AvroNest iclasında iştirakdan imtina - səbəb ədalətsiz mövqelərdir
30.10.2025 [10:30]
Azərbaycan prinsiplərinə sadiqdir: Bakı ədaləti, AvroNest isə ikili standartları seçir
Beynəlxalq hüquqa, ədalətə və sülh prinsiplərinə sadiqlik -Azərbaycanın xarici siyasətinin təməl sütunları əsasən bu kimi qlobal dəyərlər üzərində bərqərar olub. Son illər regionda formalaşan yeni geosiyasi mühit göstərdi ki, rəsmi Bakı yalnız hərbi-siyasi deyil, həm də diplomatik meydanda öz mövqelərini qətiyyətlə qoruyur. Azərbaycan heç vaxt gücə, təzyiqə və ikili standartlara əsaslanan münasibət modelini qəbul etməyib. Əksinə, ölkəmiz hər zaman beynəlxalq hüququn aliliyinə, qarşılıqlı hörmət və suverenliyə əsaslanan ədalətli əməkdaşlıq formatlarını dəstəkləyib.
Bu prinsipial mövqe Azərbaycanın beynəlxalq təsisatlarda, o cümlədən Avropa qurumlarında fəal iştirakına və nüfuzunu təmin edən aparıcı amillər sırasındadır. Bakının BMT, Qoşulmama Hərəkatı, TDT və başqa beynəlxalq strukturlarda aparıcı rolu qlobal problemlərin həllində əsl təşəbbüskarlıq nümunəsi yaradıb.
İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik
Təəssüf ki, bəzi beynəlxalq platformalar səmimi və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olmur - əksinə, ədalətdən uzaq siyasi sifarişlərlə hərəkət edir. Bunu AvroNest Parlament Assambleyası (PA) ilə bağlı son müşahidə olunan proseslərdə də görmək mümkündür. 2025-ci il oktyabrın 28-dən 30-dək İrəvanda keçiriləcək AvroNest iclasında Azərbaycan parlament nümayəndə heyətinin iştirak etməmək qərarı da məhz bu kontekstdə dəyərləndirilməlidir. Qeyd edək ki, Azərbaycanı qurumda təmsil edən nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili deyib ki, AvroNest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilatla əməkdaşlığına ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.
AvroNest - Qərbin “Şərq tərəfdaşlığı”...
Qeyd edək ki, AvroNest Parlament Assambleyası 2009-cu ildə Avropa Parlamentinin təşəbbüsü ilə yaradılıb və Şərq tərəfdaşlığı ölkələri - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus (2021-ci ilin iyun ayında Aİ-nin Şərq tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırıb) və Ukrayna ilə Avropa İttifaqı arasında siyasi dialoqun platforması kimi nəzərdə tutulub. Assambleyanın məqsədi tərəflər arasında iqtisadi, enerji, sosial və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək idi. Azərbaycan bu quruma ilk illərdən etibarən üzv kimi qoşulub və konstruktiv əməkdaşlıq xəttini davam etdirib. Bakı AvroNest çərçivəsində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, dayanıqlı inkişaf, demokratiya və sülh təşəbbüsləri kimi mövzularda mütəmadi təkliflər irəli sürüb.
Lakin zaman keçdikcə AvroNest platforması öz ilkin missiyasından uzaqlaşmağa başladı. Siyasi balansın pozulması, bəzi Avropa deputatlarının regiondakı reallıqları görməməsi və açıq ermənipərəst mövqe tutması bu qurumun obyektivliyinə ciddi zərbə vurdu. Azərbaycan üçün belə tərəfdaşlıq modeli məqbul sayıla bilməz. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Azərbaycan dəfələrlə bu qurumdakı haqsız qərarlara görə fəaliyyətini dayandırmaq istəyib.
Vaşinqton görüşündən sonra yaranan qeyri-konstruktiv davranışlar...
Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa əsaslanaraq öz ərazilərini azad edib və sülh çağırışlarını dəfələrlə irəli sürüb. Amma Avropa Parlamentinin bəzi dairələri hələ də 30 illik işğal faktını unudaraq, sanki tarixə göz yumur, yeni reallıqları qəbul etmir. Halbuki 2020-ci ildən sonra regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya üçün nadir bir fürsət yaranıb. AvroNest nümunəsində olduğu kimi, ədalətə əsaslanan münasibət qurmaq əvəzinə, birtərəfli bəyanatlarla çıxış edən, Ermənistanın manipulyativ ritorikasını dəstəkləyən qurumlar Azərbaycanla münasibətləri pozmaqla yanaşı, Avropanın regiondakı etibarlılığını da sarsıdır. Qeyd edək ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sülh görüşü beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Həmin görüş Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün mühüm addım kimi dəyərləndirilirdi. Ancaq təəssüf ki, Avropa Parlamentinin bu prosesdən dərhal sonra qəbul etdiyi bəyanatlar bu müsbət ruhu kölgələndirdi. Sülh təşəbbüsünü alqışlamaq əvəzinə, Avropa deputatlarının bir qismi yenidən “insan hüquqları”, “demokratiya” pərdəsi altında Azərbaycanın ərazi bütövlüyünə və daxili siyasətinə qarışmağa çalışdı. Azərbaycan nümayəndə heyətinin İrəvanda keçiriləcək AvroNest plenar iclasında iştirak etməmək qərarı da bu qeyri-konstruktiv yanaşmalara prinsipial cavabdır. Çünki belə şəraitdə iştirak yalnız ədalətsiz mövqeləri legitimləşdirmək olardı. Göründüyü kimi, Azərbaycan dialoqa yox demir, amma bu dialoq ədalət, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır. Əks halda, bu cür platformalar sülhə deyil, qarşıdurmaya xidmət edəcək.
