/ / “Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”-Qüdrət Həsənquliyev
“Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır”-Qüdrət Həsənquliyev
11.11.2024 [17:34]
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, COP-29 öz işinə başladı, tədbir barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Tədbir BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar təşkil etdiyi Konfrans olsa da, Azərbaycan ev sahibliyi edən tərəf kimi tədbirin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələn hər şeyi edib. Milli adət-ənənəmizə uyğun olaraq, qonaq qəbul etməzdən öncə evdə bərpa və təmizlik işləri görülmüş, qonaqların yüksək səviyyədə qarşılanması və yerləşdirilməsi üçün hər şey edilmişdir. Qərbin bəzi dairələri tərəfindən idarə olunan, ciddiliyini itirmiş insanlar iddia edirlər ki, bəzi böyük dövlətlərin yüksək səviyyədə Konfransa qatılmaması Azərbaycanda insan haqlarının pozulması və demokratik azadlıqların məhdudlaşdırılmasına görədir. Belələrindən biri utanmadan deyir ki, o hansısa xarici nəşrdə Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair məqalə dərc elətdirib və bunun nəticəsi olaraq böyük dövlətlər Konfransı boykot edib. Bizdən öncə 28-ci Konfrans Birləşmiş Ərəb Əmirliklərində keçirilib və Bakıda yüksək səviyyədə təmsil olunmayan ölkələrin əksəriyyəti həmin tədbirə yüksək səviyyədə qatılmışdı. Orada doğrudanmı insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır? Qərəzdən və çarəsizlikdən rəzil vəziyyətə düşmüş bu adamlar gözəl bilirlər ki, bizdə etdikləri tənqidi çıxışların onda birini orda etsələr, dillərini boyunlarının arxasından dartıb çıxararlar. Bizi ilk növbədə ermənilərin Qarabağdan getməsinə görə boykot edir, vicdansızcasına etnik təmizləmə aparmaqda günahlandırırlar. Sadəcə bu ittihamlara həm də bəzi daxili məsələlər qoşulur ki, xalqın bir hissəsindən dəstək alsınlar, həm də buradakı tərəfdarlarına hökumət əleyhinə təbliğat imkanı versinlər. Onların bizi boykot etməsinin ikinci səbəbi Azərbaycanın xarici siyasəti ilə əlaqəlidir. Türkiyə , Çin və Rusiya ilə müttəfiqlik münasibətlərinə dair sazişin imzalanması, 3+3 formatında regional əməkdaşlıq onları xüsusilə qıcıqlandırır. Əsl səbəb budur. Ekoloji problemlərə həsr olunmuş tədbirdən siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Beynəlxalq ictimaiyyət Bakıda qlobal istiləşməyə dair ciddi qərarların qəbul olunmasını gözləyir.
Konfransa qatılmayanlara görə sevinənlərə isə yazıqlar olsun. Onlar haqqında bir dəfə İlham Əliyev dedi ki, yeni istifadəyə verilən körpüdən su sızır, bunlar sevinirlər. Güclü yağış yağır, kimlərinsə evlərini su basır, bunlar toy-bayram edirlər. Erməniyə görə kimsə Bakıya gəlməkdən imtina edir, bunar yenə sevinirlər. Öz ölkəsinin uğurlarına yox, dövlətinə qarşı çağırışlara və təhdidlərə sevinənləri Allah heç vaxt sevindirməz.
- Bəs, İran niyə yüksək səviyyədə tədbirə qatılmadı?
- Pezeşkian tədbirə qatılmaq, həm də öz vətəninin bir hissəsini İranın Prezidenti kimi görmək istəyirdi, amma dini lider imkan vermədi. Bir dəfə demişəm, İranda prezidentin səlahiyyəti bizdə Baş Nazirin səlahiyyətindən azdır. Yəqin ki, Xameneiyə də xarici dairələrdən və farsistlər tərəfindən təzyiq olunub. Azərbaycanın təklənməsi təəssüratının yaradılması yaxın və uzaq ölkələrdən bir çoxunun maraqlarına uyğundur. Həm də “mən türk kimliyimlə fəxr edirəm”,- deyən Pezeşkianın Bakı səfəri Cənubi Azərbaycanda türklərə öz milli haqları, dilləri uğrunda daha ciddi mübarizə aparmağa əlavə stimul, milli birliyimizə töhfə verər, türk birliyini gücləndirərdi.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

