Diplomatik korpus nümayəndələri Kəlbəcərə səfər edib
19.09.2024 [09:21]
Sentyabrın 18-də Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin Kəlbəcərə səfəri təşkil olunub. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin icrası ilə tanış olub, bir sıra obyektlərin açılış mərasimlərində iştirak edib. Diplomatik korpusun Kəlbəcərə səfəri də ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilib. Səfərdə nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri Kəlbəcərə səfərləri çərçivəsində əvvəlcə Suqovuşan və Sərsəng su anbarlarında olublar. Sonra onlar Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar. Stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, tikintidə xarici şirkətlərin də iştirak etdiyi bildirilib. Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir.
Daha sonra diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər. Diplomatlara qədim alban məbədi olan Xudavəng monastır kompleksinin tarixi barədə geniş məlumat verilib. O da diqqətə çatdırılıb ki, erməni işğalı dövründə monastır vandallığa məruz qalıb, işğalçılar Xudavəng monastır kompleksinin zənglərini, freskalarını, xaçdaşlarını, xalçalarını və daş kitabələrini sökərək talan ediblər. Ermənilərin işğal dövründə törətdikləri digər vandallıq əməlləri də qonaqların diqqətinə çatdırılıb.
Diplomatik korpus təmsilçiləri “İstisu” mineral su zavodunda da olublar. Qonaqlar müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər. Diplomatlara məlumat verilib ki, “İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehsal etməyə başlayıb. Bildirilib ki, Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində istehsal dayanıb.
Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Zavodun açılışı bu il sentyabrın 2-də baş tutub. Qonaqlara zavodda istehsalı olunan “İstisu” mineral suyu barədə ətraflı məlumat verilib. Diplomatlar zavodu gəzib, istehsal prosesi ilə tanış olub, suyun dadına baxıblar.
Xarici qonaqlar həmçinin, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəbi və digər əraziləri də ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59

