TF1-in aranı qatan “ara”sı
31.07.2024 [10:10]
Fransanın 33-cü Yay Olimpiya Oyunlarına ev sahibliyi etdiyi bir ərəfədə Yelisey Sarayı və bu dövlətin bəzi qurumları, həmçinin ayrı-ayrı KİV-i ölkələr arasında ayrı-seçkiçilik salmaqla, bölücülüyə hesablanan qərəzli təxribat əməlləri törətməklə məşğuldurlar ki, bu da bütövlükdə Olimpiadanın ruhuna ziddir. Makron iqtidarının Olimpiada günlərində Paris küçələrində irqçilikdən qaynaqlanan davranışlar sərgilədiyinə dair çoxsaylı məlumatlar yayılıb.
Təəssüf doğuran haldır ki, Yelisey Sarayının ölkələr arasında ayırıcı xətlər çəkmək siyasətinin hədəfində Azərbaycan da yer alır. Fransada hakimiyyətin ruporu sayılan “France 2” kanalında Olimpiadanın açılış mərasimindən yayımlanan reportajda respublikamıza qarşı qərəzli təxribata yol verildiyi barədə yazmışıq. Bunun ardınca cüdo üzrə Olimpiya çempionu titulunu qazanan Azərbaycan idmançısı Hidayət Heydərova rinqdə bayrağımızla dövr etməsinə imkan verilmədi. Bu bədnam Azərbaycanafobiya xoruna Fransada daha bir media qurumu - TF1 telekanalı da qoşulub.
TF1-də Azərbaycanı və BTQ-ni hədəf alan qərəzli reportaj
Bu günlərdə Fransanın TF1 kanalında yayımlanan reportaj “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı ilə efirə verilib. Reportajın Paris - 24 ərəfəsində təqdim olunması o qənaəti möhkəmləndirir ki, Yelisey Sarayı beynəlxalq tədbir üzərindən ölkəmizə qarşı gözdənsalma kampaniyasını işə salıb. “France 2” ilə paralel şəkildə, TF1-in də qərəzli təbliğata başlaması onu deməyə əsas verir ki, bəhs etdiyimiz kampaniya eyni mərkəzdən idarə olunur. Məqsəd də böyük auditoriyaya Azərbaycanı əyri güzgüdən təqdim etməkdir.
Digər tərəfdən, bəhs olunan reportaj Yelisey sarayının ciddi narahatlıqlar yaşadığından xəbər verir. Qeyd edək ki, Azərbaycana yönəlik oxşar məzmunlu ittihamları bundan əvvəl Makron hökumətinin ayrı-ayrı nazirləri dilə gətirmişdilər. İndi isə eyni tezislər mediaya ötürülüb və hər şeydən göründüyü kimi, TF1 də ona ünvanlanan siyasi sifarişi məmnuniyyətlə qəbul edib ki, bu da səbəbsiz deyil. Biz kiçik araşdırma apardıq. Məlum olur ki, TF1 Qrupunun rəhbər heyətində Ara Aprikiyan soyadlı şəxs də yer alır. Əlavə şərhə ehtiyac yoxdur. Buradan TF1-in Fransadakı güclü erməni lobbisinin yedəyində getdiyi gün kimi aydın olur. Telekanalın Azərbaycana qarşı qərəzli davranışlar nümayiş etdirməsinin kökündə məhz kanalın erməniəsilli şəxslər tərəfindən idarə olunması faktı dayanır. TF1 efir siyasətində Azərbaycanı və ölkəmizin təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunu (BTQ) hədəf seçsə də, əslində sözügedən videoreportaj xarici müdaxilə bəhanəsi ilə Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki beynəlxalq hüququn və fundamental insan hüquqlarının kobud pozuntularını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Nə Azərbaycanın, nə də BTQ-nin hansısa bir ölkənin siyasətinə qarışmaq, müdaxilələr etmək kimi bir niyyəti yoxdur. Ölkəmizi, BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən müstəmləkə ərazilərinin bu ölkəyə nə aidiyyəti var? Yeganə bağlılıq sümürmə, talançılıq, istismar ola bilər ki, bu da ikrah doğurur və müasir dünyada heç bir vəchlə qəbul edilə bilməz. Onu da qeyd edək ki, jurnalistika etikasını kobud şəkildə pozmağa vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə əlaqə saxlamayıb və qurumun mövqeyini sorğu etməyib. TF1 qarşı tərəfə tribuna vermədən ittiham ruhlu reportajı efirə buraxmasının məntiqi nədir? Budurmu TF1-in peşəkarlığı və yaxud ədalətli yanaşması?
