/ / Ermənistan ziyalılarının açıq məktubu işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığını təsdiqləyən daha bir tutarlı faktdır
Ermənistan ziyalılarının açıq məktubu işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığını təsdiqləyən daha bir tutarlı faktdır
05.11.2013 [09:28]
168 HOURS Analitik İnformasiya Agentliyinin yaydığı məlumata görə, Ermənistanın 350 nəfər tanınmış akademiki, memarı, arxeoloqu, tarixçisi və mədəniyyət işçisi tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastr kompleksinin formasının dəyişdirilməsinə və bununla da monastrın vandalizmə məruz qalmasına etiraz olaraq prezident Serj Sarkisyana, Qarabağ icmasının rəhbəri Bako Saakyana və ümumerməni katalikosuna açıq məktub ünvanlanıb.
Həmin məktubu şərh edən Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov AzərTAc-a Gəncəsər monastr kompleksinin tarixçəsi haqqında ətraflı məlumat verərək bildirib ki, qədim alban abidəsi olan bu monastr XIII əsrdən başlayaraq XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi kimi tanınıb. Məbədin divarındakı daş kitabədə göstərilir ki, bu abidə Arsax hökmdarı və Alban vilayətin çarı, Böyük Həsənin nəvəsi Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Gəncəsər məbədində dəfn etdirib. Eyni zamanda burada Həsən Cəlalın nəslinə mənsub bir çox alban din xadimləri dəfn olunub. Son illər ermənilər öz xislətlərinə uyğun olaraq Gəncəsər monastrını erməni abidəsi kimi qələmə verib, onun hasarlarında və interyerində xeyli forma dəyişikliyi aparılıb.
Faiq İsmayılov deyib ki, erməni millətçiləri üzdəniraq əməllərinə haqq qazandırmaq üçün monastrın ətrafındakı hasarların guya 1980-ci illərdə tikildiyini iddia edir və aparılan dəyişikliyi “bərpa” kimi qələmə verirlər. Erməni ziyalıları isə öz növbəsində millətçi və separatçıların bu iddialarını rədd edərək yazırlar: Gəncəsər məbəd kompleksinin hasarlarının 1980-ci illərdə tikildiyi ilə bağlı bütün iddialar abidənin formasını dəyişənlər tərəfindən uydurulub və həqiqətə uyğun deyildir. Çoxsaylı fotoarxiv materialları, XIII-XX əsrlərdə yaşayan memar və mütəxəssislərin fikirləri təsdiqləyir ki, həmin hasarlar abidə ilə bir vaxtda tikilmişdir. Bu məlumatlara görə, ətraf hasarın cəmi üç girişi olmuşdur. Onun şimal və şimal-şərq divarı isə indiyə qədər tarixdə məşhur səkkiz otağın arxa divarı kimi qalıb.
Məktubda qeyd olunur ki, müxtəlif saytlarda və mətbuat səhifələrində 1995-2010-cu illər ərzində monastrın ətraf hasarlarında aparılmış təmir işləri məntiqsiz və təhrif olunmuş halda təqdim edilib. Kompleksdə kilsə memarlığının ideya və normalarını inkar edən, onun görkəminə və təyinatına xələl gətirən yeni fəaliyyət və tikililər həyata keçirilir. Abidə ətrafındakı qəbiristanlıqları sökərək yerində akademiya adı altında şübhəli məqsəd güdən bina tikiblər. Bu yolverilməz fəaliyyət və digər faktlar abidənin taleyinin təhlükə altında olduğunu və “bərpa” işlərinin şübhəli məqsədlər güddüyünü göstərir.
Açıq məktubda daha sonra prezident Serj Sarkisyana müraciətlə deyilir: Niyə Gəncəsər monastr kompleksinin divarlarının üzlənməsi Beynəlxalq hüquqla və müvafiq qanunlarla müəyyənləşdirilmiş qaydada qadağan edilmir? Niyə Gəncəsər monastr kompleksinin tarixini məhv edənlərə qarşı tədbirlər görülmür? Öz vandallıq hərəkətlərinə bəraət qazandırmaq üçün abidənin formasını dəyişənlərin heç bir tutarlı arqumenti yoxdur və ola da bilməz. Bu “xeyriyyəçiliyin” həyata keçirilməsinə yardım edən və ona dəstək olan yüksək vəzifəli şəxslər və dini liderlər məgər bilmirlər ki, Gəncəsər monastr kompleksi öz tarixi hasarının hər bir daşının mənası və dəyəri ilə bütov bir abidədir?
