Azərbaycan beynəlxalq aləmdə yaxın tərəfdaş kimi qəbul edilir
10.04.2024 [10:22]
Ölkəmiz qlobal sistemdə fəal siyasi-iqtisadi aktor sayılır
Azərbaycanın qlobal münasibətlər sistemində oynadığı rolun əhəmiyyəti ildən-ilə artmaqdadır. Xüsusilə, XXI əsrin ikinci onilliyinin başlanğıcından etibarən ölkəmiz həm siyasi, həm də iqtisadi sferada özünün uğurlu addımları ilə seçilib. Bu, beynəlxalq miqyasda da təcəssüm etməkdədir. Son 15 ildə ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropanın bir sıra təsisatlarında mühüm təmsilçilik hüququ əldə edib. Ən əsası isə, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində uğurlu fəaliyyəti ilə yadda qalıb. Miqyasına görə BMT-dən sonra ikinci ən böyük təşkilat sayılan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə beynəlxalq münasibətlər sisteminin fəal oyunçusuna çevrilə bildi, qlobal problemlərin həllində əsaslı müsbət rol oynadı. Məhz Azərbaycanın təşəbbüsü ilə COVİD-19 pandemiyasına qarşı qlobal müqavimət formalaşdırıldı ki, bu da ölkələrin vaksinasiyasında ədalət prinsiplərinin qorunması baxımından mühüm töhfələri ilə yadda qaldı. Eyni zamanda, yaranmasında və fəaliyyətində mühüm rol oynadığımız Türk Dövlətləri Təşkilatının qısa zaman kəsiyində uğurlu regional tərəfdaşlıq platformasına çevrilməsində Azərbaycanın rolu olduqca böyükdür. Bu gün Azərbaycan Şərq-Qərb ticari tranziti üzrə mühüm infrasitruktur yeniliyi etməklə məhz həm də TDT üzvü ölkələrin iqtisadi əlaqələrinin möhkəmlənməsində xüsusi yer tutur.
Beləliklə, ölkəmiz üzvü, tərəfdaşı olduğu bütün beynəlxalq təşkilatlarla uğurlu əlaqələr qurmaqda, fəal əməkdaşlıqda hər zaman seçilib. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, lokal antiterror tədbirlərində qazanılan uğur isə ölkəmizin siyasi-iqtisadi imkanlarını daha da inkişaf etdirmək üçün mühüm fürsətlər yaradıb. Azərbaycanın ən böyük özəlliyi isə ondan ibarətdir ki, əməkdaşlıq və inkişaf məsələlərində hər zaman regional birliyə inteqrasiyanı ön prioritet kimi qəbul edir. Başqa sözlə, Azərbaycan ikitərəli əməkdaşlıqlarla yanaşı, çoxtərəfli əməkdaşlıqları olduqca uğurlu şəkildə transformasiya etmək gücünü nümayiş etdirir.
BRİCS-də təmsilçilik perspektivi...
Təsadüfi deyil ki, müəyyən zaman kəsiyində Azərbaycanın BRİCS ilə əməkdaşlığı məsələsi aktuallıq daşıyıb. Elə bu günlərdə ictimai sektorun da iştirakı ilə məsələ haqqında müzakirələr də aparılıb - aprelin 8-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və BRICS: İmkanlar və Perspektivlər” mövzusunda tədbir keçirilib. Müzakirələrin əsas istiqamətləri Azərbaycan xarici siyasətində BRICS-in yeri, yeni imkanlar, qrupla iqtisadi əməkdaşlıq perspektivləri və Cənubi Qafqazda cərəyan edən proseslər fonunda qrupun mövqeyi təşkil edib. Vurğulanıb ki, beynəlxalq münasibətlər sistemində formalaşan yeni nizam bir çox dövləti öz xarici siyasətini bu reallıqla uzlaşdırmağa vadar edir. BRICS-in Cənubi Qafqaz üçün də əhəmiyyətli təsisat olduğunu qeyd edilib, eyni zamanda qrupa iki qonşu dövlətin - Rusiya və İranın üzv olmasının onun cəlbediciliyini artırdığı bildirilib. Qeyd edilib ki, Beynəlxalq Valyuta Fondunun 2024-cü ilə olan məlumatına görə, dünya əhalisinin təqribən 45 %-i bu qrupa üzv ölkələrdə cəmləşib. Dünya ÜDM-in 28,7 %-i, beynəlxalq ticarətin təxminən 20%-i bu qrupun payına düşür. Həmçinin maliyyə resursları BRICS ölkələrində təxminən 25 trilyonu keçir.
