/ / Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək
Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək
22.01.2025 [15:06]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 22-də keçirilən iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.
Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.
Sazişin həyata keçirilməsi məqsədilə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.
Saziş qeyri-müəyyən müddətə bağlanmışdır və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.
Saziş çərçivəsində, bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə, sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq.
Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır.
Bu saziş yalnız enerji sektorundakı əməkdaşlığı deyil, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı tarixi dostluq münasibətlərini daha da möhkəmləndirərək onları beynəlxalq arenada birgə güc mərkəzinə çevirir. Xüsusilə, enerji təhlükəsizliyinin təmin edilməsi və karbon emissiyasının azaldılması istiqamətində birgə səylər üç ölkənin regionda davamlı inkişaf məqsədlərinə töhfə verməsinə şərait yaradır.
Saziş çərçivəsində yaşıl enerjinin inkişaf etdirilməsi və enerji tranziti üzrə nəzərdə tutulan addımlar, həmçinin Avropa və Asiya enerji bazarlarında tərəflərin mövqeyini gücləndirəcək və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Bu sənəd yalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, həm də dostluq və strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar açır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23

