“Qərbin arzuları”...
16.05.2024 [10:55]
İki hadisəyə baxış - Avropanın ikiüzlü standartı
Yeni dövrdə müasir siyasi yanaşmaların, daha doğrusu xarici təsir imkanlarının və ya vasitələrinin yeni obrazda ortaya çıxması sirr deyil. Artıq klassik siyasi və ya hərbi, eyni zamanda iqtisadi vasitələr, sanksiyalar və ya məhdudlaşdırmalar öz yerini daha yumşaq və daha çox təsiredici vasitələrə verməkdədir. Bunların sırasında Qərbin dilinin əzbərinə çevrilmiş “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Bu ideoloji silahlarla özünün “hücumunu” planlaşdıran Qərb bu kimi dəyərləri siyasi manipulyasiya vasitəsinə çevirir, maraqları çərçivəsində məhdudlaşdırır və bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya qoyur.
Real mənzərə, ikili yanaşma...
Bu yanaşmanın ən real mənzərəsi və ya misalı son günlərdə Cənubi Qafqazda baş verən hadisələrə münasibətdə ortaya qoyulan mövqe ilə izah edilə bilər.
- Birinci hal kimi Ermənistanda baş verənlərə nəzər salaq. Aprelin 19-da Azərbaycan və Ermənistan arasında delimitasiya ilə bağlı əldə edilən razılığın ardından Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə “ortaya çıxan” aksiyalar hələ də davam etməkdədir. Arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə “yaradılmış” “Vətən naminə Tavuş” adlı qondarma hərəkat paytaxt İrəvanda mitinq keçirir, itaətsizlik aksiyaları təşkil edir. Bu aksiyalarda isə hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Aprel ayından bu yana aksiyalarda xəsarət alan, saxlanılan insanların sayı yüzlərlədir. Son günlərdə, xüsusilə aksiyaların paytaxt küçələrinə transferinin ardından iştirakçılara qarşı polisə müqaviməti daha aydın şəkildə hiss edilməyə başlayıb - hətta aksiya iştirakçılarının bəziləri fərqli ittihamlarla cinayət məsuliyətinə cəlb ediliblər. Küçə mitinqlərində xəsarət alanlar arasında isə azyaşlılar, qadınlar, yaşlılar da var - bunu, Ermənistan mediası da təsdiqləyir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılır.
-İkinci hal kimi isə Gürcüstanda baş verən son hadisələrə diqqət yetirək. Hakim “Gürcü Arzusu” partiyasının ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlament müzakirəsinə çıxan və ilkin prosedurlarda keçdikdən sonra buna qarşı etiraz aksiyaları baş tutub. Bu aksiyalarda yerli vətəndaşlarla yanaşı, maraqlıdır ki, xarici vətəndaşlar, hətta ayrı-ayrı Avropa ölkələrinin parlamentariləri həm iştirak, həm də çıxışlar edirlər. Bu aksiyada da baş verənlər diqqətlə izlənir - qanunlara tabe olmayan insanlara qarşı görülən tədbirlər “qeydə alınır”, hesabatlar yayılır. Artıq qanun qəbul edilib - yeni qanuna əsasən gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. Əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Amma deyəsən qanun qəbul olunsa da, “xarici təsir imkanları” hələ də aradan qalxmayıb...
Ermənistandakı hüquq pozuntuları “gözə dəymir”...
