərlə namizədlər arasındakı münasibətləri bir az da yaxşılaşdırdı.
Canlı görüşlərlə bağlı ciddi problem müşahidə olunmayıb. Namizədlər yerlərdə - həm açıq, həm də qapalı şəraitdə öz seçiciləri ilə görüşlər keçirir. Beynəlxalq müşahidəçilərin fəaliyyət göstərməsi də təmin olunub. Düşünürük ki, seçki sakit şəraitdə keçiriləcək, xalqın, seçicilərin etimadını qazanan namizədlər qalıb gələcəklər.
- 2005-ci ildə prosesə 2 mindən artıq namizəd qatılmışdı, amma indi onların sayı 700 civarındadır. Bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə, 2005-ci il seçkisində 2 mindən artıq adam MSK-ya müraciət eləmiş, imza vərəqələri almışdı. Onlardan təxminən 800-dən bir qədər artığı imza vərəqələrini qaytarıb qeydiyyatdan keçmişdi. Bilirsiniz ki, o vaxt depozit sistemi mövcud idi. İmza toplaya bilməyən istənilən şəxs müəyyən miqdarda depozit qoymaqla qeydiyyatdan keçə bilərdi. Bu səbəbdən də 2005-ci il seçkisində namizədlərin sayı çox olmuşdu. Bu il 450 imza şərti qəti qoyulduğundan məsuliyyət daha çox olub. 450 sağlam imza toplayan namizəd qeydiyyatdan keçdi. 125 yerlik parlament seçkisində 600-dən artıq namizədin qeydiyyata alınması alternativ seçkinin keçirilməsi üçün normal haldır.
- Qanuna görə, 60-dan artıq namizədi qeydiyyata alındığı üçün YAP pulsuz efir vaxtından istifadə edə bilərdi. Amma sonra MSK dairələr üzrə namizədlərin debatlarının təşkil olunmasına qərar verdi. Bəzi hüquqşünaslar hesab edir ki, qanunda nəzərdə tutulmadığı üçün MSK qanunsuz hərəkət edib. Bu fikrə münasibətiniz necədir? Eyni zamanda indiyə qədər olan təcrübə göstərir ki, əvvəllər belə debatlar əsasən partiya, blok liderləri arasında aparılardı. Debatların hansı formada aparılmasını daha effektli hesab edirsiniz?
- Nəyinsə məcəllədə qeyd olunmaması MSK-ya seçki təşviqatı ilə bağlı hər hansı qərarı qəbul eləmək məhdudiyyəti qoymur. MSK-nın pulsuz efir vaxtı ilə bağlı qəbul elədiyi qərar məcəlləni, eləcə də builki parlament seçkisini dolğunlaşdıran qərardır.
O ki qaldı, blokların qeydiyyatdan keçməməsinə, yaxşı olardı onlar qanunla nəzərdə tutulmuş namizəd sayını qeydiyyatdan keçirə biləydilər. Amma bu mümkün olmadı, yalnız YAP qeydiyyata alındı. Lakin partiya qərara gəldi ki, qanunun ona imkan yaratdığı pulsuz efir vaxtından istifadə eləməsin. Bu, birtərəfli təbliğat mühiti formalaşdıra bilərdi.
Hər bir namizədin tanınması baxımından indiki sistem daha yaxşıdır, nəinki hansısa partiya liderinin hər dəfə televizora çıxıb bütün namizədlər adından, bütün partiya adından danışması. Burada konkret olaraq hər bir seçici namizədləri, onların təmsil olunduğu partiya və blokları tanıyır, deputat mandatı almaq istəyən şəxsin hansı işləri görəcəyi haqqında məlumat alır.
- Azərbaycanda ikinci dəfədir tam majoritar sistemlə parlament seçkisi keçirilir. Belə fikir var ki, majoritar seçki sisteminin olması seçkiyə partiya siyahısı ilə qatılmağa marağı azaldır. Azərbaycan hakimiyyəti necə hesab edir: tam majoritar sistem effekt verirmi? Bu sahədə hansısa problem müşahidə edilmir ki? Gələcəkdə tam proporsional, yaxud qarışıq sistem tətbiq etmək mümkündürmü?
