Müxalifətin “avtoritar” üzü...
13.09.2024 [12:43]
Kreslosunu təhvil verməkdən qorxanların “çat” verən dözümsüzlüyü
Müxalifət özünün uğursuzluğunu, zəifliyini ört-basdır etmək müxtəlif yollara əl atır. Xalq, seçici qarşısında “siyasi imtahan” sayılan seçki prosesində ağır məğlubiyyətlə üzləşən bu kimi siyasi partiyalar fərqli addımlarla özlərinə bəraət qazandırmağa, məğlubiyyətin əsl səbəblərini pərdə arxasına keçirməyə çalışırlar. Bunun üçün isə ən real addım siyasi prosesə qara yaxmaq, kölgə salmağa çalışmaqdır.
Məğlubiyyətin etirafı...
Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bütün şərait formalaşıb. Yeni siyasi münasibətlər kontestində yeni siyasi konfiqurasiyanın inkişaf etdirilməsi mövcud reallığın yaranmasına yol açıb. Qəbul olunan yeni siyasi partiyalar haqqında qanunvericilik siyasi partiyaların müasir standartlar çərçivəsində inkişafını təmin etməklə yanaşı, həm də proseslərdə fəal iştirakı üçün formalaşmış mühüm zəmini daha da şaxələndirir, genişləndirir. Təbii ki, Azərbaycanda mövcud qanunvericilik azad və demokratik fəaliyyət üçün hər zaman əsaslı rol oynayıb, indiki halda isə bu rol daha da artırılıb.
Siyasi palitrada heç bir yeni konsepsiya, yeni fikirlə yadda qalmayanların “imtahandan kəsilməsi” isə təbii haldır - hətta bəzi rediküllər qorxudan özlərini siyasi prosesdən kənarda saxlayırlar. Düşünürlər ki, bu yolla özlərinin siyasi varlıqlarını qoruya biləcək. Onlar hətta istefa mədəniyyətindən də bixəbərdirlər, siyasi palitradan çəkilmə, məğlubiyyətin ardından öz kreslosunu təhvil vermək kimi hissdən də uzaqdırlar. Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədovun sədrlikdən istefası kimi... Düzdür, istefasını məğlubiyyəti ilə əsaslandırmaqla İ.Məmmədov özünün və partiyasının cəmiyyətdə dəstək qazana bilməməsini pərdələməyə çalışır. Bununla belə bu istefa ilə həmin şəxs partiyasının siyasi misssiyasına rəhbərlik edə bilmədiyini etiraf edir - geri çəkilir, əvəz olunması üçün şərait yaradır.
Amma başda Əli Kərimli olmaqla illərdir rəhbərlik etdiyi partiyanı şəxsi mülkiyyəti sayan rediküllər kreslodan qalxmağa belə qorxurlar. Onlar anlayırlar ki, kreslolarını tərk etdikləri an onların siyasi ömrü də son çatacaq. Çünki xalq belələrini heç bir zaman dəstəkləməyib.
Novella Cəfəroğlu nümunəsi...
Adını “müxalifət” qoymuş siyasi azlığın təmsilçisi olan Müsavat Partiyasının daha bir qeyri-demokratik hərəkəti isə fərqli fikir, fərqli mövqe nümayiş etdirən üzvlərinə qarşı reppressiv davranışı, yanaşmasıdır. Məsələn, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun ötən günlərdə Müsavat Partiyasının üzvlüyündən istefa verməsi birmənalı qarşılana bilməz. Qeyd edək ki, Novella Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının növbədənkənar parlament seçkiləri günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərərək Novella Cəfəroğlundan izahat tələb ediblər. Hətta bəzi Müsavat rəsmiləri buna görə Novella xanımın məsələsinin partiyada müzakirəyə çıxarıla biləcəyini belə açıqlamışdılar.
Beləliklə, adını demokrat qoymuşların fərqli fikrə qarşı dözümsüzlüyü birinci andaca “çat” verdi - Bu bir daha onu göstərir ki, korporativ maraqların əsirinə çevrilmiş partiyalarda diktatura hökm sürür.
MƏNSUR
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

