“Sülh qovşağı” burulğanında...
16.10.2024 [11:08]
Siyasi rəhbərlik təkzib olunur
Son aylarda Ermənistanın nümayiş etdirdiyi yanaşma sülhdən daha çox prosesin uzadılmasına xidmət göstərir. Qeyri-ardıcıl məntiqlər, qarışıq fikirlər, özünütəkzib kimi faktlar səsləndirən Ermənistanın siyasi rəhbərliyi davranışı ilə belə mənzərə formalaşdırır - onlar hansısa vahid bir mövqeyə əsaslanmırlar. Bu isə prosesin irəliyə doğru getməsindən daha çox geriləməsinə səbəb olur.
Paşinyan gah razı olur, gah da...
Maraqlıdır ki, bu kimi özünütəkzib daha çox baş nazir Nikol Paşinyanın çıxışlarında diqqəti cəlb edir. “Situasiyaya uyğun davranış” və ya “situasiyaya uyğun ritorika” kimi peşəkarlıqla uzlaşmayan fikirlər Paşinyanın onsuz da qeyri-ciddi qəbul olunan “siyasi obrazını” daha da gülüncləşdirir. İki ildən artıqdır davam edən sülh prosesində tez-tez mövqe dəyişən Ermənistan bu yolla regional proseslərə də mənfi təsir göstərir. Məsələn, Zəngəzur dəhlizi kimi aktual bir məsələdə bu ölkənin rəhbərliyinin ardıcıl bir fikri yoxdur. Misal: bir müddətdir Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikdən yayınan Ermənistan bunu “suverenlik” amili ilə əlaqələndirirdi. Moskvada MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Zəngəzur müzakirələrindən sonra Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Sünik (Qərbi Zəngəzur) vilayətindən keçən yola nəzarət funksiyasını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etməyib. O bildirib ki, gəlin bir daha xəritəyə nəzər salaq: “Fikrimcə, Rusiya tərəfi tranzit məsələsində olduqca maraqlıdır. Çünki bu siyasi, həm də iqtisadi baxımdan ciddi əhəmiyyət kəsb edir. Əgər onlar bu ərazidən keçirlərsə, sözsüz ki, onların bu yola nəzarəti mümkündür. Bu nəzarətin hansı səviyyədə olacağını bilmək vacib deyil. Sadəcə, onu anlamalıyıq ki, bu mümkündür”.
İlk baxışdan bu açıqlama onu göstərir ki, Nikol Paşinyan imza atdığı 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək - amma, cəmisi bir müddət sonra ölkənin baş naziri XİN sözcüsü tərəfindən təkzib edildi. Ani Badalyan ölkəsinin siyasi hakimiyyətinin başında duran şəxsin dolayısı ilə qeyri-səmimi olduğunu, sülh məsələsini manipulyasiya etdiyini “təsdiqlədi”.
Baş nazir təkzib edilir...
Bəli, Badalyan Paşinyanın fikirlərini açıq kontekstdə Ermənistan hakimiyyətindəki qərarsızlığı, daha doğrusu, yalanları üzə çıxarır. Vəziyyət o həddə gəlib çatıb ki, ölkənin baş naziri təkzib olunur. Badalyan yerli mətbuata müsahibəsi zamanı deyib ki, Bəyanatda çox aydın yazılıb: “Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya Federasiyası FTX-nin sərhəd xidməti orqanlarına gəlincə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmayıb:
Göründüyü kimi, rəsmi İrəvan Paşinyana rəğmən 10 noyabr Bəyanatının 9-cu bəndi üzrə əldə olunmuş razılaşmanı təkzib etməyə, dolayısı ilə redaktə etməyə çalışır. Halbuki, həmin bənddə açıq şəkildə qeyd edilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.
Nikolun növbəti “manevri” - yeni yalanlar ona “vaxt” qazandırır?
Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan sülh prosesi bütövlükdə, Cənubi Qafqazın yeni iqtisadi-siyasi mərhələsini yaradacaq. Ermənistana isə burada xüsusilə çox “pay” düşəcək. Qərbin çətiri altına sığınaraq sülh prosesini ləngitməyə çalışan Ermənistan anlamılıdır ki, Azərbaycanın formalaşdırdığı yeni reallıqlar daha çox onların işinə yarayacaq. Ölkəmiz Şərq-Qərb tranzitinin formalaşması və rentabelli şəkildə fəaliyyəti üçün mühüm fəaliyyət nümayiş etdirir. Başqa sözlə, bizim fəaliyyətimiz ümumən Cənubi Qafqazın inkişafını hədəfləyir.
Təəssüfləndirici haldır ki, Paşinyan bu məsələdə də manevrə əl atır - daha doğrusu, yalan danışaraq prosesi İrəvanın tormozlamağa çalışdığını gizlətməyə niyyətlənir. Ötən həftəsonu İrəvanda keçirilən “Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransında çıxış edən Paşinyan bildirib ki, guya “Azərbaycan “Dünyanın kəsişməsi” layihəsinin Ermənistana on milyardlarla dollar gəlir gətirə biləcəyindən narahatdır”.
Görəsən, Azərbaycan bundan niyə narahat olmalıdır? Axı, regionda “3+3” kimi əməkdaşlıq platforması, Zəngəzur dəhlizi kimi yeni əsrin yeni layihəsi, hətta Qafqaz evi kimi ortaya çıxan layihələrin təşəbbüskarı Bakı deyİlmi? Paşinyan bu yalan fikirləri ilə prosesi dalana salmağa niyyətlənir.
O, iddia edir ki, bu kontekstdə Azərbaycanın narahatlığı ikitərəflidir -guya bir tərəfdən, Azərbaycan ciddi şəkildə düşünür ki, əgər Ermənistanın strateji perspektivdə ona qarşı təcavüzkar planları varsa, bu vəsaitlər ona qarşı istifadə oluna bilər, digər tərəfdən, Azərbaycanın Ermənistana qarşı təcavüzkar niyyəti varsa, milyardlarla vəsait Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə oluna bilər ki, bu da onun təcavüzkar planlarının həyata keçirilməsində problemlər yaradacaq.
Beləliklə, Paşinyan birmənalı şəkildə yenə də özünü təkzib edir - əgər Azərbaycanın Ermənistana qarşı hansısa bir “planı” olsaydı, nə üçün 2022-ci ildən səbrlə sülh prosesinin inkişafına maraq göstərirdi? Məğlub Ermənistana sülh təklifi irəli sürmək Azərbaycanın humanizmindən xəbər vermirmi?
Sadəcə olaraq, erməni məkri Paşinyanı yenə də “siyasi dolanbaclara” salıb. Amma o da anlayır ki, artıq yol bitir - İrəvanın yeganə yolu Azərbaycanın şərtləri daxilində sülhə gəlməkdir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

