ATƏT-in Bakı ofisi insan alverinə qarşı mübarizə ilə bağlı ikigünlük seminar keçirir
27.11.2013 [09:22]
Noyabrın 26-da ATƏT-in Bakı ofisi “İnsan alveri qurbanlarının müdafiəsi mexanizmləri: insan alveri qurbanları üçün cəzasızlıq müddəasının icrası” mövzusunda ikigünlük beynəlxalq seminara başlayıb.
AzərTAc xəbər verir ki, seminarın məqsədi hakimlərin, prokurorların, vəkillərin, hüquqşünasların və s. insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, cəmiyyətə və ləyaqətə zərər vuran insan alverinin qurbanları əsasən yoxsul təbəqədən şəxslər, əksər vaxtlar isə miqrantlar olurlar. Qadın və uşaqların evlərindən didərgin düşüb insan alverinin qurbanı olmağa məruz qalmaları, uşaqların məcburi əməyə cəlb edilmələri, məhkəmə sisteminin və hüquq mühafizə orqanlarının bu məsələyə diqqəti artırmalarını vacib edir. İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş qurbanlar adətən özlərini müdafiəsiz vəziyyətdə hiss edirlər. Bu sosial bəlaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, insan alveri qurbanlarının qarşılaşdıqları çətinliklərlə mübarizə aparmaq vacibdir. Qurbanların bərabərlik, qeyri-diskriminasiya, təhlükəsizlik, səhiyyə, təhsil hüquqlarının qorunması, layiqli işlə təminatı məsələləri çox önəmlidir. Burada inzibati tənzimləmə mexanizmləri mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, insan alveri qurbanlarının məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməməsi əhəmiyyətli məsələlərdəndir. Bu sahədə aidiyyəti təşkilatların və qurumların nümayəndələrinin lazımi tövsiyələrini vermələri mühüm əhəmiyyət kəsb edir. Seminarda hazırlanan tövsiyələr cəzasızlıq müddəalarının daha geniş tətbiq olunmasına kömək edəcək.
ATƏT-in Bakı ofisinin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı təcrübəyə malikdir və ölkəmizdə bu sahədə uğurlu nəticələr əldə olunub. Burada digər region ölkələri üçün nümunə sayılacaq müsbət təcrübə var. Azərbaycan hökuməti bu sosial bəlanın nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərait yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görüb.
Seminarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev çıxış edərək ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, qəbul edilmiş Milli Fəaliyyət planları, qanunlar, fərmanlar, proqramlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar haqqında danışıb. Artıq “Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)”nın hazırlandığını deyən C.Şıxəliyev insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğunu, belə hallara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının əhəmiyyətini vurğulanıb. Qeyd edilib ki, Azərbaycanda insan alveri ilə mübarizəyə ciddi əhəmiyyət verilir. Görülən tədbirlərin, o cümlədən maarifləndirmənin nəticəsidir ki, ölkəmizdə illər üzrə götürdükdə insan alveri ilə bağlı cinayətlərin sayının azalması müşahidə edilir. Həmin cinayətlər arasında ilk dəfə olaraq xarici ölkə vətəndaşları insan alverinin qurbanı qismində müəyyən edilib, onlardan ikisinə miqrant statusu verilib. Natiq insan alveri ilə mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, seminarın bu sosial bəla ilə mübarizəyə töhfə verəcəyinə əmin olduğunu bildirib.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov insan alverinin potensial qurbanlarının maarifləndirilməsi, insan alverindən zərər çəkmiş şəxslərin hüquqlarını qorunması məsələlərinin, bu sahədə müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyindən söz açıb.
Beş bölmə iclasından ibarət seminarda insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının roluna dair müzakirələr aparılıb.
Tədbir iştirakçıları məhkəmə prosesləri və qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemləri, qurbanlara təzminatların ödənilməsi, eləcə də onlara hüquqi yardımın göstərilməsində vəkillər kollegiyasının rolunu və pulsuz hüquqi yardım xidmətinin mümkünlüyünü müzakirə ediblər.
Tədbirdə iştirak edən Moldova, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan hakimlər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər.
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndə və əlaqələndiricisi ofisinin hazırladığı “İnsan alveri qurbanları ilə bağlı cəzasızlıq müddəasının səmərəli şəkildə həyata keçirilməsi istiqamətində siyasət və qanunvericilik üzrə tövsiyələr” tədbir iştirakçılarına paylanılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

