COP 29 yaxınlaşdıqca...
10.09.2024 [08:39]
Qərb qarayaxma kampaniyasını daha da gücləndirir
Yaşadığımız bölgədə yeni siyasi reallıqlar formalaşdıran Azərbaycan regionun həyatında yeni səhifə açıb. Son 100 illlik tarixdə bəlkə də ilk dəfədir ki, Cənubi Qafqaz müstəqil siyasi subyekt olaraq qlobal münasibətlər sitemində öz yerini tuta, bu proseslərə əsaslı təsir göstərə və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində real aktor kimi iştirak edə bilər. Bunun əsas meyarı isə birmənalı olaraq II Qarabağ müharibəsi, antiterror tədbirəli və onların nəticələridir. Azərbaycan bölgədə separatizmin və işğalın sonunu gətirməklə fərqli maraqların bu kimi destruktiv amillərdən istifadə edərək regiona nüfuzetmə mexanizmlərini darmadağın etdi. Artıq Cənubi Qafqaz siyasi maraqların oyun meydanı və ya iqtisadi mənafelərin qarşıdurma poliqonu deyil, yeni ticari münasibətlərin nüvəsi kimi çıxış edir.
Azərbaycanın daxili işlərinə müdaxilələr uğursuzdur
Beləliklə, yeni beynəlxalq münasibətlər sisteminə fərqli bir şəkildə yenidən daxil olan Cənubi Qafqaz bir sıra qlobal güclərin buraya fokuslanmış və təzyiqə əsaslanan müdaxilələrini fərqli statusla qarşılayır. Bu isə həmin güclər və ya dövlətlər tərəfindən həzm edilmir - xüsusilə, işğalçı Ermənistanın yaratdığı imkanlardan yararlanaraq özünü bölgədə hakim sayan Fransa və onun kimiləri artıq “oyundankənar vəziyyətdə” olduqlarını anlayırlar. Bunun üçün də həmin dairələr aqressiyalarını atırır, bütün spektrlər üzrə “hücumlarını” daha da intensivləşdirirlər.
Vurğulandığı kimi, bu sırada Avropa İttifaqının adı ilk növbədə çəkilir. Ölkəmizə qarşı apardığı kampaniyaları uğursuzluqlarla müşayiət edən Aİ yenidən bir sıra “addımları” ilə “yadda qalmağa” çalışır. Amma bütün bunlar boşunadır və Azərbaycan tərəfindən layiqincə qarşılığını alır.
Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırmışdı. XİN rəsmisi “X” sosial şəbəkəsində yazmışdı ki, Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq.
Ai niyə özünə “diqqət yetirmir”?
Beləliklə, ortaya maraqlı bir mənzərə çıxır - Avropa İttifaqının mənfi çalarlara əsaslanan uğursuz müdaxilə cəhdləri özünün daxili problemlərinin qabarıq şəkildə hiss edilməsi ilə assosasiya olunur:
- Qurumun Macarıstana münasibətdə qeyri-demokratik mövqe tutması və bu ölkədə keçirilən seçkilərə müdaxilə cəhdlərinin uğursuzluqla müşayiət edilməsi;
- Eyni zamanda, Serbiaya münasibətdə yenə də ikili standartlara “müraciət olunması”;
- Daxilində günü-gündən genişlənən islamafobiya ilə mübarizəyə göz yumması;
- Radikal millətçilərin siyasi imtiyazlar qazanması;
- Aİ daxilində korrupsiya və rüşvətin miqyasının artması;
- Nəhayət, özlərinin müəyyənləşdirdiklərini iddia etdikləri “demokratik standartların” elə Aİ tərəfindən tapdanması.
Bu amillər bütövlükdə, Aİ-nin son proseslərdəki tablosunun qısa eskizi də adlana bilər - İşğalçıya haqq qazandırılması, onun silahlandırılması və bu kimi amilləri görməzdən gələn Aİ açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyur.
Aİ verdiyi əsassız bəyanatlarla özünü aldadır
Qurum bütövlükdə Cənubi Qafqazdakı fundamental dəyişikləri həzm edə bilməməklə yanaşı, regionda inkişaf edən demokratik proseslərə müdaxilə imkanlarını da itirib. Konkret olaraq illərdir ki, istifadə etdiyi “demokratiya və insan haqqları”, “söz azadlığı” və bu kimi “şüarları” işə yaramır. Onun əlaltılığını həyata keçirən bütün dairələr özünü “ifşa etdi” və indiki halda Aİ verdiyi qeyri-demokratik və əsası olmayan bəyanatlarla yalnız özünü aldadır.
Fransanın neoimperialist davranışlarına, Ermənistanı aktiv şəkildə silahlandırmasına, hətta separatizmə açıq dəstəyinə belə reaksiya verməyən Aİ öz kimliyini həm Azərbaycan, həm də dünya ictimaiyyətinə növbəti dəfə göstərir. Əsassız iddialarla Azərbaycanı “ittiham etməyə” çalışan Aİ anlayır ki, artıq onlara inanan yoxdur və bu “hücumların” əsl səbəbi hər kəsə bəllidir...
COP29 öncəsi hücumlar...
Aİ-dəki ermənipərəst dairələr anlayırlar ki, Azərbaycan son illərdə özünün dünyaya yeni, fərqli bir obrazda təqdimatını edir - qalib, beynəlxalq proseslərdə təşəbbüskar, qlobal təhdidlərə qarşı mübarizədə lider, yeni iqtisadi-ticari münasibətlərin formalaşmasında açar ölkə kimi tanınan Azərbaycan iki aydan sonra dünyanın ən mühüm tədbirlərindən birinə ev sahibliyi edəcək. Nəzərə alsaq ki, bu tədbir özünün beynəlxalq səviyyəsinə görə tamam fərqli bir status daşıyır, beləliklə, Azərbaycanın əldə etdiyi nüfuz və imic açıq şəkildə ortaya çıxır. Ölkəmiz qlobal ekoloji mühitin müzakirə platforması kimi çıxış edəcək. COP29 həm də siyasi diqqəti Azərbaycanın üzərinə yönəldəcək - artıq dünya KİV-i Azərbaycan həqiqətlərini, həyata keçirilən uğurlu siyasəti, erməni işğalına son verilməsini, suverenliyin və ərazi bütövlüyünün bərpasına, paralel olaraq bu prosesə mane olmaq istəyən, bunun üçün ciddi cəhdlər göstərən, qeyri-demokratik bəyanatlarla regionda siyasi qarşıdurmalar formalaşdırmağa çalışanların kimliyini daha açıq formada tirajlayacaq. Bu isə dolayısı ilə Aİ və bu kimi, xəbis erməni marağına xidmət edənlərə sərf etmir - həqiqətin çılpaq şəkildə ortaya qoyulması, Aİ-nin onsuz da yerlə -yeksan olmuş imicinin bitməsi demək olacaq. Beləliklə də, COP29 yaxınlaşdıqca bütün məsələlərdən bəhanə kimi istifadə edilir və Qərb Azərbaycana qarşı kampaniyasını daha da gücləndirir. Amma hər zaman olduğu kimi, bu dəfə də haqq və ədalət qələbə qazanacaq - Azərbaycanın iradəsinə nə Aİ, nə də biri başqa ermənipərəst qurum təsir göstərə bilməz.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

