“Nə Gülər Əhmədova, nə də Elşad Abdullayev istəklərinə çatmadılar”
10.10.2012 [23:39]
M.Qurbanlı bildirib ki, Gülər Əhmədovanın əməllərinə YAP öz qiymətini artıq verib: “Partiyanın Sədr müavini, İcra katibi Əli Əhmədovun açıqlamasında da bu məsələ birmənalı şəkildə vurğulanıb. Gülər Əhmədova partiyanın adına layiq olmayan hərəkətlər etdiyini anladığına görə, öz səhvini başa düşərək istefa verib. Bu gün həmin hadisə Prokurorluq tərəfindən araşdırılır və istintaq materialları toplanılır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı da materiallar toplanılır. Yəni, bu iki şəxsin biri digərini aldatmaqla vəsait əldə etmək digəri isə vəsait hesabına hansısa bir məqama çatmaq istəyini ortaya qoyub. Lakin heç birinin istəyi baş tutmayıb. Birincinin aldığı vəsait nəticəsində cəzasının vaxtı çatıb. İkinci isə verdiyi vəsait nəticəsində istədiyi məqama nail ola bilməyib. Hər iki şəxsin fəaliyyəti prokurorluqda istintaqdadır”.
Millət vəkilinin sözlərinə görə, Gülər Əhmədovanın əməli, partiyanın nizamnaməsinə uyğun olmayan hərəkətləri onun üzvü olduğu YAP Yasamal rayon təşkilatında müzakirə olunaraq müvafiq qərar qəbul edilə bilər: “Bizim partiya açıq demokratik partiyadır. Onun öz nizamnaməsi var. Qanunlar bu nizamnamə əsasında formalaşır. Mövzunu xüsusiləşdirməyə ehtiyac yoxdur. Çünki, hər il partiyanın sıralarına 25 min üzv daxil olur. Əgər onlardan hər hansı biri partiyanın nizamnaməsinə uyğun olmayan hərəkətlərə yol versə, sadəcə olaraq partiya sıralarından çıxarılmaqla cəzalandırıla bilər. Kimlərsə istəyir ki, bu mövzu daima gündəmdə qalsın. Təbii ki, Gülər Əhmədovanın özü də müəyyən mənada mövzunun gündəmdə qalmasında maraqlıdır. Məsələnin gündəmdə qalmasını qəsdən və yaxud təsadüfən istəyənlər var. Radikal müxalifət bu məsələni gündəmdə saxlamaqla ictimai rəydə hakimiyyət əleyhinə qara piar kampaniyası aparmaq istəyir. Lakin onlar bunu bacarmayacaq”.
YAP İcra katibinin müavini deyib ki, bu gün müxalifət mətbuatı hansısa bir formada sensasiya yaratmaq məqsədi ilə hər şeydən istifadə edir: “Sosial şəbəkələrdə müxtəlif mövzularda müxtəlif fikirlər səsləndirilir. Onlar Gülər Əhmədovanın “Facebook”dakı səhifəsində yazdığı yazının hər birini digər səhifələrdə paylaşmaqla bulvar mətbuatından uzağa gedə bilmirlər. Biz hər bir məsələyə hüquq çərçivəsində qiymət verməyi bacarmalıyıq. Biz hüquq mühafizə orqanlarına imkan verməliyik ki, məsələni tamamilə araşdıra bilsinlər. G.Əhmədova ilə bağlı məsələnin xarici dillərə tərcümə edilərək yayılması göstərir ki, məsələnin düzgün təhlilinə çalışılmır. Burada məqsəd şou düzəldib kiməsə qarşı yönəltməkdir. Buna görə də partiyanın mövqeyi belədir ki, biz öz sözümüzü demişik, öz fikrimizi bildirmişik. Qalan məsələlərlə bağlı hüquq mühafizə orqanları öz mövqelərini bildirəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