Müzakirələrdə “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov BRICS-in beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri, geniş potensialı barədə məlumat verib. Onun sözlərinə görə, BRICS-in fəaliyyətində rəhbər tutduğu çoxtərəflilik, inklüzivlik kimi məqamlar Azərbaycan xarici siyasət prinsipləri ilə üst-üstə düşür. BRICS-in 3 əsas əməkdaşlıq istiqaməti - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, mədəni-xalqarası münasibətlər barədə məlumat verən M. Qasımov Azərbaycanın bu platformanın fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırıb. “Azərbaycan 2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlüyü və 2019-2023-cü illərdə isə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal sülh və təhlükəsizliyə mühüm töhfələr vermişdir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin işə düşməsində, enerji təhlükəsizliyinin təmini, mədəniyyətlərarası dialoq və iqlim dəyişikliyi ilə mübarizə sahələrində mühüm işlərə imza atıb. Bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur”. Mahur Qasımov suala cavab olaraq Azərbaycan BRICS-ə üzv olma imkanlarını da istisna etməyib.
6 ölkədən 9 ölkəyə - BRİCS genişlənir...
Qeyd edək ki, BRICS+ (BRICS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərfləridir) dövlətlərarası assosiasiyadır. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. BRİKS ölkələri arasında ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub.
Vurğulayaq ki, təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. BRİCS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. BRİCS üzvləri həm də ən sürətlə inkişaf edən ölkələr kimi səciyyələndirilir. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. 2023-cü ilin avqust sammitində İran, Səudiyyə Ərəbistanı, Misir, Argentina, Efiopiya və BƏƏ-nin 2024-cü il yanvarın 1-dən BRICS-ə tamhüquqlu üzv kimi qoşulmağa dəvət edilib. Sonradan isə Argentina və Səudiyyə Ərəbistanı təşkilata qoşulmayıb. Beləliklə, 2024-cü il yanvarın 1-də dəvət olunmuş dörd ölkə BRİCS-in tamhüquqlu üzvünə çevrilib. Verilən qərara görə, qrupun adı dəyişdirilməyəcək - ad Cənubi Afrika Respublikası əlavə edildikdən sonrakı vəziyyətdə saxlanılıb. Üzvlük üçün rəsmi müraciət edən ölkələr sırasında Əlcəzair, Banqladeş, Belarus, Venesuela, Pakistan da var. Qrupun 2024-cü ildə Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır - bunda əsas rol Misir, Efiopiya, İran və BƏƏ-nin birliyə daxil olması ilə bağlıdır. Ümumiyyətlə, BRICS tezisi G7 dövlətləri kimi güclü iqtisadi blok yaratmaq potensialından qaynaqlanır.
Əvvəlki CAR-da, növbəti isə Kazanda...
2009-cu ildən etibarən BRİCS ölkələrinin hökumətləri hər il rəsmi sammitlərdə görüşürlər. Sonuncu 15-ci sammit 22-24 avqust 2023-cü ildə Cənubi Afrika Respublikasında baş tutub. Sammit öncəsi 40-dan çox ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu, 20-yə yaxın ölkə isə rəsmi olaraq qəbul olunmaq üçün müraciət edib. Sammitin yekununda qəbul edilmiş bəyannamədə bildirilib ki, BRİCS ölkələri Ukraynadakı münaqişənin dialoq və diplomatiya, sülh yolu ilə həllinin tərəfdarıdır. Rusiyanın xarici işlər naziri S.Lavrov bildirib ki, BRİCS beynəlxalq münasibətlərin demokratikləşməsini və qlobal idarəetmə mexanizmlərində Qlobal Cənubun rolunun artırılmasını tələb edir. Əvvəlcədən planlaşdırılsa da, sammit vahid valyutanın yaradılması imkanlarını müzakirə etməyib.
Növbəti - XVI BRİCS sammiti isə bu ilin oktyabrında Rusiyanın Kazan şəhərində baş tutacaq. Bununla bağlı Rusiya prezidenti bu ilin aprelin 3-də müvafiq sərəncam imzalayıb.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

