Növbəti diplomatik uğur!
25.12.2025 [10:31]
Bakı bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2025-ci il oktyabrın 9-11-də Bakı şəhərində keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bununla bağlı BMT Baş katibinə məktub ünvanlayıb. O, məktubun və bəyannamənin yer aldığı əlavənin Baş Assambleyası gündəliyinin 31, 69, 71 və 84-cü bəndləri çərçivəsində və Təhlükəsizlik Şurasının sənədi kimi yayılması ilə bağlı müraciət edib.
İtkin düşmüş şəxslərin taleyi ilə bağlı fəal iş aparılır
Qeyd edək ki, Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil. Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində isə 6 vətəndaşımız itkin düşüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Həmin məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.
Bütövlükdə, itkin düşmüş şəxslərin taleyi Azərbaycan dövlətinin gündəliyində mühüm yer tutur. Bu istiqamətdə beynəlxalq platformalarda fəal iş aparılır. Xatırladaq ki, 2024-cü il noyabrın 15-də BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən A/C.3/79/L.35 nömrəli, “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan, 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir. Qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Sənəddə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır. Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. Ötən il qəbul olunan qətnamədə ilk dəfə olaraq minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsindən də narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
Ümumiyyətlə, 2023-cü ildən etibarən ölkəmiz bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi də rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılmışdı.
Bəşəri problemlərdən biri...
Bu ilin oktyabrında isə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb. Prezidentin müraciətində vurğulandığı kimi, itkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməyib, əksinə, daha kəskin xarakter alıb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınıb, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşüb. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvlediani, Türkiyə ədliyyə nazirinin müavini Hurşit Yıldırım, Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç, Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç və digərləri çıxış edərək mövzunun aktuallığından bəhs ediblər.
Konfrans işini sessiyalarla davam etdirib. Sonda konfransın yekun bəyannaməsi qəbul edilib. Bu bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunması və yayılması isə Azərbaycanın növbəti diplomatik uğurudur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38

