Apostol Kilsəsinin Fransa ilə əlaqələri üzə çıxır
24.05.2024 [10:30]
Paşinyan kilsəni “təsir agenti” adlandırdı
Dövlətçilik ənənəsi və qavrayışı olmayan Ermənistanda kilsənin ideoloji üstünlüyü bütün dövrlərdə açıq şəkildə hiss edilib. Erməni Apostol Kilsəsi qarşıdurmaların kəskinləşməsi, əsassız ideyaların ortaya çıxarılması, qeyri-kosntruktiv davranışların sərgilənməsi məsələsində akiv rol alıb. Əslində mahiyyət etibarı ilə birləşdirici və sülhyaradıcı funksiya daşımalı olan din Ermənistanda özünün ən ağır deqradasiyasına uğrayıb və erməni kilsəsinin timsalında qızışdırıcı, təhrikçi mövqenin aşılanması “təbliğatı aparan aparat” kimi “şöhrət” qazanıb. Eyni zamanda, bu tip radikal faşizm təbliğatı yayan, ölkənin sabitliyi və dövlət ola bilmə imkanlarının yenidən itirilməsi üçün səfərbər olan erməni kilsəsinin ortaya qoyduğu “siyasət” həm də onu ifşa edir - bəlli olur ki, tarixin əvvəlki dönəmlərində olduğu kimi, 2024-cü ildə də erməni kilsəsi xarici təsirlər altındadır. Başqa sözlə, kilsə xarici güclərin agentura şəbəkəsi rolunu oynayır. Adını “keşiş”, “yepiskop” qoymuş, əslində isə təxribatçı və terrorçu zehniyyətə malik şəxslər isə məhz xarici dövlətlərin direktivləri əsasında yönləndirilir. Bu şəxslərin din pərdəsi altında daim terror qruplaşmaları ilə işbirliyində olması, hətta erməni diasporunun gizli “qara kassası” rolunu üstlənməsi ilə bağlı məsələlər deyilənləri təsdiqləyir.
Terrora söykənən kilsə ideologiyası
Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının mitinqləri fonunda bildirib ki, Erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub. Bir ölkənin hökumət başçısının belə bir fikir səsləndirməsi erməni kilsəsi ilə bağlı bütün təfərrüatları açıb ortaya qoyur. Sirr deyil ki, Qalstanyan “hərəkatı” xarici təsirlərin proyeksiyası kimi dəyərləndirilir. Xüsusilə, Azərbaycanla vasitəçisiz görüşlərin keçirilməsi perspektivi dövründə bu kimi etirazların formalaşdırılması prosesə açıq mane olmaq istəyindən doğur. Siyasi analitiklər daha çox Avropa, konkret olaraq Fransa “əlini” bu işin səbəbkarı kimi vurğulayır. O baxımdan ki, revanşist siyasi müxalifət hələlik ikinci plandadır - öndə olan isə Fransanın siyasi xəttinə sadiqlik nümayiş etdirən kilsədir. Bu nöqteyi-nəzərdən etiraz aksiyalarının məhz Fransa tərəfindən “stimullaşdırılması” real görünür.
Təsadüfi deyil ki, erməni kilsəsi son günlərdə xesusilə aktuallıq kəsb edən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstindəki prosesə açıq şəkildə mənfi yanaşdığını diqqətə çatdırır. Hətta bir müddət öncə, Ermənistanın siyasi rəhbərliyi ölkədə konstitusiya dəyişikliyinin zəruriliyi haqda fikirlər səsləndirən zaman Apostol kilsəsi buna da qarşı çıxmışdı. Belə ki, kilsə Azərbaycana qarşı ərazi iddialarının olduğu konstitusiyanın dəyişdirilməsini “şübhəli” hesab etmişdi. Təbii ki, bu fakt da öz - özlüyündə sülh prosesinə “fransız maneə”si faktını yenidən gündəmə gətirir.
Erməni kilsəsinin hələ Birinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı işğalçı müharibəni körükləyən qüvvə olması da şübhəsizdir - öz gerçək vəzifəsini unudub bölgədə savbitliyin pozulması üçün əlindən gələni edən kilsə siyasi məsələləri ələ almaq üçün isə hər kəslə “işbirliyinə” gedir. Bu isə növbəti dəfə erməni kilsəsinin xarici əmrləri yerinə yetirməsi faktını təsdiqləyir.
Erməni kilsəsinin fransız “zəngi”...
Tarixə nəzər yetirdikdə erməni kilsəsinin xarici təsirlər altında hərəkət etməsi daha aydın görünür - 1955-ci ildən 1994-cü ilə qədər bütün ermənilərin patriarxı olmuş I Vazgen hələ 1950-1960-cı illərdə dünyanın bütün erməni koloniyalarını gəzirdi və onun səyləri sayəsində xarici ölkələr Ermənistanla “daha yaxından tanış” olurdu. O hətta ayrı-ayrı ölkələrdə Erməni Apostol Kilsəsinin xarici yeparxiyalarının əsas hissəsini yarada bilmişdi. Bu isə sonradan Ermənistanın Azərbaycana qarşı haqsız iddialarının, işğalçı siyasətinin və zorakılığının dəstəklənməsində, dünyaya fərqli yalanlarla təqdim olunmasında, maddi dəstəyin verilməsində, silah-sursatla təminində böyük rol oynamışdı. Sonrakı dövrdə isə, yəni 1995-1999-cu illərdə erməni kilsəsinin başında dayanan I Qaregin də öz sələfindən geri qalmayıb - onun Fransada formalaşan erməni lobbisinin maddi dəstəyinin Ermənistana yönəldilməsində böyük rolu olub. Hətta I Qaregin bir neçə dövlətlə danışıqlar aparıb, Ermənistanın silahlandırılmasını belə təmin etmişdi. Onun da Azərbaycanla sülhün əldə edilməsinə baxışı birmənalı olub - hətta Ermənistanın bəzi mənbələri indi də vaxtilə Ermənistan parlamentində olan qətliamın (Karen Dəmirçiyanın ölümü ilə nəticələnən) sifarişçisi qismində məhz I Qareginin adını çəkir. Düzdür, I Qaregin bu qətliamdan 3 ay qabaq ölmüşdü, bununla belə Qarabağdakı erməni separatçılarının Ermənistanda hakimiyyəti zəbt etməsi üçün onun yüksək səviyyədə işlər gördüyü bildirilir. O ki qaldı, hazırki patriarxı - II Qaregin də öz sələflərindən geri qalmır. O da daim revanşist çıxışlar edir, hətta ölkəsində siyasi “dəyişiklikərin” zərurətini xüsusilə qabardır. Bu isə onun da “fransız təsirindən” çıxa bilməməsinin təsdiqidir...
SADİQ
Xəbər lenti
Hamısına baxElanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06

