Bakıda “Nargis” jurnalının rəsmi təqdimatı keçirilib
15.01.2013 [02:26]
Yanvarın 13-də Bakıdakı “Four Seasons” otelində “Nargis” jurnalının birinci nömrəsinin çapdan çıxması münasibətilə bu nəşrin rəsmi təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalıların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dəvət edilmiş qonaqlar arasında dünya şöhrətli musiqiçilər, incəsənət və moda təmsilçiləri, o cümlədən müasir fransız nasiri, publisist, ədəbi tənqidçi və redaktor Frederik Beqbeder, dünya şöhrətli fransız dizayneri Jan-Klod Jitrua, rusiyalı məşhur geyim dizayneri İqor Çapurin, hazırda İngiltərədə yaşayan norveçli dizayner Kristian Aadnevik, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Əməkdar rəssamı Natalya Nesterova, tanınmış jurnalist, teleaparıcı və yazıçı Evelina Xromçenko və başqaları vardı.
Qeyd etmək lazımdır ki, yeni nəşrin baş redaktoru bu jurnala öz anası - MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, MDU-nun professoru Nərgiz Paşayevanın şərəfinə onun adını verib. “Nargis” jurnalının birinci nömrəsinin üz qabığında Nərgiz Paşayevanın fotoşəkli yer alıb.
Jurnalın ilk təqdimatı dekabrın 13-də keçirilib - Nərgiz Paşayeva öz doğum gününü məhz həmin tarixdə qeyd edir.
Təntənəli tədbiri jurnalın baş redaktoru Ülviyyə Rəhmanova açıb. O deyib: “Mən nə isə məxsusi, qeyri-adi, eyni zamanda, çox böyük, ONUN özü və xarakteri kimi böyük bir layihə yaratmaq istəmişəm”.
Baş redaktor onun həyatında silinməz izlər qoymuş anasının dəstəyini xüsusi qeyd edib. Ülviyyə Rəhmanova deyib: “Mən anama həm də məni dəstəklədiyinə, mənə inandığına görə təşəkkür etmək istərdim. Bu inam öz növbəsində məni özümə inanmağa məcbur etmişdir. Mənə olan sevgiyə və qayğıya, mənim üçün etdiklərinin hamısına görə ona təşəkkürümü bildirmək istəyirəm. Mən onu həmişə sevəcəyəm”.
Təqdimat mərasiminin proqramı “Nargis” jurnalı haqqında filmin nümayişi ilə başlanıb.
Məşhur fransız nasiri, publisist Frederik Beqbeder Azərbaycana valeh olmasını belə ifadə edib: “Mən ilk dəfədir ki, Azərbaycandayam. Vəcdə gəlmişəm! Bura dünyanın mərkəzidir”.
Rusiyalı dizayner İqor Çakurin Nərgiz Paşayevaya müraciətlə deyib: “Jurnalı anasının şərəfinə adlandırmaq bir qədər sentimentaldır, lakin əminəm ki, qızınız bununla Sizə öz ehtiramını və təşəkkürünü bildirmək istəmişdir”.
Moda və incəsənət aləminin tanınmış nümayəndələri Evelina Xromçenko və Jan-Klod Jitrua da Azərbaycana dəvət edildiklərinə və bu gözəl ölkə ilə tanışlığa görə Ülviyyə Rəhmanovaya təşəkkürlərini bildiriblər.
Mərasimdə təşkil edilmiş konsertdə dünya şöhrətli azərbaycanlı skripkaçı Sabina Rakçeyeva çıxış edib. Marina Sosninanın qum şousu, Azərbaycanın Xalq artisti Rauf Babayevin rəhbərliyi ilə “ÜNS” qrupunun çıxışı, gənc Azərbaycan rəqqaslarının ifa etdiyi rəqs və Dilarə Kazımovanın çıxışı da tədbirin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Baş sponsoru “Azercell” şirkəti olan təqdimat mərasiminin keçirildiyi zalın girişinin qarşısında “Louvre” butiki tərəfindən təqdim edilən dünya şöhrətli zərgərlik brendlərinin eksklüziv modelləri sərgilənib.
“Nargis” jurnalı Azərbaycan mətbuat sənayesində prinsipcə yeni və tamamilə fərqli bir istiqaməti təmsil edir. Jurnal moda və incəsənət dünyasında əsl bələdçi olmaq iddiasındadır.
Rus dilində nəşr edilən bu jurnalda moda ilə bağlı hər cür məlumatı tapmaq olar. Jurnalın səhifələrində moda aləmində müasir meyllər, mövsümi yeniliklər, məşhurların həyatı, afişalar və digər materiallar yer alıb. Jurnalın oxucuları istedadlı heykəltəraş, rəssam, yazıçı, rejissor və musiqi xadimlərinin yaradıcılığına həsr edilmiş məqalələr vasitəsilə mədəniyyət və incəsənət aləmi ilə tanış olacaqlar.
Öz nəfis və müasir dizaynı ilə Azərbaycan mətbuatına bir yenilik gətirmiş “Nargis” jurnalının ilk buraxılışı öz oxucularını sevindirib.
Jurnalın debüt nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın eksklüziv fotosessiyası və professor Nərgiz Paşayeva ilə müsahibə təqdim edilir. Jurnalın səhifələrində məşhur fransız kuturyesi Jan-Klod Jitrua, hazırda Londonda yaşayıb yaradan norveçli dizayner Kristian Aadnevik, Rusiyanın görkəmli teatr rejissoru Roman Viktyuk, dünya şöhrətli rəssam Natalya Nesterova, “Christie’s” hərrac evinin rəhbəri Devid Linli və başqaları ilə müsahibələr də dərc edilib.
Jurnal ingilis dizaynerləri tərəfindən tərtib edilib, lakin “Nargis” təkcə təsvirlər və mətnlər deyil, həm də yeni adlar, dizaynın yeni stilləri və çalarları, yeni məqsədlər və imkanlar deməkdir. Jurnal rübdə bir dəfə 368 səhifə həcmində çap olunacaq.
“Nargis” jurnalının hər buraxılışında maraqlı materiallar, yerli və dünya miqyaslı məşhur şəxslərlə müsahibələr dərc ediləcək. 5 min nüsxə tirajla çap ediləcək bu jurnal Moda (Fashion), Mədəniyyət (Culture), Şəxslər (People), Sağlamlıq və gözəllik (Health and Beauty), Həyat tərzi (Lifestyle) rubrikalarında ən son yeniliklərdən və trendlərdən xəbərdar olmağa imkan verəcək.
Jurnalın yaradıcı kollektivi istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu seqmentdə mövcud olan başqa nəşrlərdən üstün, nadir bir məhsul yaratmağı qarşıya hədəf qoyub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

