Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır
17.10.2024 [09:00]
Qonşu Gürcüstan cari il oktyabrın 26-da keçiriləcək növbəti parlament seçkilərinə hazırlaşır. Ölkədəki seçkiöncəsi vəziyyəti birmənalı dəyərləndirmək mümkün deyil. Məsələ burasındadır ki, seçkilər yaxınlaşdıqca Qərb blokunun proseslərə təsir göstərmək cəhdləri artır. Eyni zamanda, hakimiyyətdə parçalanma müşahidə edilir. Qərb blokuna açıq rəğbətini gizlətməyən prezident Salome Zurabişvili hakim komandanı Şərq blokunun, konkret desək, Rusiyanın maraqlarına uyğun siyasət aparmaqda günahlandırır. Paralel şəkildə, seçkilərdə “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasına rəqib olacaq ayrı-ayrı siyasi qüvvələrin də Qərbdən gələn tezislərə uyğun davrandıqları ortadadır...
Kollektiv Qərb milli dövlətlərin iradələri ilə hesablaşmaqdan çox uzaqdır
Əslində, Gürcüstanda seçkiöncəsi müşahidə edilən prosesləri Qərbin Cənubi Qafqaz coğrafiyasında mövcudluğunu təmin etmək və geosiyasi üstünlük qazanmaq planlarının tərkib hissəsidir. Qərb bloku bu coğrafiyada özünün məkrli ssenarilərini reallaşdırmaqdan ötrü milli dövlətlərə təzyiq göstərmək, onları şantaj etmək metodlarını işə salıb. Burada Azərbaycan və Gürcüstan hakimiyyətlərinin sırf milli maraqlardan, suverenlik və müstəqillik prinsiplərindən çıxış etdikləri aydın görünür. Hər iki dövlət tərəfindən belə qətiyyətli və birmənalı mövqe həm Şərq, həm də Qərb blokuna münasibətdə sərgilənir. Ölkələrimiz o mövqedən çıxış edirlər ki, münasibətlər paritet əsaslarla və qarşılıqlı maraqlar nəzərə alınmaqla, bir-birinə hörmət göstərməklə qurulmalıdır. ABŞ-dən, Avropa İttifaqından (Aİ) gələn mesajlardan o qənaət hasil olur ki, kollektiv Qərb milli dövlətlərin iradələri ilə hesablaşmaqdan çox uzaqdır.
Bu gün Cənubi Qafqazın digər bir dövləti olan Ermənistan isə zəif bənd qismində çıxış edir. Başqalarına heç nə verməmək, yalnız onlardan nə isə qoparmaq, tez-tez başqa dövlətlərin himayəsi altına keçmək bu ölkə və və erməni toplumu üçün xarakterik bir haldır. Ermənistanın bir vaxtlar Rusiyanın açıq-aşkar forpostu qismində çıxış etdiyi hər kəsə bəllidir. İndi isə fürsətcil Ermənistan Şimal qonşumuzun məlum səbəblərdən çətinliklərlə üzləşdiyi bir vaxtda oriyentasiyasını Qərbə doğru dəyişib. ABŞ, Aİ hazırda Ermənistandan Rusiya və digər qonşu dövlətlər barəsində kəşfiyyat məlumatları toplamaq, həmçinin gələcəkdə daha geniş planlarını reallaşdırmaq üçün platforma kimi istifadə etmək niyyətindədir. Avropa İttifaqının Ermənistanda məskunlaşan mülki adlandırılsa da, əslində tərkibi güc strukturlarının təmsilçilərindən ibarət olan missiyası hazırda məhz belə çirkin fəaliyyətlə məşğuldur. Son vaxtlarda bu missiyanın NATO-nun kiçik bir qolu kimi regiona gəldiyi barədə fikirlər də tez-tez səsləndirilir və burada heç bir şişirtməyə yol verilmir. Artıq Kanada təmsilçilərinin də həmin missiyaya qoşulması bu fikri daha da möhkəmləndirir.
Cənubi Qafqazın milli dövlətlərinin fərqli mövqelərdən çıxış etmələri müqabilində Qərb onların hər birinə adekvat münasibət sərgiləyir. Yəni Ermənistan “xidmətlərinin” müqabilində böyük həcmlərdə qrantlarla, hərbi və siyasi dəstəklə mükafatlandırılır, Azərbaycan və Gürcüstan isə açıq təzyiqlərə məruz qalır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı qərəzli sənədlər qəbul edib. Ölkəmiz saxta ittihamlara tuş gəlib. Bizdən hazırda Bakıda saxlanılan separatçıların azadlığa buraxılması tələb olunur. Oxşar müzakirələr ABŞ konqresində də aparılır. Azərbaycan zamanında ölkə ərazisində konstitusiya quruluşunu pozmağa çalışan, dövləti və hərbi cinayətlər törədən həmin şəxsləri hansı məntiqlə azadlığa buraxa bilər? Ortada heç bir sağlam məntiq yoxdur.
Gürcüstan da suverenlik prinsipi ilə bir araya sığmayan təhdidlərlə üzləşib. Bir vaxtlar Avropa İttifaqına üzvlüklə şirnikləndirilən rəsmi Tbilisi indi bu prosedurun dayandırılması və sanksiyalar tətbiqi ilə hədələnir. Belə hədələr ABŞ, Avropa İttifaqı rəsmilərinin, AŞPA deputatlarının açıqlamalarında birmənalı şəkildə ifadə olunur. Öz ərazisini region dövlətlərinə qarşı çirkin ssenarilərin reallaşdırılması üçün platforma kimi istifadə olunmasına razılıq verən Ermənistanın başının sığallanması, milli maraqlardan çıxış edən Azərbaycan və Gürcüstanın isə təhdidlərə məruz qalması Qərbin riyakarlığının açıq-aydın təzahürüdür. Kollektiv Qərb Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini sinirə bilmir. Gürcüstan isə xarici təsirin azaldılmasını və ailə dəyərlərinin qorunmasını hədəfləyən iki qanunun qəbuluna görə ittihamlara tuş gəlir. Beləliklə, yaranmış situasiyanın təhlilindən o qənaət hasil olur ki, Cənubi Qafqazın taleyi Azərbaycandan və Gürcüstandan asılıdır.
Dost ölkə ədalətli və şəffaf seçki keçirməkdə israrlıdır
Dost ölkəyə təzyiq cəhdlərinin bir işə yaramadığını görən kollektiv Qərb indi burada qrantlar almağa öyrəşən və əl buyruqçusuna çevrilən müxalifətin iştirakı ilə saxta inqilab ssenarisini işə salmağa çalışır. Bu arada Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir.
Eyni zamanda, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib. Qurumun məlumatında deyilir ki, məqsəd hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
Kollektiv Qərbdən gələn bu kimi təhdidlər dost ölkənin milli maraqlardan çıxış edən hökumətini tutduğu suverenlik yolundan geri döndərmək iqtidarında deyil. Hakim komanda israrlı mövqe sərgiləyir və təhdidlərin qarşısında əzmlə dayanır. “Gürcüstan parlamentinə seçkilər azad, şəffaf, demokratik, rəqabətli olacaq və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsi ilə başa çatacaq”. Bu sözləri Gürcüstanın Baş naziri, hakim partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidze söyləyib.
Yuxarıda təsvir etdiyimiz reallıqları nəzərə aldıqda, aydın şəkildə görünür ki, dost ölkədə seçkilərdə hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın maraqlarına uyğundur. Bu, demokratiyanın, milli iradənin qələbəsi olacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50