- Dünya siyasətşünasları hər sistemin çatışmazlıqlarını və üstünlüklərini geniş müzakirə ediblər. Böyük əksəriyyət bu fikirdədir ki, hansı ölkənin cəmiyyətləri daha çox vətəndaş institutlarına, vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanırsa, onlarda majoritar sistem daha effektlidir. Bütövlükdə majoritar sistem daha çox vətəndaş ehtiyaclarının üzərində qurulan bir seçki sistemidir. Majoritar seçki sistemi ən demokratik, ən effekli seçki sistemi hesab olunur.
- Bu seçkinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, seçki prosesinin böyük hissəsinin arxada qalmasına baxmayaraq nə iqtidar, nə müxalifət partiyaları, bloklar kütləvi aksiyalar keçirməyib. Siz elan etmişdiniz ki, seçki kampaniyası dövründə kütləvi aksiyalar üçün şərait yaradılacaq və Bakı Şəhər İcra Hakimiyyəti də bir neçə yer ayırdı. Normal hesab elədiyiniz seçki kampaniyasının bu məqamı barədə nə deyərdiniz? Meriyanın AXCP-Müsavat blokunun oktyabrın 17-də “Təbriz” kinoteatrının qarşısında keçirmək istədiyiı aksiyaya icazə verməməsinə necə baxırsınız?
- Məndə belə bir məlumat yoxdur ki, AXCP-Müsavat blokunun aksiya keçirmək istəyinə icazə verilməyib. Məndə olan məlumat odur ki, paytaxtda və Azərbaycanın digər şəhərlərində aksiya keçirmək üçün ayrılmış yerlərin adları “Azərbaycan” qəzetində dərc olunub. Düşünmürəm ki, adları rəsmi elan olunan yerlərdə kiminsə aksiya keçirməsinə kimsə icazə verməsin.
- Müxalifət bəyan edir ki, hətta ən qeyri-bərabər imkanlar şəraitində hakim partiyanı məğlub eləmək gücündədir, əgər seçki azad və demokratik keçirilərsə. Sözsüz ki, hakim partiya da hesab edir ki, o qalib olacaq. Siz necə hesab edirsiniz? Seçkidə müxalifətin imkanlarını necə qiymətləndirirsiniz? Noyabr ayında yeni tərkibdə fəaliyyətə başlayacaq parlamentdə müxalifətin təmsilçiliyi hansı səviyyədə ola bilər?
- Bu barədə hər hansı proqnoz vermək istəmirəm. Hər bir düşərgə, hər bir partiya, hər bir namizəd hesab edir ki, onun şansı hamıdan çoxdur. Hər birinin də özlərinə məxsus meyarları var. Bizim üçün bu seçkidə kimlərin qalib gəlməsi önəmli deyil, bizim üçün bu seçkidə bütövlükdə seçici iradəsinin qalib gəlməsi önəmlidir. Kim qalib gələcək, biz onunla işləməyə hazırıq. ölkədə azad, ədalətli və demokratik seçkinin keçirilməsi üçün şərait mövcuddur.
- Avropa İnsan Hüquqları Məhkəməsi məhbus jurnalist Eynulla Fətullayevlə bağlı qərarı qüvvəsində saxladı. Azərbaycan hökumətinin şikayəti Böyük Palataya çıxarılmadı. Hökumət bu qərarı necə qiymətləndirir? Bundan sonrakı prosesin inkişafı necə olacaq?
- Bu məsələni siyasi məsələ hesab eləmirəm, hüquqi məsələdir və bunun da hüquqi müstəvidə cavablandırılmasının tərəfdarıyam. Birinci mərhələdə ölkənin hüquq institutlarının təmsilçiləri buna münasibət bildirmişdi, növbəti münasibətin də necə olacağını bizim hüquqşünaslar, hüquq institutları müəyyən edəcəklər. Məsələ siyasi olmadığına görə şərh edə bilmərəm.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

