Yeni Azərbaycan Partiyası ilə Qazaxıstanın "Nur Otan" Partiyası geniş əlaqələrə malikdir
17.02.2011 [09:15]
- Aydın müəllim, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibində Qazaxıstanın hakim “Nur Otan” Partiyasının qurultayında iştirak etmək məqsədilə bu ölkənin paytaxtı Astanada səfərdə olmusunuz. İstərdik ki, səfər haqqında ətraflı məlumat verəsiniz...
- Bildiyiniz kimi, YAP nümayəndə heyəti olaraq mən və partiyanın Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımov Qazaxıstanın hakim “Nur Otan” Partiyasının 13-cü qurultayında iştirak etmək üçün fevralın 9-dan 13-dək Astana şəhərində olduq. Qeyd edim ki, YAP ilə “Nur Otan” Partiyası arasında 2009-cu ildə əməkdaşlıqla bağlı saziş imzalanıb. Həmin sazişə qədər və ondan sonra da hər iki partiyanın nümayəndə heyətləri qarşılıqlı surətdə bir-birilərinin ali partiya tədbirlərində, qurultaylarında iştirak edirlər. Bu partiya yarandığı dövrdən Qazaxıstanın hakim partiyasıdır. Parlamentdə mütləq çoxluq məhz “Nur Otan” Partiyasına məxsusdur. Partiyanın sədri isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir. Fevralın 11-də keçirilən tədbirdə 600 nümayəndə və 15-ə qədər ayrı-ayrı siyasi partiyaların təmsilçiləri iştirak edirdilər. Qeyd edim ki, keçmiş postsovet məkanından qurultayda qonaq qismində Rusiyanın “Yedinaya Rossiya” və Azərbaycanın Yeni Azərbaycan Partiyasının nümayəndələri iştirak edirdilər. Qurultay Astananın mərkəzi saraylarından birində keçirildi. Qurultayda partiya sədri Nursultan Nazarbayevin yenidən Qazaxıstan prezidentliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edildi. Qeyd edim ki, qurultay “Nur Otan” Partiyasının ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiyini, partiyanın cəmiyyətdə böyük nüfuza malik olduğunu nümayiş etdirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, tanınmış ziyalılar bu partiyanın üzvüdür. Partiya ümumxalq partiyası kimi fəaliyyət göstərir və öz sıralarında Qazaxıstan cəmiyyətinin bütün təbəqələrindən və müxtəlif yaş qruplarından olan insanları birləşdirir. Partiyanın bu qurultayı münasibətilə tədbirdə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasınıın Prezidenti İlham Əliyevin təbrik məktubu oxundu. Bu məktubda Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, YAP ilə “Nur Otan” Partiyası arasında çox sıx dostluq əlaqələrinin olduğu bir daha vurğulanırdı, Nursultan Nazarbayevin siyasi fəaliyyətinə çox yüksək qiymət verilirdi və hər iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da davam etdirilməsinə və əlaqələrin daha da yüksələcəyinə böyük inam ifadə olunurdu. Cənab Prezident İlham Əliyevin qurultaya təbrik məktubu sədarət tərəfindən səsləndirildi və bu təbrik qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bundan başqa, mən nümayəndə heyətinin üzvü kimi Qazaxıstanın bir sıra telekanallarına və aparıcı KİV-lərinə fikirlərimi bildirdim. YAP nümayəndələri olaraq biz partiyalarımız arasında yüksək dostluq tellərinin mövcudluğundan, Nursultan Nazarbayevin bizim ölkəmizdə də böyük nüfuza malik bir şəxsiyyət olmasından danışdıq və Qazaxıstanın inkişafının hər zaman bizim də diqqətimizdə olduğunu bir daha vurğuladıq. Mənim müsahibəm Qazaxıstanın aparıcı telekanalı olan “Xəbər” TV-də gün ərzində bir neçə dəfə işıqlandırıldı.
- YAP nümayəndə heyəti “Nur Otan” Partiyasının nümayəndələri ilə ikitərəfli görüşlər keçirdimi?