Ziyalılar “Daşınmaz tarixi və mədəniyyət abidələrinin və tarixi mühitin qorunması və istifadəsi haqqında” Ermənistan Respublikasının qanununun 30-cu maddəsini xatırladaraq yazırlar ki, bu qanun Gəncəsərin ətraf hasarının üzlənməsinə və ya abidənin ilkin, tarixi strukturu və tarixən formalaşmış görünüşündə hər hansı dəyişikliyə yol vermir. Dünyada heç bir tarixi abidə mərmərlə üzlənmir. Gəncəsər məbədinin hasarının üzlənməsi, ümumiyyətlə, yolverilməzdir və bu, divarı möhkəmlətmir, əksinə, onu daha da ağırlaşdırır və zədələyir. Hasarın şimal-qərb divarının bir hissəsi hamar yonulmuş daş üzlüklərlə üzlənmişdir ki, bu da orta əsr memarlığına uyğun gəlmir və kompleksin tarixi-mədəni dəyərini və əhəmiyyətini azaldır. Eyni zamanda abidənin bu şəkildə bərpası və təmiri beynəlxalq meyarlarla ziddiyyət təşkil edir.
Açıq məktubu imzalayanlar bu məsələni milli-dövlət problemi hesab etdiklərini bildirir və problemin yalnız yuxarıdan müdaxilə sayəsində həllinə ümid bəslədiklərini yazırlar. Məktub bu sətirlərlə tamamlanır: “Dünyada qəbul olunduğu kimi, tarixi-mədəniyyət abidələri bizə gəlib çatdığı kimi qorunmalıdır, bizim isə borcumuzdur ki, abidəni gələcək nəsillərə öz əzəli forma və görüntüsü ilə çatdıraq. Sizdən xahiş edirik, Gəncəsər monastr kompleksinin hasarlarının zaman-zaman hissə-hissə üzlənməsi işlərini qəti şəkildə qadağan edəsiniz. Siz mütəxəssis arxeoloqları, geofizikləri, seysmoloqları, bərpaçı memarları və inşaatçıları, tarixçiləri, abidəşünasları dəvət edərək monastrın ətraf divarının üzlənmiş hissəsinin sökülməsini təmin edəsiniz”.
Məktubu imzalayan 350 nəfər arasında Ermənistan Milli Elmlər Akademiyasının akademikləri Yuri Şukuryan, Gevork Brutyan, Henrik Hovhannisyan, Vladimir Barxudaryan, akademiyanın orta əsrlər dövrü tarixi şöbəsinin müdiri Artaşes Şahnazaryan, Ermənistanın əməkdar memarları Aslan Mxitaryan və Aşot Aleksanyan, tarix elmləri doktorları Henrik Avazyan, Mher Karapetyan, Hrant Abrahamyan və onlarca başqaları vardır.
F.İsmayılov məktubu imzalayan Ermənistan alimlərinin, ziyalılarının məqsədini şərh edərək deyib ki, söhbət heç də Azərbaycana olan sevgidən deyil, tarixi bir memarlıq kompleksinin məhv edilməsindən gedir: Onlar bu tarixi abidəni erməni mədəniyyətinin incisi hesab edirlər. Lakin erməni düşüncəsinin mahiyyətinə varmadan deyə bilərik ki, bu məktub eyni zamanda işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin düşünülmüş şəkildə vandalizmə məruz qaldığını sübut edən daha bir tutarlı faktdır.
Digər tərəfdən erməni alimləri, ziyalıları “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının norma və prinsiplərinin, xüsusən “Bir dövlət digər bir dövlətin ərazisini işğal edərkən münaqişə zonasında olan tarix və mədəniyyət abidələrinin mühafizə edilməsi” prinsipinin pozulmasını qulaqardına vururlar. Bu məktubla onlar həm də Azərbaycana məxsus Gəncəsər monastr kompleksinin erməniləşdirildiyini və Azərbaycan ərazilərinin həqiqətən də işğal altında saxlanıldığını təsdiqləyirlər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34

