Trampa qarşı sui-qəsd cəhdində erməni izi
18.10.2024 [08:59]
Dünyanın müxtəlif ölkələrində erməni terroruna rast gəlinir
ABŞ-da prezident seçkiləri kampaniyasının mühüm mərhələsində - oktyabrın 12-də respublikaçıların namizədi Donald Trampa qarşı növbəti - üçüncü sui-qəsd cəhdi olmuşdu. Belə ki, həmin gün Kaliforniyada keçirilən mitinq zamanı bir şəxs silahla prezidentliyə namizədə yaxınlaşmağa cəhd edib. Las-Veqas sakini Vem Miller mitinqdə silah və saxta jurnalist vəsiqəsi ilə yaxalanıb və dərhal həbs edilmişdi. ABŞ mediası yazırdı ki, Vem Miller 49 yaşındadır, mitinqdən təxminən dörddəbir mil məsafədə yerləşən bir yoxlama məntəqəsində saxta VIP keçid və saxta jurnalist kartları ilə tutulub. O, saxlanılarkən yanında ov tüfəngi və güllə ilə dolu tapança aşkarlanmışdı. Polis araşdırması zamanı hadisənin Trampa qarşı sui-qəsd cəhdi olduğu şübhəsi irəli sürülüb. Lakin bu qəsd planı, erkən ifşa olunduğu üçün mitinq iştirakçılarına və ya Trampa birbaşa təsiri olmayıb.
Vem Miller erməni olduğunu etiraf edib
Lakin sonradan Miller 5000 dollar girov qarşılığında sərbəst buraxılıb. Məlum olub ki, Donald Trampa 3-cü sui-qəsd cəhdində ittiham edilən bu şəxs milliyyətcə ermənidir. 49 yaşlı Vem Miller bu barədə müsahibəsində açıqlayıb. O, həmçinin istintaqa silahı “özünümüdafiə” məqsədilə gəzdirdiyini söyləyib. Vem Miller “Fox News Digital” telekanalına deyib ki, üstündə olan silah barədə guya əvvəldən səlahiyyətlilərə xəbər verib. “Mən həmişə yük maşınımın arxasında silahla səyahət edirəm”, - deyən Miller qeyd edib ki, o, milliyətcə ermənidir və bunu sübut edən sənədləri var. Onun sözlərinə görə, üstündə həyatına olan təhdidlərlə bağlı silah gəzdirir. Amma hansı təhdidlərlə üzləşdiyini açıqlamayıb.
Əslində, erməni Millerin Trampa qarşı sui-qəsd cəhdi anlaşılandır. O mənada ki, tarix boyu erməniərdən terrorçu kimi istifadə edilib. Hətta ermənilərin terror təşkilatları da yaradılıb. Uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşıb, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirib və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətlərini davam etdiriblər.
“Hnçaq”dan ASALA-ya qədər...
Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş çoxsaylı terror aktları bu təşkilatların bədxah əməlinin nəticəsidir. Xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarının tarixi isə XVIII əsrdən başlayır. İlk erməni terror təşkilatları “Hnçaq”, “Armenakam”, “Daşnaksütyun”dur. Və bu təşkilatların həyata keçirdiyi terrorun əsas hədəfi azərbaycanlılar olublar. Ümumiyyətlə, erməni terrorunun başlıca məqsədini xəyali “Böyük Ermənistan” dövlətinin yaradılmasına mane olanlara qarşı mübarizə təşkil edir. Bu tendensiya isə müasir dövrümüzə qədər “inkişaf” edib.
“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” - ASALA isə 1975-ci ildə yaradılıb. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əməkdaşlıq etməsində rol oynayan əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.1980-ci ildə “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdi: “Bizim düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir”. ASALA-nın 1983-cü il iyul ayının 15-də Parisin Orli beynəlxalq hava limanında Türkiyə Hava Yolları şirkətinə məxsus bölmədə törətdiyi terror aktı zamanı isə 8 nəfər həlak olub, 54 nəfər yaralanıb.
İlk metro terrorunu da ermənilər Rusiyada törədib
Azərbaycan da erməni terrorundan ən çox əziyyət çəkən ölkələr sırasındadır. 30 illik Ermənistan-Azərbaycan münaqişəsi dövründə ermənilər dinc əhaliyə qarşı xeyli terror törədiblər. 1992-ci il yanvarın 8-də isə Türkmənistandan “Krasnovodsk-Bakı” marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetiriblər. Bundan əlavə, Ermənistan xüsusi xidmət orqanları tərəfindən tərib olunmuş terror planı nəticəsində Bakı metrosunda çoxlu sayda insan həyatını itirmişdi.
Xatırladaq ki, metroda ilk dəfə terroru da ermənilər törədib. Belə ki, 1977-ci ilin yanvarında ilk dəfə Moskva metrosunun sərnişinlərinə qarşı terror hücumu həyata keçirilib. Həmin ilin yanvarın 8-də “İzmaylovaskaya” və “Pervomayskaya” stansiyaları arasında partlayıcı qurğu işə salınıb. Nəticədə 7 insan həlak olub, 37 -i isə müxtəlif dərəcərələrdə xəsarət alıb. Bu hadisənin arxasından erməni terrorçuları çıxıb. SSRİ xüsusi xidmət orqanları “Ermənistan Milli Birlik Partiyası” adlı terrorçu təşkilatının üzvlərini, konkret olaraq Stepan Zaikyan, Akop Stepanyan və Zavet Baqdasaryanı həbs ediblər. Hər 3 terrorçu 1979-cu ildə məhkəmə hökmü ilə güllələnib.
Göründüyü kimi, erməni terrorunun izinə dünyanın bir çox ölkələrində rast gəlinir. Bu baxımdan, Trampa qarşı sui-qəsddə ermənilərin iştirakının olması ABŞ hüquq-mühafizə təşkilatları tərəfindən ciddi araşdırılmalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