AŞPA-da da eyni hal təkrarlanmışdı...
Baş verənlərə daha geniş aspektdən yanaşdıqda bəzi mətlələr daha da aydın olur - bu analogiya tək AvroNest ilə məhdudlaşmır. Xatırlasaq, 2024-cü ilin yanvarında Azərbaycan da, 2025-ci ilin əvvəlində isə Gürcüstan da Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmışdı. Səbəb isə təxminən eynidir - ikili standartlar, qeyri-obyektiv qərarlar və reallıqlardan uzaq bəyanatlar. AŞPA da uzun illərdir ki, öz ilkin missiyasını unudaraq siyasi təzyiq vasitəsinə çevrilib. Azərbaycan nümayəndə heyətinin çıxışı bu quruma xəbərdarlıq idi: beynəlxalq münasibətlər ədalət və bərabərlik prinsipi üzərində qurulmalıdır. Bu addım isə Bakının təcridi yox, əksinə, prinsipiallığının göstəricisidir. Çünki Azərbaycanın Avropanın bir çox ölkələri ilə ikitərəfli səviyyədə yüksəksəviyyəli əməkdaşlıq münasibətləri var və bu münasibətləri uğurla davam etdirir - istər enerji, istər nəqliyyat, istərsə də təhlükəsizlik sahəsində region ölkələri ilə Bakı arasında mühüm dialoq mövcuddur. Deməli, problem Avropanın özü ilə deyil, müəyyən siyasi dairələrin yönləndirdiyi qurumların yanlış siyasətindədir. AŞ PA, AvroNest kimi qurumların “mövqeyi” birmənalı əşkildə Azərbaycanın Qarabağ regionunda yaratdığı yeni reallıqlardan qaynaqlanır. Bəli, Azərbaycan əraziləri 30 il işğal altında olduğu dövrdə insan haqlarını fəaliyyətinin ali prinsipi elan edən təşkilatlar Azərbaycanın 1 milyon qaçqın və köçkünün vəziyyəti ilə bağlı susurdu. Azərbaycan öz torpaqlarını işğaldan azad, ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra isə onlar ermənipərəst qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının iştirakçısına çevrilirlər.
İtirən Avropadır...
Azərbaycan AvroNest və ya AŞPA kimi platformalarda iştirakdan imtina etməklə öz milli maraqlarını qoruyur. Amma bu prosesdə itirən tərəf əslində Avropanın özüdür. Çünki Avropa enerji təhlükəsizliyinin təminində, “yaşıl keçid” siyasətində və Qafqazla Asiyanı birləşdirən kommunikasiya dəhlizlərində məhz Azərbaycanın roluna ehtiyac duyur. Bakı Avropanın etibarlı enerji tərəfdaşı, Cənub Qaz Dəhlizinin əsas aparıcı qüvvəsidir.
Bundan əlavə, Azərbaycan “Orta Dəhliz”in inkişafında, Zəngəzur və digər regional nəqliyyat layihələrində strateji mövqeyə malikdir. Avropa üçün bu dəhlizlər təkcə iqtisadi yox, həm də siyasi və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.
Əgər Avropa qurumları ədalətli, bərabərhüquqlu tərəfdaşlıq modelini qorumaq istəyirsə, o zaman reallıqları qəbul etməli, Cənubi Qafqazda sülhün və əməkdaşlığın əsas təminatçısı olan Azərbaycanla konstruktiv əməkdaşlıq etməlidir. Azərbaycan üçün sülh yalnız regionun deyil, həm də Avropanın sabitliyi deməkdir. Cənubi Qafqazda sabitlik Avropa bazarlarına, enerji şəbəkələrinə və nəqliyyat yollarına müsbət təsir göstərəcək. Buna görə də sülh prosesinə kölgə salmaq istəyənlər əslində öz gələcəklərinə zərbə vururlar.
Beləliklə, aydın olur ki, Azərbaycanın AvroNest iclasında iştirak etməmək qərarı emosional reaksiya deyil, prinsipial mövqedir. Rəsmi Bakı sübut etdi ki, ədalətsiz münasibətlərin bir hissəsi olmaq niyyətində deyil. Qarşılığında Avropa qurumları da başa düşməlidirlər ki, Azərbaycan bu gün nə 90-cı illərin zəif dövləti deyil - Azərbaycan regionun iqtisadi və siyasi reallıqlarını müəyyənləşdirən aparıcı aktordur. Bakı Avropa ilə bərabərhüquqlu əməkdaşlığa açıqdır, amma bu əməkdaşlıq qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır. Əks halda, bu platformalar öz əhəmiyyətini itirəcək. Çünki Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərini təşkil edən sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan münasibətlər həm Azərbaycan, həm də Avropa üçün real dividendlər və sabit gələcək vəd edir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49