Qərbin Ermənistanda baş verənlərə münasibəti olduqca “təmkinlidir”. Yəni, baş verən “hüquq pozuntuları”, “zorakılıq faktları”, “polisin qeyri-qanuni müdaxiləsi” “Human Rights Watch”, “Amnesty İnternational”, “Fredoom House” kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının gözündən “yayınır”. Avropa İttifaqının Ermənistandakı missiyası belə susur. Qərb institutları baş verənləri görməzdən gəlir - hətta media nümayəndələrinə qarşı edilən zorakılıq faktları ilə bağlı bir cümlə belə fikir irəli sürülmür. Hətta dünən İrəvanda saat 15:00-dan 20:00-dək polis bir çox əsas küçələri vətəndaşların gediş-gəlişi üçün bağladı - bu, əsasən mitinqin keçirildiyi ərazilərə aparan yollar idi. Bununla bağlı teleqram kanallarında məlumat yayıldı. Xatırladaq ki, Baqrat Qalstanyan məhz saat 16:00-a həmin əraziyə mitinq çağırışı etmişdi. Görəsən, hansı səbəbdəndir ki, ABŞ Dövlət Departamenti, Fransa və digər Avropa ölkələrinin XİN-ləri, Avropa Şurası və Avropa Parlamenti, özlərini insan hüquqlarının qoruyucusu elan edən təşkilatlar Ermənistan hakimiyyətinin mitinqə münasibətdə tutduğu mövqeyə münasibət bildirmirlər? Axı, onların təbirincə desək, ortada “insan hüquqlarının pozulması və ya məhdudlaşdırılması” faktı mövcuddur...
Gürcüstanın maraqları hədəfə alınır
Gürcüstana münasibətdə isə tamam fərqli bir mövqenin və mənzərənin şahidi oluruq - paytaxt Tbilisidə parlament yaxınlığındakı “Qəhrəmanlar” meydanına keçən aksiya iştirakçıları yolu bağlayırlar, hərəkəti tamamilə iflic halına salırlar. Parlamentin binasına hücumlar edilir - sanki polisi qarşıdurmaya cəlb edirlər. Hətta Tiflisdə keçirilən etiraz mitinqində alman və litvalı deputatlar Maykl Rot və Zygimantas Pavilionis hakimiyyətin qərarına qarşı çıxış edirlər. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi barədə tələb “Amnesty İnternational” və digər təşkilatlar tərəfindən qəti şəkildə irəli sürülür -xəbərdarlıqlar edilir. ABŞ-ın mümkün sanksiyaları tətbiq etməsi barədə fikirlər səsləndirilir -xatırladaq ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayen daha əvvəl deyib ki, əgər ölkədə demokratiyaya zərbə vurularsa, Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək. Fərqli təşkilatların Tbilisidəki nümayəndələri mitinqlərdə boy göstərirlər, baş verənləri qələmə alır, ekranlara daşıyırlar. Ermənistandan fərqli olaraq Gürcüstanda baş verənlər dəqiqəbədəqiqə Avropanın aparıcı telekanallarının xəbərlərini “bəzəyir”.
Selektiv yanaşma və ya Qərbin korporativ marağı...
Bəli, insan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların eyni hadisə üzərindən fərqli münasibətlərinin, ayrı-ayrı ölkələrə yanaşmasında ikili standartlar siyasətinin və selektiv mövqeyinin şahidi oluruq. Özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının bu misalda əsl siması(zlığı) üzə çıxır. İkili standart faktı bariz şəkildə ortadadır - Ermənistanda mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. Gürcüstanda isə hətta missioner yollayıb belə faktların sayının artması üçün “münbit şərait” yaradırlar. Qərbin yalnız öz marağını əsas götürməsi növbəti dəfə təsdiq olunur. Qərb üçün heç bir fərqi yoxdur -Ermənistan və ya Gürcüstan, Paşinyan və ya Zurabaşvili - Qərb üçün əsas olan onun “ideyasının” hakim kəsilməsidir.
Bu kimi faktlar isə bir daha Azərbaycanın dövlət siyasətinin milli mənafeyə, maraqlara söykəndiyini göstərir. Özünün mövqeyini əsas götürən Azərbaycan dövləti üçün ən mühüm prioritet suveren hədəfləridir. Bu hədəflərə çatmaq üçün isə real, açıq, çoxvektorlu xarici siyasət kursu yürüdülür. Azərbaycanın əldə etdiyi nailiyyətin ən mühüm formullarından biri məhz budur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

