Bakının vasitəçiliyi...
10.09.2024 [08:54]
Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq müstəvidə siyasətini uğurla davam etdirir. Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi, apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra...
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi isə ölkəmizin beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib. Çünki bu hadisə ilə Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Beynəlxalq müstəvidə nüfuzunu daha da yüksəldən Azərbaycan regionumuzla yanaşı, bir sıra bölgələrdə də problemlərin həllində, Avropanın enerji təhlükəsizliyində də rolu artmaqdadır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropanın Azərbaycana ehtiyacı artıb və ölkəmiz etibarlı tərəfdaş kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib addımlar atmaqdadır. Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi bu gün iki ölkənin qarşıdurması səviyyəsindən çıxaraq daha geniş müstəviyə keçməkdədir. Ona görə də, dünyanın sülhpərvər cəmiyyətləri bu münaqişənin sonlandırmaq üçün yollar axtarırlar. Tərəflər arasında sülhün əldə edilməsi üçün Azərbaycanın da vasitəçi rolunda əhəmiyyətli töhfələr verə biləcəyi vurğulanır.
Çernobbio Forumunun gündəmində...
Belə bir məsələ sentyabrın 6-da İtaliyada Azərbaycan Prezidenti İlham Əliyevin əsas qonaq kimi iştirak etdiyi “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda bir daha gündəmə gəlib. Forumun “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyasında çıxış edən dövlətimizin başçısına moderator “Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində müzakirələrdə ölkənizi necə görürsünüz? Hər hansı rolunuz və ya təklifləriniz ola bilərmi? Çünki hazırda bir sıra təkliflər və platformalar mövcuddur” sualı ünvanlayıb. Prezident İlham Əliyev isə bildirib ki, nəzəri cəhətdən bu mümkündür: “Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq”. Dövlət başçısının dediyi kimi, ölkəmiz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır.
Bakı və Ankaranın vasitəçiliyi münaqişəyə son qoya bilərmi?
Xatırladaq ki, hələ 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən gərginliyin aradan qaldırılmasında ölkəmiz fəal vasitəçi rolunu oynamışdı. Bundan əlavə, ölkəmiz fərqli siyasi-hərbi qütblər arasında dialoqun baş tutması üçün ən uyğun məkanlardan biri kimi özünü təsdiqləyib. Məsələn, Azərbaycanın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir. Ölkəmiz 2017-2020-ci illərdə NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün də tərəflər arasında ən uğurlu vasitəçilərdən biri ola bilər. Məlumdur ki, qardaş Türkiyə Rusiya və Ukrayna arasında sülhün təmin olunması üçün bir sıra mühüm təşəbbüslər göstərib. Rəsmi Ankaranın vasitəçiliyi nəticəsində tərəflər bir sıra məsələlərdə razılıq da əldə ediblər. Dünyanın bəzi ölkələri də vasitəçilik təklif etsələr də, bu münaqişədə öz maraqlarını güdürlər.
Amma Bakı ilə Ankara hər zaman xoş niyyətlərini ifadə edərək dünyada sülhün və sabitliyin təmin olmasına çalışır. Bu baxımdan, qardaş ölkələr Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasının tərəfdarıdır.
İlyas Hüseynov: Bu çətin missiyanın öhdəsindən gələ bilər
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan regionda və dünyada sülhün təmin olunmasında maraqlıdır. Eyni zamanda, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi çalışır ki, dünyada beynəlxalq hüququn fundamental norma və prinsiplərinə riayət olunsun. Ölkəmizin qlobal təşəbbüsləri də sülh və təhlükəsizlik yönündədir, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır. Onun sözlərinə görə, bu xüsusda Prezident İlham Əliyevin Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması, münasibətlərin tənzimlənməsi istiqamətində fikirləri də beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir: “Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmur, mehriban qonşuluq siaysətini dəstəkləyir və ölkələrimiz arasında imzalanmış müttəfiqlik müqaviləsi münasibətlərin əsas göstəricisidir. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü də dəstəkləyir, bütün dövlətlərə münasibətdə ərazi bütövlüyünün toxunulmazlığını əsas prinsip olduğunu dəfələrlə bəyan edib”.
Məhz bu yanaşmaya və əvvəlki təcrübəyə əsasən politoloq hesab edir ki, Bakı Moskva və Kiyev arasında dialoq üçün vasitəçi ola bilər. Təəssüf ki, bugünə qədər olan vasitəçilik səyləri nəticə verməyib. “Qardaş Türkiyənin Antaliya Diplomatiya Forumunda, İstanbul prosesi çərçivəsində irəli sürdüyü təşəbbüslər sonradan müharibə meydanında “məhv” edilib. Eləcə də “Taxıl dəhlizi”, əsir və girovların mübadiləsi məsələsi də çox uğurlu vasitəçilik nümunəsi olsa da, hazırda yeni vasitəçiliyə ehtiyac var. Göründüyü kimi, Ankara və Bakı hər zaman sülh naminə fəal çalışır. İki qardaş ölkənin təşəbbüsləri bu müharibənin başa çatmasında öz rolunu oynaya bilər. Düşünürəm ki, rəsmi Bakı bu çətin missiyanın öhdəsindən gələ bilər. Azərbaycanın irəli sürdüyü dialoq platformasına Rusiya ilə Ukrayna ciddi nəzər yetirməlidir. Və bu vasitəçilik səyləri öz nəticəsini verə bilər”, -deyə İ.Hüseynov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00