BTQ-nin əsas missiyası-kolonializm siyasətinin ifşası
Beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü ildə Azərbaycanda keçirilmiş nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən yaradılıb və təşkilatın İdarə Heyətində məhz Fransa müstəmləkəsindən azad olmağa çalışan xalqların seçdiyi rəsmi şəxslər yer alır.
“Əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarət olan BTQ-nin bu ay birilliyi qeyd edilir. Bir il keçməsinə rəğmən, BTQ tərəfindən BMT-nin qərargahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqında məlumatlar təqdim olunub, müvafiq petisiyalara start verilib”. Bu fikirlər Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fransanın TF1 kanalında efirə getmiş “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı reportaja dair şərhində yer alıb.
Bu xüsusda, cari ilin mayında Yeni Kaledoniyada baş vermiş iğtişaşlarda BTQ-nin rolunun vurğulanmasının əvəzinə, Fransa hökumətinin yerli kanak xalqının 2021-ci il referendumunun nəticələrinin ləğvi və səsvermə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsədli şəkildə çoxaldılmasının dayandırılması ilə bağlı yerli xalqın tələblərinə məhəl qoyulmamasına diqqətin cəlb edilməsi yaxşı olardı. Məsələ burasındadır ki, XX əsrin əvvəllərindən başlayaraq Fransa adada siyasi mövcudluğunu möhkəmlətməklə yanaşı, burada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Yelisey sarayını nə qane etmir?
Yerli əhalinin fəallığı isə Yelisey sarayını qane etmir. Paris ada ölkəsinin sərvətlərini sakit şəkildə talamaq üçün planlar qurur. Yeni Kaledoniyada əhalinin milli-etnik tərkibini dəyişmək də bu planların tərkib hissəsidir. May ayında kanakları ayağa qaldıran yeni konstitusiya “islahatları” da məhz bu mürtəce, xəbs niyyətə hədəflənib. İndiyədək Fransanın mərkəzi hakimiyyəti bura çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. İnddi isə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəkdilər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar. Ciddi müqavimətə üzləşən Yelisey sarayı müvəqqəti də olsa geri çəkilmək məcburiyyətində qaldı. TF1 nə üçün öz auditoriyasına reallığı çatdırmır, əksinə olmayan xarici müdaxilədən bəhs edir? Bəli, azadlıq istəyən kanak xalqı Azərbaycanın ədalətli mövqeyinə inanaraq ölkəmizə böyük ümidlə yanaşır. Fransanın mərkəzi hakimiyyəti məlum olaylar baş verəndə və adaya ordu qüvvələri göndərəndə Yeni Kaledoniya ətrafında bir informasia blokadası qurmağa çalışırdı. Nail olmadı. Çünki Azərbaycan, Bakı Təşəbbüs Qrupu informasiya blokadasını yarmaqla Fransanın mürtəce “islahatlar”ının gerçək mahiyyətini, həmçinin hərbiçilərin burada törətdikləri özbaşınalıqları dünya ictimaiyyətinə çatdırdı. Yalnız bundan sonra Makron hökuməti “islahatlar”dan dönmək qərarına gəldi. TF1 nə üçün auditoriyasını aldadaraq Azərbaycanın ədalətli yanaşmasını “xarici müdaxilə” anlamında təqdim edir? Budurmu Fransanın dünyaya aşılamaq istədiyi dəyərlər və demokratiya? Azərbaycan buna “yox” deyib və bundan sonra da özünün mövqeyində qalacaq. Əgər Yelisey
Sarayı, onun yedəyində gedən “France 2”lər, TF1-lər həqiqətlə, reallıqla barışmaq istəmirlərsə, bu, artıq onların öz işidir. Qoy aranı qarışdıran aralar öz vicdanları qarşısında cavab versinlər. Əgər onlarda vicdan deyilən bir şey varsa. “Bizim mübarizəmiz konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşıdır. Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlərin mümkünlüyünə inanırıq”, - deyə Abbas Abbasov vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44

