/ / Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva RAGT-nin Həştərxan vilayətindəki regional bölməsinin üzvləri ilə görüşüb
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva RAGT-nin Həştərxan vilayətindəki regional bölməsinin üzvləri ilə görüşüb
13.09.2012 [16:04]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 12-də Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri ilə görüşüb.
Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş məktəbin binası ilə tanış olub. Yenidənqurma işləri zamanı iki yeni korpus tikilib, yeni mebel gətirilib, sinif otaqları ən müasir avadanlıqla təchiz edilib.
Leyla Əliyeva sinif otaqlarını gözdən keçirərək, şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hazırda məktəbdə 650 şagird təhsil alır. Bu şagirdlərin 32-si azərbaycanlıdır. Məktəbdə 20 sinif otağı var. Burada 42 müəllim işləyir.
Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirib ki, RAGT- nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. O vurğulayıb ki, RAGT Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirib. Leyla xanım Əliyeva deyib: “RAGT, demək olar, beş ildir mövcuddur. Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirməkdir. Bu gün RAGT-nin 60-dan çox regional bölməsi vardır”.
RAGT-nin regional bölmələrinin Azərbaycanın milli bayramlarını qeyd etdiklərini, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini təbliğ etdiklərini, respublikamızın həqiqətlərini yaydıqlarını bildirən Leyla xanım Əliyeva vurğulayıb: “Biz inanırıq ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaqdır, bütün qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar”.
RAGT-nin sədri qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda “IDEA” adlı beynəlxalq kampaniya başlanıb. Ötən dövrdə bu kampaniya çərçivəsində çoxlu maraqlı layihə həyata keçirilib, təxminən 60 min ağac əkilib, konfranslar, seminarlar keçirilib. Çıxışının sonunda Leyla Əliyeva deyib: “Mən sizi bu hərəkata fəal qoşulmağa və öz təkliflərinizi bölüşməyə dəvət edirəm”.
Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri adından Leyla xanım Əliyevaya minnətdarlığını bildirərək deyib ki, RAGT-nin Həştərxan vilayətindəki bölməsi öz sıralarında regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov vurğulayıb ki, Həştərxan Vilayət Administrasiyası 2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə verib.
Sonra Leyla xanım Əliyeva tədbir iştirakçılarının və RAGT-nin üzvlərinin suallarını cavablandırıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

