Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib
11.06.2025 [14:09]
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Daşkənddə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi məmnunluqla vurğulanıb. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı dövlət səfərləri zamanı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyən edildiyi bildirilib.
Dövlət başçıları tərəfindən verilən tapşırıqların icrasının təmin edilməsi üçün hökumətlər xətti ilə sıx işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Cari ilin Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ötən dövr ərzində dövlətlərarası münasibətlərin ardıcıl şəkildə hərtərəfli inkişaf etdiyi məmnunluqla qeyd edilib. Ali səviyyədə qarşılıqlı səfərlər və görüşlər, bu səfərlər zamani imzalanmış ikitərəfli sənədlər bu uğuru təmin edən əsas amil kimi dəyərləndirilib. Son üç ildə ali səviyyədə on qarşılıqlı səfər baş tutub – Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev hər biri beş səfər edib.
Qeyd edilib ki, dövlət başçılarının ardıcıl birgə səylərinin məntiqi nəticəsi olaraq 2024-cü ildə Müttəfiqlik Münasibətləri haqqında tarixi Müqavilə imzalanıb.
Eyni zamanda, Özbəkistan Prezidentinin yaxın zamanlarda ölkəmizə növbəti dəfə səfər edəcəyi vurğulanıb.
Azərbaycan və Özbəkistanın regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətinə toxunularaq, qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq xüsusi qeyd edilib.
Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.
İyunda Azərbaycanda Hökumətlərarası birgə komissiyanın 14-cü iclasının keçiriləcəyi diqqətə çatdırılıb.
Ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair 2024-2025-ci illər üçün Yol xəritəsinin icrasının uğurla davam etdirildiyi vurğulanıb.
Sevindirici haldır ki, birgə layihələrlə bağlı əldə olunmuş razılaşmaların praktiki icrası təmin olunur.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun xətti ilə hazırda 10-dan çox perspektivli layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb. Bu layihələr təhsil, tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, logistika, yüngül və yeyinti sənayesi sahələrini əhatə edir.
Sənaye kooperasiyasında səmərəli qarşılıqlı fəaliyyətin nəticələri təqdir edilərək bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlarına dair fikir mübadiləsi aparılıb.
Bərpa olunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək, Azərbaycanın Özbəkistan və Qazaxıstanla birgə Avropaya yaşıl enerji təchizatı marşrutunun yaradılmasını hədəflədiyi məmnunluqla qeyd edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə bəhs olunub. Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşasına görə Özbəkistan tərəfinə minnətdarlıq bildirilib. Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin açılışının önəmi qeyd olunub.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirildi. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18%-dən çox artdığı bildirilib. Orta Dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edilib.
Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Humanitar və mədəniyyət sahələrində əlaqələrin nəticələri təqdir olunub. 2023-cü ildə Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçirilib. Ötən il isə Özbəkistanda Azərbaycanın Mədəniyyət Günləri təşkil edilib.
Regionlararası əlaqələrin əhəmiyyətinə toxunularaq iki ölkənin 10 şəhəri arasında qardaşlaşma haqqında sənədlərin imzalanması müsbət qiymətləndirilib.
Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Pambıqçılıq klasterlərinin yaradılması, sosial və kommersiya obyektlərinin inşası, tikinti materiallarının istehsalı, neft-qaz sənayesi, kənd təsərrüfatı, maliyyə sektoru, nəqliyyat-tranzit, gəmiqayırma, təhsil və bir sıra digər istiqamətlərdə perspektivli layihələr nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

