/ / Əli Həsənov: Yenidən razılaşdırılmamış mitinq keçirilməsinə cəhd göstəriləcəksə, bunun qarşısı alınacaq, təşkilatçılar yenə də məsuliyyətə cəlb olunacaqlar
Əli Həsənov: Yenidən razılaşdırılmamış mitinq keçirilməsinə cəhd göstəriləcəksə, bunun qarşısı alınacaq, təşkilatçılar yenə də məsuliyyətə cəlb olunacaqlar
06.04.2011 [09:48]
- Aprelin 2-də müxalifətin aksiya cəhdləri zamanı tutulan şəxslərlə bağlı müxtəlif məlumatlar yayılır, həmçinin, onların siyasi məhbus olduğu iddia edilir...
- Müxalifətin 2 aprel aksiyası sanksiyalaşdırılmamış qeyri-qanuni cəhdlər idi. Onlar istəyirdilər ki, şəhərin mərkəzində qarışıqlıq yaratsınlar, ictimai asayişi, insanların istirahət hüququnu pozsunlar. Gördüyünüz kimi, mitinq cəhdi vətəndaşların, iş adamlarının əmlaklarının talan olunması, avtomobillərə, dükanlara ziyan vurulması ilə müşahidə olundu. Ona görə də polisin bu aksiya ilə bağlı qəbul etdiyi qərarın alternativi yoxdur. Polis ilk növbədə qeyri-qanuni aksiyanın qarşısını almalı idi və öz işini də gördü. Polis öz işini kifayət qədər peşəkarcasına, qanunlara müvafiq şəkildə həyata keçirdi. Digər tərəfdən, aksiyanı törədənlər, polisin çağırışlarına baxmayaraq, asayişi pozmağa cəhd göstərənlər müvafiq olaraq inzibati və digər məsuliyyətlərə cəlb olunublar. Bu məsələlər bundan sonra da belə olacaq. Kimsə hesab edirsə ki, bir-iki dəfə cəhd göstərməklə artıq polisi, hakimiyyət strukturlarını öz vəzifələrini icra etmək iradəsindən çəkindirəcəklər, bu, qətiyyən belə deyil.
- ATƏT-in fəaliyyətdə olan sədri, bu qurumun Bakı Ofisinin rəhbəri və ABŞ-ın Azərbaycandakı səfirliyi aprelin 2-də baş verənlərdən, həmçinin, aksiya iştirakçılarının saxlanılmasından narahat olduqlarını bildiriblər. Bu bəyanatlara münasibətiniz necədir?
- Onların narahat olması üçün heç bir əsas yoxdur. Təkrar edirəm, Azərbaycan polisi öz vəzifəsini icra edib və polisin qəbul etdiyi qərarlarda qeyri-adi heç nə yoxdur. Polisin 2 aprel aksiyası ilə bağlı gördüyü tədbirlərin hamısı qanuna müvafiqdir və narahatlıq üçün də heç bir əsas yaratmayıb. Bu, Azərbaycanın daxilində bir qrup insanın ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınmasıdır. Bütün dünya ölkələrində, o cümlədən ABŞ-da da, ATƏT üzvü olan digər ölkələrdə də, bu, belədir.
- Müxalifət, konkret olaraq İctimai Palata aprelin 16-na növbəti etiraz aksiyası təyin edib...
- Əgər bu aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydada və İcra Hakimiyyətinin müəyyən etdiyi yerdə keçiriləcəksə, mitinq iştirakçılarının təhlükəsizliyinə təminat veriləcək, şərait yaradılacaq, mitinqin keçirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Yox əgər, yenə əvvəlki kimi razılaşdırılmamış yerdə mitinq keçirilməsinə cəhd göstəriləcəksə, bunun qarşısı alınacaq, onun təşkilatçıları müvafiq olaraq yenə məsuliyyətə cəlb olunacaqlar.
- Sizcə, hazırkı situasiyada Azərbaycanda iqtidar-müxalifət dialoquna ehtiyac varmı? Yaxın müddətdə belə bir dialoqun baş tutması gözlənilirmi?
- Bu məsələ ilə bağlı dəfələrlə fikir bilirmişəm, bu gün də təkrarlayıram: dünyanın sivil ölkələrinin əksəriyyətində iqtidar və müxalifət arasında dialoq baş verir. Azərbaycanda da eynilə belədir. Biz normal müxalifət partiyaları, Azərbaycan ictimai-siyasi institutları ilə dialoq şəraitində ölkəni idarə edirik və onların dövlət-vətəndaş münasibətləri, dövlət idarəetməsi ilə bağlı proqressiv, daha cəlbedici təkliflərini də nəzərə alırıq. Amma, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin bütün addımlarını, tədbirlərini, ictimai asayişi, ölkənin ahəngini pozmaq istəyən qüvvələrlə onların dilində danışmaq lazımdır.
- Bir müddət əvvəl parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı sənəd imzalaması xahişi ilə Azərbaycan Prezidentinə müraciət edəcəklərini bildirirdilər. Prezident Administrasiyasına belə bir müraciət daxil olubmu?
- Parlamentdə təmsil olunan siyasi partiyalar Azərbaycan Prezidentinə müraciət ediblər. Onlar 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxılmasını təklif ediblər. Bu qanuna baxılması təşəbbüsü parlamentdə də ola, parlament komitələri tərəfindən irəli sürülə bilər. Sadəcə, onlar hakimiyyətin də buna münasibətini öyrənmək istəyirlər. Məktuba baxılır, düşünürəm ki, müvafiq cavab veriləcək.
- Cəlilabadda AXCP-nin təşkilat şöbəsinin sədri olan şəxsin məktəbli oğlunun başqa bir şagirdi öldürməsi ilə bağlı rayonda aksiya keçirilib, siyasi şüarlar səsləndirilib...
- Bu, əlbəttə ki, yaxşı hadisə deyil. Mən bu məsələni siyasiləşdirmək istəməzdim. Hüquq-mühafizə orqanları yerində araşdırma aparır, hadisənin bütün təfərrüatları öyrənilir, müvafiq qiymət veriləcək və hadisənin təqsirkarları cəzasını alacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

