Moldova ombudsmanına “Tarixi imza” beynəlxalq mükafatı təqdim edilib
05.11.2013 [09:33]
Aureliya Qriqoriu: Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, biz bu məsələnin tam həll edilməsi istiqamətində fəaliyyətimizi daha da artırmalıyıq, çünki haqq-ədalət Azərbaycanın tərəfindədir
Məlum olduğu kimi, bir neçə ay əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Moldova ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət edərək Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirmiş, ona əməkdaşlıq təklif etmişdi. Moldova ombudsmanı Aureliya Qriqoriu isə öz növbəsində ATXƏM-in təklifini qəbul edərək təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdi.
Beləliklə, sözügedən əməkdaşlıqla bağlı razılığa əsasən, ATXƏM noyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Aureliya Qriqoriu ilə QHT nümayəndələrinin, jurnalistlərin və ziyalıların görüşünü təşkil edib. Görüşü giriş sözü ilə açan, ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Yerevanda keçirilən Ümumavropa Konfransında ombudsman Aureliya Qriqoriunun Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və Xocalı qətliamını ermənilərin törətməsi və bunun beynəlxalq aləmdə soyqırımı kimi tanınması barədə çıxışı onun insan hüquqlarına nə qədər hörmətlə yanaşdığını sübut edir.
İlham İsmayılov təəssüflə deyib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı aktından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, insan hüquqları ilə məşğul olan təşkilatlar bu qətliama siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsiri altında münasibət bildiriblər. Bu yanaşma özlüyündə insan hüquqları təşkilatlarına inamsızlıq yaratmaqla, ombudsmanların iş prinsipinə də mənfi təsir göstərib. Moldovalı ombudsmanın Azərbaycanın haqq işi ilə bağlı mövqeyi isə təqdirəlayiqdir.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan ombudsmanı Elmira Süleymanova qeyd edib ki, Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlıdır. Elmira Süleymanova bildirib ki, Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə sayğısız yanaşması, riayət etməməsinə görə bu münaqişə hələ də həllini tapmayıb. Lakin Elmira Süleymanova bu məsələdə Azərbaycanı dəstəkləyənlərin sayının artdığını deyib: “Get-gedə dünyada bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artmaqdadır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar da olub, lakin məhz xanım Aureliya Qriqoriu Ermənistan parlamentində bu məsələni tam çılpaqlığı ilə, həqiqətəuyğun, faktlara əsaslanaraq qaldırdı”.
Onun sözlərinə görə, moldovalı ombudsman rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməyib, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini söyləyib. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalıb. Elmira Süleymanova Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyə görə həmkarına təşəkkürünü bildirib.
Çıxış edən Moldova ombudsmanı Aureliya Qriqoriu Azərbaycan hökumətinə öz təşəkkürünü bildirərək qeyd edib ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur, bu problemin həlli istiqamətində işlər daha da aktivləşdirilməlidir: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, biz bu məsələnin tam həll edilməsi istiqamətində fəaliyyətimizi daha da artırmalıyıq, çünki haqq-ədalət Azərbaycanın tərəfindədir”.
Aureliya Qriqoriu, həmçinin, BMT Təhlükəsizilik Şurasının bir sıra hallarda ədalətli mövqe tutmadığını söyləyib. O, təklif edib ki, Azərbaycan BMT strukturunda, mexanizmində köklü dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etsin: “Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrini yerinə yetirməkdən kobud şəkildə imtina edir və məhz bu səbəbdən də, mən Azərbaycanı BMT mexanizmində dəyişikliklər etməyə təşəbbüs göstərməyə çağırıram”.
Daha sonra Aureliya Qriqoriuya insan hüquqlarını, xüsusilə də, Azərbaycanın haqq işini cəsarətlə müdafiə etdiyinə görə ilk dəfə yaradılan “Tarixi imza” beynəlxalq mükafatı təqdim edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

