Cənubi Qafqazın lider dövlətinə təbriklər...
30.05.2024 [10:30]
Müstəqillik illərində Azərbaycan böyük inkişaf yolu keçərək hazırki inkişaf mərhələsinə çatıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu amil beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirdi. 28 May - Müstəqillik Günü münasibətilə müxtəlif ölkələrin rəhbərlərinin, rəsmi şəxslərinin Azərbaycan Prezidentinə və xalqına ünvanladığı təbriklərdə də bu amil xüsusi vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan: Bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm
Xüsusilə, dost və qardaş Türkiyənin dövlət rəsmiləri bayram günü xalqımızı təbrik ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan 28 May - Müstəqillik Günü münasibətilə xalqıza təbrik edərək “X” hesabında belə bir paylaşım edib: “Bir millət, iki dövlət” ruhunu bölüşdüyümüz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da “Can Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edir, sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm. Bu vəsiləylə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı rəhmətlə yad edirəm. Birliyimiz, diriliyimiz əbədi olsun”, - deyə X paylaşımında bildirilib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun təbrik mesajında isə qeyd olunub ki, Azərbaycanın haqlı qürurunu və coşqusunu ürəkdən paylaşdığımız bu mənalı gündə vətən uğrunda şəhid olan bütün qəhrəmanları bir daha rəhmət və ehtiramla yad edirəm. Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq. Türkiyə parlamenti sədrinin rəsmi “X” hesabında edilən paylaşımda deyilir: “Hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və cansağlığı arzulayıram”.
Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq
“Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi hisslərimlə təbrik edirəm”. Bu sözlər isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəsmi “X” hesabında paylaşılan təbrik mesajında yer alıb. “Şanlı Azərbaycan Bayrağının Vətənin hər qarış torpağında azad dalğalandığı bu mübarək gündə müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmət və ehtiramla yad edirəm. Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq”, - deyə Türkiyənin XİN başçısının təbrikində vurğulanıb.
Bu gün tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir.
Məlumdur ki, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Ötən il 19-20 sentyabrda ordumuzun Qarabağ ərazisində keçirdiyi lokal antiterror tədbirləri zamanı da Türkiyə birmənalı olaraq dövlətimizə dəstək verdi.
28 May- Müstəqillik Günü münasibətilə edilən təbriklər də təsdiqləyir ki, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.
Blinken: ABŞ-ın Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm
Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edənlər arasında ABŞ-ın Dövlət katibi Antoni Blinken də var. “Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqının Müstəqillik Gününü təbrik edirəm”,-deyən Blinken təbrik bəyanatında bildirib ki, ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir. “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır və biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”, - deyə açıqlamada qeyd olunub.
Bu gün ABŞ Cənubi Qafqaz regionunda sülhün təmin olunması üçün də təşəbbüslərlə çıxış edir. Rəsmi Vaşinqton iki ölkə arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlarda XİN başçılarının görüşünə bir neçə dəfə ev sahibliyi edib. A.Blinken Azərbaycan xalqına təbrik bəyanatında bu məqama da toxunub: “Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”.
Göründüyü kimi, ABŞ Azərbaycanın Cənubi Qafqazda lider rolunu qəbul edir. A.Blinkenin təbrik mesajında bu fakt özünü ifadə edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