- Bəli, bu partiyanın mərkəzi aparatının rəhbərliyi ilə görüş keçirdik. Eyni zamanda, partiya sədrinin birinci müavini Nurlan Niqmatulinə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun ölkəmizə dəvət məktubunu təqdim etdik. Onlar dəvəti məmnuniyyətlə qəbul edərək münasib vaxtda Azərbaycana səfər edəcəklərini bildirdilər. Görüşlərdə biz ölkələrimiz arasında dostluğun bugünkü səviyyəsindən razı olduğumuzu bildirdik. Bunun həm bir kökdən, tarixdən gəldiyini qeyd etdik, eləcə də, prezidentlərimizin dostluq münasibətinin əhəmiyyətini vurğuladıq. Bu münasibətlərin bundan sonra da davam etdirilməsində maraqlı olduğumuz vurğulandı. Qərara gəlindi ki, partiyalar bundan sonra da bir-birilərilə sıx əlaqədə olsunlar, tədbirlərdə iştirak etsinlər, ölkələri haqqında qarşılıqlı surətdə məlumat yayılmasında maraqlı olsunlar. Həmçinin, partiyalarımız arasındakı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və partiyalar səviyyəsində ölkələrimizin dostluğunun möhkəmləndirilməsi zərurəti görüşlərimizdə bir daha vurğulandı.
- Səfər çərçivəsində daha hansı görüşlər keçirildi? ümumiyyətlə, Qazaxıstanın inkişafı ilə bağlı təəssüratınız necədir?
- Səfər zamanı fürsətdən istifadə edərək biz Qazaxıstanın inkişafı ilə bağlı bir sıra məsələlərlə maraqlandıq. ölkənin parlamentində iqtisadi siyasət komitəsinin üzvləri ilə görüşdük. Bundan başqa, Qazaxıstanın aparıcı iqtisadi təşkilatlarından sayılan “Qazaxatomsənaye” şirkətinin rəhbərliyi tərəfindən bizə böyük diqqət göstərildi, onların rəhbərliyi ilə görüşdük. Astananın müxtəlif görməli yerlərində olduq. Qeyd etmək istəyirəm ki, Astana son illərdə güclü inkişaf edib, yeni inzibati binalar, yeni yaşayış kompleksləri şəhəri daha da gözəlləşdirib, müasirləşdirib. Ən çox diqqəti cəlb edən məsələlərdən biri isə ötən il Astanada Nursultan Nazarbayev adına Universitetin açılması olub. Bu universitet elm həyatına böyük bir ideya ilə daxil olub və gələcəkdə nəinki ölkəsinin, dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu şəhərdə əhalinin yaşayışı üçün ucuz binaların tikilişinə, ipoteka kreditlərinin verilməsinə diqqət göstərilir. Aydın oldu ki, Qazaxıstan güclü inkişafa malikdir, qonşuları ilə yaxşı əlaqələri var, onlarla xoş münasibət saxlayır. ümumiyyətlə, Qazaxıstan nüfuzlu bir ölkə statusundadır, Azərbaycanla münasibətlərə də xüsusi önəm verir. Görüş keçirdiyimiz bütün qurumlar və şəxslər tərəfindən Azərbaycanın ünvanına xoş sözlər eşitdik. Bütün insanlar Azərbaycan ilə Qazaxıstan arasında dostluğun daha da inkişaf etdirilməsində maraqlı olduqlarını xüsusilə vurğuladılar.
- Aydın müəllim, bəs Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkənin həyatında hansı səviyyədə iştirak edir?
- Qeyd edim ki, 16 milyon əhalisi olan Qazaxıstanda yüz minə qədər azərbaycanlı yaşayır. Bu insanlar müxtəlif dövrlərdə müxtəlif səbəblərdən-deportasiya və ya başqa səbəblər üzündən bu ölkəyə gəliblər. Onlar ölkənin ictimai-siyasi həyatında çox yüksək səviyyədə iştirak edirlər. Bu ölkədə Azərbaycan diasporu ən fəal milli icmalardan sayılır. Qeyd edim ki, “Nur Otan” Partiyasının 600 nəfərlik qurultay nümayəndələrinin arasında iki azərbaycanlı nümayəndənin də olması bizi sevindirdi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

