Dövlət Bayrağımız milli qürur mənbəyimizdir
09.11.2013 [12:33]
Dövlət Bayrağı Günü Gəncə şəhərində təntənə ilə qeyd olunub
9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə Gəncə şəhərində də tədbir keçirilib. Şəhərin Bayraq Meydanında keçirilən təntənəli mərasimi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, gəncəliləri 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, bu bayramın çox əlamətdar bir dövrdə keçirildiyini vurğulayaraq bildirib ki, Gəncə şəhəri bu gün, doğrudan da əsl sevinc və qürur günlərini yaşayır: “Gəncəyə və gəncəlilərə daim diqqət və qayğı göstərən, hər bir vətəndaşına doğma, səmimi münasibət bəsləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demokratik və şəffaf seçkilərdə xalqımızın dəstəyi və iradəsi ilə növbəti 5 illiyə dövlətimizin başçısı seçildi. Hər bir Gəncə sakini bu seçkilərdə fəal və yüksək səviyyədə iştirak edərək, əzm və qətiyyətini ortaya qoydu. Bu seçkilər Azərbaycanın demokratik, hüquqi, qüdrətli bir ölkə olduğunu dünyaya bəyan etdi və beynəlxalq nüfuzunu daha da yüksəltdi”.
Elmar Vəliyev vurğulayıb ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edərək ucaldılması, 1918-ci ilin mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin gün Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyaya elan etdi: “1920-ci ilin aprel işğalından sonra Cümhuriyyətin özü kimi, rəmzləri də qadağan edildi. 70 il sonra-1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız yenidən dalğalandırıldı və Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Həmin il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması qərara alındı. Çox keçmədən Bayılda dünyanın ən hündür bayrağı ucaldıldı. İndi Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın 180-dən artıq müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanır. Ölkəmiz üçrəngli dövlət bayrağımızın altında müstəqillik yolları ilə inamla irəliləyir”.
Bayram tədbirinin sonunda Gəncənin incəsənət ustalarının geniş proqramla konserti olub.
Süsən Tağıyeva
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

