/ / "Xocalıya ədalət" kampaniyası çərçivəsində 100-dən çox məcburi köçkün ailə ərzaq ilə təmin olunub
"Xocalıya ədalət" kampaniyası çərçivəsində 100-dən çox məcburi köçkün ailə ərzaq ilə təmin olunub
23.08.2012 [02:16]
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının təşkilatçılığı, həmçinin İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT GF ARM) və Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin (AGSŞ) fəal iştirakı ilə müqəddəs Ramazan ayı münasibəti ilə “Qızılqum” sanatoriyasında məskunlaşmış Xocalıdan və digər işğal edilmiş bölgələrdən olan 100-dən çox məcburi köçkün ailəsinə bayram ərzaq bağlamaları paylanıb.
Ərzaq İƏT GF və AGSŞ-in təşəbbüsü ilə bir neçə gün əvvəl təşkil edilmiş xeyriyyə iftarı proqramından yığılan ianələrin hesabına alınıb.
Artıq üçüncü ildir ki, İƏT GF-nin təşəbbüsü ilə Ramazan ayında xeyriyyə iftarları təşkil olunur. İlk dəfə iki il əvvəl bu cür xeyriyyə iftarından toplanmış vəsait bir və ya hər iki valideynindən məhrum uşaqların olduğu ailələrə, keçən Ramazanda toplanan vəsaitlər Somalidə aclıq fəlakəti ilə üzləşmiş insanlar üçün ərzaq toplayan kampaniyaya bəxş edilib, builki isə aztəminatlı qaçqın və məcburi köçkün ailələrinə paylanıb.
Bu ildən həmin kampaniyaya AGSŞ də qoşulub.
Qeyd edək ki, bu təşkilat təsis qurultayı keçən il Bakıda keçirilən və İƏT GF-nin təşəbbüsü ilə yaradılmış “İslam ölkələri Gənc Sahibkarlar Beynəlxalq Şəbəkəsinin” milli qurumu kimi bu il qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.
İƏT GF ARM-in rəhbəri Elçin Əsgərov bildirib: “Xeyriyyə iftarlarının təşkilinin əsas məqsəd imkansız ailələrə yardım və dəstək göstərilməsi kimi Azərbaycanda əvvəllər daim mövcud olmuş xeyriyyə ənənələrinin dirçəldilməsi, bu ənənələrə yerli iş adamlarının cəlb edilməsi, İslam dininin insansevərlik missiyasını praktik ənənəyə çevirmək təşəbbüsü olub. Bu cür xeyriyyə aksiyalarının gələcək illərdə də təşkil edilməsi nəzərdə tutulub”.
AGSŞ-nin prezidenti Xalıq İldırımzadə isə deyib ki, başçılıq etdiyi qurum İƏT GF ilə əməkdaşlıq edərək xeyriyyə aksiyalarını təkcə Ramazan ayı və iftarlar ilə məhdudlaşdırmaq fikrində deyildir. Bu ildən yardım aksiyalarının daha geniş və əhatəli təşkil edilməsi, onlara daha çox qurumun, fiziki şəxslərin, iş adamlarının cəlb edilməsi, kimsəsiz uşaqlar, imkansız ailələr üçün milli layihələrin icrası da nəzərdə tutulub. “Xeyirxahlıq nümunəsini İƏT Gənc Sahibkarlar Şəbəkəsinin yaradılmasının təşəbbüskarı Leyla xanım Əliyevadan götürürük”, - deyə X.İldırımzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

