İsveçrədə yaşayan jurnalist Əli Kərimliyə mənəviyyat və dövlətçilik dərsi keçdi
07.10.2024 [12:46]
AXCP sədri məqsədli şəkildə ermənipərəst konqresmenləri dəstəkləyir
ABŞ-ın bəzi ermənipərəst konqresmenlərinin ölkəmizə ünvanladığı "çağırış" haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır. Çünki ənənəvi və qondarma "siyasi məhbus" iddiası ilə "gündəmə gəlmək" istəyən konqresmenlərin alt məqsədi hər kəsə aydındır – onlar bu dəfə "siyasi məhbus" görüntüsü altında aylardır ki, təbliğatını apardıqları erməni separatçılarına "azadlıq" tələb edirlər.
Azərbaycanının milli maraqlarına qarşı çıxan redikül müxalifət isə "ənənəsinə" sadiq qalaraq bu dəfə də ermənipərəst konqresmenləri dəstəklədi. AXCP sədri Əli Kərimli necə ki, aylar öncə "Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəçisi" və "ermənipərəst xorun yeni solisti" Ben Kardinin səsinə "səs" vermişdisə, bu dəfə də eyni mövqeni tutdu – ABŞ konqresmenlərinin "çağırışını" dəstəklədiyini bildirdi. Amma onun erməni siyasətinin təbliğatçılarına verdiyi dəstək cəmiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən detallı şəkildə ifşa edilir.
İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli sosial şəbəkədə bildirib ki, sözügedən 60 nəfər qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma rəhbərlərinin və əlində silah Azərbaycana qarşı döyüşmüş hərbi əsirlərin də azad edilməsini tələb edir. O, Əli Kərimlinin konqresmenlərə dəstək üçün yazılmış bəyanatında son dərəcə önəmli olan bu məsələnin üzərindən MƏQSƏDLİ şəkildə sükutla keçdiyini deyib: "Azərbaycanın 20 faiz torpaqları 30 il ərzində erməni işğalı altında olub. Amerikanın siyasi elitası belə toplum halında Ermənistana heç olmasa 1 dəfə müraciət edərək deyibmi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxmalısız. Belə bir şey nəsə mənim yadıma gəlmir… Əli Kərimli buyurur ki, Amerika konqresmenləri haqlı olaraq Azərbaycanı Ermənistanla sülh müqaviləsi bağlamağa çağırır. Bu da Azərbaycanın milli maraqlarına uyğundur. Ermənistan sülh istəyirmi? İstəyir. Azərbaycan sülh istəyirmi? İstəyir. Bəs sülh müqaviləsi niyə bağlanmır? Çünki Ermənistan Qərbin marağını ehtiva edən öz şərtləri daxilində sülh istəyir. O şərtin daxilində Zəngəzur dəhlizi varmı? Yoxdur".
"Bəs İlham Əliyev nə deyir? Deyir ki, Zəngəzur “olmazsa-olmaz” məsələsidir. Zəngilandan Naxçıvana gedən Azərbaycan vətəndaşı maneəsiz Ermənistan ərazisində hər iki istiqamətə gedib-gələ bilər. Əli Kərimli bunu niyə istəməsin ki? Yəni Azərbaycanın istədiyi sülh sazişində bu məsələ xüsusi çəkiyə malikdir. Mən hələ Ermənistan konstitusiyasında olan Azərbaycan və Türkiyəyə torpaq tələblərindən danışmıram", - deyə bildirən E.Həsənli vurğulayıb ki, konqresmenlərin müraciətinə dəstək verən Əli Kərimli niyə demir ki, məhz Amerika sülh müqaviləsinin imzalanmasına imkan vermir. Çünki Amerika Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir: "Azərbaycanın İran üzərindən Zəngəzur dəhlizinə paralel yol çəkməsini də Amerika süngü ilə qarşılayır. Deməli, Amerika Ermənistanın Azərbaycana Rusiyanın nəzarətində olacaq Zəngəzur dəhlizini vermək istəmir, o biri yandan da İrandan paralel yolun keçməsinə qarşı çıxır. Milli maraqlardan gen-bol danışan Əli Kərimli niyə ABŞ-ın yeritdiyi bu anti-Azərbaycan siyasətinə etiraz etmir..."
İsveçrədə yaşayan jurnalist onu da əlavə edib ki, Əli Kərimli və onun tərəfdarları Azərbaycan xalqının dəstəyi ilə iqtidara gələcəklərinə inanmırlar.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59

